Korsikanın fəthi (1553)
Korsikanın fəthi | |
---|---|
İtaliya müharibəsi (1551-1559) | |
| |
Tarix | 1553-1559 |
Yeri | Korsika |
Nəticəsi |
Fransız-Osmanlı ittifaqı Korsika bir hissəsini ələ keçirdi Osmanlı qüvvələrini adanı tərk etdikdən sonra, bütün ada fransızlar tərəfindən idarə olundu İtaliya müharibəsindən sonra ada cenevizlilərdə qaldı |
|
Korsikanın fəthi (türk. Korsika'nın Fethi) — 1553-cü ildə fransız və Osmanlı qüvvələrinə dəstək olan korsikalıların Genuya respublikasının tərkibində olan Korsika adasının bir hissəsini, Osmanlı qüvvələri adadan ayrıldıqdan sonra isə bütün adanın fransızların əlinə keçməsi ilə nəticələnən hadisə.[1]
Arxa planı
[redaktə | vikimətni redaktə et]1551-ci ildə Müqəddəs Roma İmperatoru V Karl və Fransanın Kralı II Henrinin mübarizəsi iki dövlət arasında müharibəyə gətirib çıxardı. Atası I Fransiskin Osmanlı Sultanı Süleyman Qanuni ilə ittifaıqna əsasən Aralıq dənizindəki Müqəddəs Roma Cermen İmperiyasının fəaliyyətlərinə qarşı Osmanlı İmperiyasından yardım istədi. 1553-cü il 1 fevral tarixində iki ölkə arasında dənizdəki fəaliyyətlərlə bağlı yeni bir müqavilə imzalandı. Bir il əvvəl 1552-ci il avqustun 5-də Fransanın Osmanlıdakı elçisi Qabriel de Luetzin də müşayiət etdiyi Osmanlı donanması Andrea Dorianın rəhbərlik etdiyi Ceneviz donanması arasında Preveze dəniz döyüşü həyata keçimişdir və bu döyüşdə Osmanlı qüvvələri qalib gəlmişdir.
Fəthi
[redaktə | vikimətni redaktə et]1553-cü ilin yazında Memar Sinan və Turqut Rəisin tabesində olan Osmanlı donanması Antoan Eskalin dez Amarın komandirliyi altında olan fransız donanması ilə birlikdə Napoli, Siciliya və Korsika sahillərinə hücum etdi.[2][3] Parmadakı Marşal Paul de Termesin başçılıq etdiyi fransız ordusu və Sampiro Korsonun əmrində olan korsikalı miqrantların dəstəyi ilə Fransa kralının göstərişi olmadan Korsika adasına doğru yola düşən müttəfiqlər 24 avqust 1553-cü ildə Bastiya limanını ələ keçirdilər. Yazın sonuna doğru fransızlar tam olaraq adanı işğal etdilər.
Fəthdən sonra fransız qüvvələrinin əksəriyyəti adanı tərk edərək Marsellə getdi; təxminən 5000 fransız əsgəri adanı tərk etmişdi. Adanı onlara kömək edən korsikalılara təslim etdilər.
Qalereya
[redaktə | vikimətni redaktə et]-
Paul de Termes, Fransa ordusunun başçısı
-
Qoca Sənan Paşa, Osmanlı qüvvələrinin komandiri
-
Anton Eskalin, Fransa donanmasının admiralı
-
Andrea Doria, Ceneviz qüvvələrinin komandiri
-
Sampiero Korsonun Bastelikadakı heykeli. Korsikanı işğal etmək istəyən Fransız və Osmanlı qoşunları ilə müttəfiq idi.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Naval Policy and Strategy in the Mediterranean: Past, Present, and Future, John B. Hattendorf, p. 17 [1] Arxivləşdirilib 2021-01-08 at the Wayback Machine
- ↑ History of the Ottoman Empire and Modern Turkey, Ezel Kural Shaw, p. 106 [2] Arxivləşdirilib 2022-07-26 at the Wayback Machine
- ↑ New Turkes: Dramatizing Islam and the Ottomans in Early Modern England, Matthew Dimmock, p. 49 [3] Arxivləşdirilib 2022-04-09 at the Wayback Machine
Mənbə
[redaktə | vikimətni redaktə et]- Braudel, Fernand (1995). The Mediterranean and the Mediterranean World in the Age of Philip I. II. cilt. University of California Press. ss. 928. ISBN 0520203305.