Kris Martin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kris Martin
Ümumi məlumatlar
Doğum tarixi 2 mart 1977(1977-03-02)[1] (47 yaş)
Doğum yeri Exeter, İngiltərə
Həyat yoldaşı
Uşaqları 2
Partnyorları
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1997-ci ildən
Janr alternativ rok
Səs tembri bariton[2][3][…]
Təhsili
Üzvlüyü
Elmi dərəcəsi
İmzanın şəkli
coldplay.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Christopher Anthony John", Chris" Martin (d. 2 Mart 1977, Exeter) — İngilis musiqiçi, Coldplay qrupunun solisti, eyni zamanda gitaristi və pianoçu.

Kariyerasının başlanğıcı

[redaktə | mənbəni redaktə et]

Chris Martin 2 mart 1977-ci ildə Exeter, Devon İngiltərə'də doğulmuşdur. Evin ən böyük övladıdır. Atası Anthony Martin təqaüdçü,anası Alisson Martin isə musiqi müəlliməsidir. Martin məktəb illərinə Hylton məktəbində başladı və sonra Exeter Katedral məktəbində davam etdi və bu məktəbdə oxuyarkən Nick Repton & Iwan Gronow ilə bir yerdə ilk qrupu olan The Rocking Honkies qrupunu yaratdı. İlk səhnəyə çıxdıqları zaman tamaşaçı tərəfindən bəyənilmədi. Exeter Katedral məktəbindən sonra Martin Sherborne məktəbinə getdi və orda gələcəkdə Coldplay'in meneceri olacaq Phil Harveynən tanış oldu. Martin təhsilinə University College London'da davam edib Ancient World Studies'i oxuduğu Ramsey Hall'da qalaraq yunan və latın dilindən ən yüksək dərəcədə məzun oldu. Burda Coldplay'də bir yerdə ifa edəcəyi dostları Jonny Buckland, Will Champion və Guy Berryman ilə tanış oldu.

Musiqi həyatı

[redaktə | mənbəni redaktə et]

Dorset Sherborne Məktəbində və sinif yoldaşlarıyla birgə Coldplay qrupunu yaratdıqları Londra Üniversitetində təhsil almışdır.Chris Martin 1980-ci illərin kült rock musiqiçilərindən olan Echo and the Bunnymen'nin böyük bir fanatıdır. Bir müsahibəsində 40 yaşına gəldiyi zaman və özünü bir rockstarı olmaq üçün çox qoca hiss etdiyində üniversitetə qayıdıb musiqi təhsili almaq istədiyini bildirmişdir.Chris Martin karyerası boyunca bir çox prestijli mükafata layiq görülmüşdür. Bunlardan bəziləri 2001-ci ildə "Parachutes" albomları üçün "Ən Yaxşı Alternative Musiqi Albomu" kateqoriyasında Grammy Mükafatı, 2002-ci ildə A Rush Of Blood To The Head albomları üçün "Ən Yaxşı Alternative Musiqi Albomu" kateqoriyasında Grammy Mükafatı, 2002-ci ildə "In My Place" adlı mahnıları üçün "Ən Yaxşı Rock Performansı" kateqoriyasda Grammy Mükafatı, 2003-cü ildə "Clocks" adlı mahnıları üçün "İlin Ən Yaxşı Mahnısı" kateqoriyasında Grammy Mükafatı və 2006-cı ildə Halifax'də ərsəyə gələn Juno Mükafatlarında "Ən Yaxşı Beynəlxalq Qrup" mükafatına layiq görülmüşdür.