Korluq (roman)
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Korluq | |
---|---|
port. Ensayo sobre a ceguera | |
Janr | elmi fantastika, Apokaliptika və postapokaliptika |
Müəllif | Joze Saramaqo |
Orijinal dili | portuqal dili |
Nəşr ili | 1995 |
Korluq (roman) (port. Ensaio sobre a cegueira) — 1995-ci ildə Joze Saramaqo tərəfindən yazılmış roman. "Korluq" 1998-ci il Ədəbiyyat üzrə Nobel mükafatçısı Joze Saramaqonun son illərdə yazdığı ən təsiredici romandır. Joze Saramaqo bu müthiş romanında korluq faktını məcaz olaraq istifadə edib. O, sadə obrazlar və bəsit söz oyununa müraciət etmədən, olduqca dolğun şəkildə bütün qəhrəmanların danışıqlarını ortaq bir monoloqa çevirmiş, onların heç birinə ad verməmişdir. Romanda demək olar ki, nöqtə və vergüldən başqa heç bir durğu işarəsindən istifadə olunmamışdır. Bu üsulla o, liberal demokratiyanın insanları məruz qoyduğu qeyri-sağlam mühiti fövqəladə bir ustalıqla yarada bilmişdir. Roman 2008-ci ildə Fernando Meirelles tərəfindən ekranlaşdırılmışdır. Yazıçının bu romanın davamı olan "Görmək" kitabı 2004-cü ildə nəşr edilmişdir.
Mövzu
[redaktə | mənbəni redaktə et]Əsərdə sükan arxasında olan bir adam yaşıl işığı gözləyərkən qəflətən korlaşır. Korluğu müraciət etdiyi həkimə də keçir. Bu korluq bir epidemiya kimi bütün şəhərə yayılır; öldürücü olmasa da bütün əxlaqi dəyərləri yox etməyə qadirdir. Bu hadisədən sonra cəmiyyət görməyən gözlərlə cinayətlərə, təcavüzlərə şahid olur. Həyatda qala bilənlər yalnız güclü olanlardır. Şəhərdə xilas olan tək insan göz həkiminin həyat yoldaşıdır.