Kristi Karlson Romano

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kristi Karlson Romano
Christy Carlson Romano
Doğum adı Kristina Mişel Romano
Doğum tarixi (40 yaş)
Doğum yeri ABŞ ABŞ, Konnektikut, Milford
Fəaliyyəti müğənni, musiqiçi, teatr aktrisası, kino aktrisası, televiziya aktrisası, səsləndirmə aktrisası[d], aktrisa, yazıçı, kinorejissor
Fəaliyyət illəri 2002-ci ildən
Təhsili
  • Peşəkar şagirdlər məktəbi[d]
IMDb ID0005579
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kristi Karlson Romano (ing. Christy Carlson Romano) - ABŞ aktrisası və ifaçısıdır.

Kristi Karlson Romano 20 mart 1984-cü ildə Konnektikut ştatının Milford şəhərində doğulmuşdur. Şeron Karlson və Entoni Romanonun qızıdır. İki bacısı və bir qardaşı olmaqla, ailədə dörd övladdan biridir. "Orange Ave Elementary School" məktəbini bitirdikdən sonra Nyu Yorkda yerləşən "Professional Children's School" adlı təhsil müəssisəsinə qəbul olur. Kristi burada aktyor peşəsini öyrənərkən ailəsi Corciya ştatında yerləşən Aatlanta şəhərinə köçür. 1996-cı ildə başlayaraq televiziya serialları və filmlərdə rol alır. 2002-ci ildə "Disney Channel" kanalının eyni vaxtda üç proektlə məşğul olan ilk aktrisası olur. Kim Possibl animasiya serialındakı "Kim Possibl" personajını səsləndirərək böyük uğur əldə edir. 2005-ci ildə "Fines Award" mükafatına layiq görülür.

İl Film Rol
1996 Hamı deyir ki, mən səni sevirəm uşaq
1997 Henri Ful Pörl
2000 Exo axtarışında Tina Pirelli
2002 Müdavim Kelli Cennifer
2002 Kim Possibl Kim Possibl
2002 B.S. Endi Brenner
2003 Kim Possibl: Zamanda mübarizə Kim Possibl
2003 Sağ qalmaq Ren Stevens
2003-2006 Lilo və Stiç Kim Possibl
2005 Kim Possibl: Belə Drama Kim Possibl
2005 Sonuncu fantaziya 7: Uşaqların gəlişi
2005 Gizli Kampus
2006 Qızıl buz 2
2006 Kasperin dəhşətli məktəbi
2007 Mənim ürəyimi oğurla
2008 Qızıl 3
2008 Gizli yolun əfsanəsi
2009 "Vulfsbeyn: Canavar adam
2009 Qabağa hərəkət edərək
2010 İntihar oyuncaqları
2010 İris genişləndirilməsi
2010 Ayna 2
2011 Ziyana
2011 Yoluxmuş

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]