Kufi xətti
Kufi xətti — Ərəb xətt növü. Kvadrat formada ərəb hərfləri.[1]
Tarixi
[redaktə | vikimətni redaktə et]Kufi xətti – İslam dünyasının tanıdığı, qədim tarixə malik, ilk xətt növü kufi xətti VII əsrdə Hiyrə və Yəməndə meydana gəlmiş, sonralar ərəblərlə yanaşı iranlılar tərəfindən də geniş istifadə olunmağa başlanmışdır. Ərəb qrafikası ən qədim kufi xətti əsasında (adından bəlli olduğu kimi Kufə şəhərində) İmam Əli tərəfindən yaradılmışdır. İlk "Quran" nüsxələri də məhz bu xətlə yazılmışdır.
Kufi xətti özü birinci minilliyin sonlarına doğru zəngin inkişaf yolu keçmiş və müxtəlif şəkillər qazanmış, nəhayət, müvafiq nöqtələr qəbul etməklə təkmilləşmiş, sonrakı dövrlərdə onun yalnız nöqtəli şəklindən istifadə olunmuşdur.
VII–VIII əsrlərdə işlədilmiş və düz xətliliyi və bucaq xətləri ilə fərqlənən kufi şrifti islam aləmində yazının ən qədim və geniş yayılmış növü sayılır. Bu xəttin başqa bir şəkli kimi "çiçəkli kufi" diqqəti cəlb edir ki, həmin şriftlə yazarkən hərflərin cizgiləri stilizə edilmiş mürəkkəb nəbatat motivləri ilə müşayiət olunurdu.
Bəzi tədqiqatçılar IX–X əsrlərdə daha altı kanonik xətt növünün işlənib-hazırlandığını göstərdikləri halda, Azərbaycan alimi Həsən Zərinəzadə hələ VIII əsrin ikinci yarısında kufi xəttinin 12 şəklinin olduğu haqqında məlumat verir:
1) Tümar — məscid və binaların kitabələrində istifadə edilmişdir;
2) Sicillat — sonralar xəfi adlanan cizgiləri dolaşıq xətt növünün yaranmasında istifadə edilmişdir;
3) Ühud — əmr və sərəncamların yazılışında istifadə edilmişdir;
4–5) Müamərat və əmanat — order və sənədlərdə işlədilirdi;
6–9) Dibac, mədih, mürəssə, riyaş — bədii əsərlərin köçürülməsi zamanı xəttatlıqda istifadə edilirdi;
10–12) Qübar, həsən və bəyaz — dini əsərlərin yazılışında istifadə edilmişdir.
VIII əsrin sonlarında isə artıq 37 kufi xətti növü mövcud idi: cəlil, tümar, kufi, müamərat, qübar cilyə, müsəlsəl, civanihi, nəsəf, sülseyn, riyaşi, məcmu, müsahif, lölöyi, əşar, həvaşi, müqtərin, mənsur, müdmic, mühəddis, məmzuc, müqəvvid, məbsut, mürsəl, müxəffəf, müəlləq, ühud, qübar, müəlləf, fəssah, nimat, qirmə, divani, müxəllə, müəccəz, tuəman, siyaqət, müfəttə.
Azərbaycanda nöqtəsiz, nöqtəli və çiçəkli kufi xəttindən əsasən kitabələrin yazılışında istifadə edilmişdir. AMEA Əlyazmalar İnstitutunda nöqtəli kufi xətti ilə köçürülmüş yalnız bir əlyazma saxlanılır.
Qalereya
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Qədim Şuşa, (Чингиз Каджар. Старая Шуша / Баку, "Şərq-Qərb", 2007, 344 стр.)" (PDF). 2012-12-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-12-08.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Adilov M. M.. Azərbaycan paleoqrafiyası. Bakı: Elm, 2009, 224 s.
- Zəkiyev İ. Əsrlərin əks-sədası. Azərnəşr, 1992.
- Зия Буниятов. Сочинения азербайджанских персоязычных авторов в Национальной Библиотеке Египта. Azərbaycan filologiyası məsələləri. Вып. 3. Баку, 1991
- حبیبالله فضایلی، اطلس خط، انتشارات مشعل، اصفهان، ۱۳۵۰ شمسی(Həbibulla Fazayili, Xətt Atlası, Məşəl Nəşrləri, İsfahan,1971)
- Mack, Rosamond E. Bazaar to Piazza: Islamic Trade and Italian Art, 1300–1600, University of California Press, 2001 ISBN 0-520-22131-1
- Wolfgang Kosack:Islamische Schriftkunst des Kufischen Geometrisches Kufi in 593 Schriftbeispielen. Deutsch — Kufi — Arabisch. 380 Seiten. Verlag Christoph Brunner, Basel 2014, ISBN 978-3-906206-10-3.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Square Kufic lectures: alphabet (stylized), examples, square designs
- Kufic manuscript alphabet
- On The Origins Of The Kufic Script
- Kufic Script
- Square Kufic Script
- Square Kufic
- Square Kufic explained
- Quranşünaslıq saytı Arxivləşdirilib 2006-10-21 at the Wayback Machine
- Kufi xəttinin tarixinə ümumi bir bakış Arxivləşdirilib 2010-05-31 at the Wayback Machine Aftab saytı