Korlaşma (roman)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Korlaşma
Die Blendung
Müəllif Elias Kanetti
Janr roman
Orijinalın dili alman
Ölkə
Orijinalın nəşr ili 1935
Səhifə 464 (ingilis)
518 (türk)
ISBN ISBN 97538-804-4-2

KorlaşmaAlmaniya yazıçısı və Nobel mükafatı laureatı Elias Kanettinin 1935-ci ildə yazdığı roman.

"Korlaşma" romanında yazılıdığı dövrə aid izlərə rast gəlmək mümkündür. Əsər 1930-cu illərdə, hələ nasistlərin hakimiyyətə yenicə gəldiyi dövrdə yəhudi əsilli alman Elias Kanetti tərəfindən yazılmışdır. Bu ilk romanında Kanettinin hakimiyyətə olan marağı hiss ediliməkdədir. Kanetti bu romanını 26 yaşında yazmışdır.

Roman Birinci dünya müharibəsi ilə İkinci dünya müharibəsi arasındakı dövrdə Almaniyadakı vəziyyəti, Almaniyanın Birinci dünya müharibəsindəki məğlubiyyətinin təsirini qaldırmaq üçün nasistlərin fəaliyyətindən bəhs edir.

Kitabın anti-qəhrəmanı olan Kin kitablara və elmə bağlıdır. Evində 25.000 kitabı olan Kin xarici dünyadan soyumuş, evindən qıraqda olan hər kəsə cahil, savadsız gözü ilə baxır.

Roman 3 hissədən ibarətdir:

Dünyasız bir baş : Evindəki kitabları ilə yaşayan Kinin evindəki həyatından bəhs edən bu bölümdə xidmətçisi Terezaya kitablarını göstərən Kinin onunla evlənməsi də danışılır. Kin xarici dünyadan ayrı yaşayır.

Başsız bir dünya : Bu bölümdə xarici dünyadan xəbərsiz olan, heç kimi tanımayan Kin xidmətçisi Tereza tərəfindən küçəyə atılır. Kiçik gördüyü insanların əlində oyunçağa çevrilir.

Başdakı dünya: Bu bölümdə yaşadıqlarının ardından Kin öz başında öz dünyasını qurub dəli olmaq həddinə çatır və acınacaqlı sonu danışılır.