Kordova əmirliyi
Əmirlik | |||
Kordova əmirliyi | |||
---|---|---|---|
isp. Emirato de Córdoba ərəb. إمارة قرطبة | |||
|
|||
|
|||
|
|||
Paytaxt | Kordova | ||
Dilləri | ərəb dili | ||
Rəsmi dilləri |
Ərəb dili mosarab |
||
Dövlət dini | İslam | ||
Ərazisi | Pireney yarımadasının şimali-qərb hissəsi istisna olmaqla digər əraziləri | ||
Əhalisi | ərəblər, bərbərlər, Pireney xalqları | ||
İdarəetmə forması | Monarxiya | ||
Sülalə | Əməvilər | ||
Vikianbarda əlaqəli mediafayllar |
Kordova əmirliyi (isp. Emirato de Córdoba, ərəb. إمارة قرطبة ) — Orta əsrlərdə İspaniyada İslam dövləti (756-929). Əsası Əməvilərin sülaləsindən olan 756-cı ildə Əmir titulunu qəbul edən I Əbdürrəhman tərəfindən qoyulmuşdur.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]711-718-ci illərdə müsəlmanlar sürətli bir şəkildə Pireney yarımadasını fəth etdikdən sonra burda Əməvilər xilafətinin tərkibində vilayət yaradıldı. Kordova şəhəri, "vali" və ya "əmir" titulu daşıyan hökmdarların iqamətgahına çevrildi. İlk dövrlər İspan əmiri xəlifəyə birbaşa tabe olan Afrika valisi tərəfindən təyin edilirdi.
Bütün Pireney müsəlmanları şəhərlərdə yaşayan ərəblərə, kənddə yaşayan bərbərlərə və qoşunlarda üstünlük təşkil edən suriyalılara bölünürdü. Bu xalqlar I Əbdürrəhmanın yarımadaya gəlişinə qədər hakimiyyət uğrunda öz aralarında mübarizə aparırdılar.
Əmirliyin yaranması
[redaktə | mənbəni redaktə et]750-ci ildə Abbasilər Əməviləri devirdikdən sonra sülalənin bütün üzvləri qətl edildi. Sülalənin sağ qalan yeganə nümayəndəsi əvvəlcə Misirə, daha sonra Məğribə qaçdı. Ancaq onun bu torpaqlarda möhkəmlənmək cəhdləri uğursuz oldu. 755-ci ilin sonunda Əbdürrəhman Pireney sahillərinə çıxdı, Kordovanı tutdu və özünü əmir elan etdi.[2] İlk dövrlər Pireneydə Abbasi hökmranlığını rəsmi olaraq tanıdı, ancaq 765-ci il münaqişəsindən sonra məscidlərdə cümə xütbələrində Abbasilərin xatırlanması qadağan edildi. Hakimiyyətinin çox hissəsini xristianlarla mübarizəyə sərf etmişdi. I Əbdürrəhman müxtəlif müstəqil kimik əmirlikləri öz dövlətinə birləşdirdi.[3] Üstəlik o, 896-cı ildə Korsika adasını da fəth etməyə müvəffəq oldu.[4]
Bununla belə, müstəqil əmirliyin əsl yaradıcısı, vəzirlərin səlahiyyətlərini asanlaşdıran və müsəlman torpaqlarında xristianların sayını əhəmiyyətli dərəcədə azaldaraq yarımadanın çox sürətli bir şəkildə İslamlaşmasına nail olan II Əbdürrəhman idi.
Ərəblər və bərbərlər arasında hakimiyyət uğrunda mübarizə müstəqil əmirlik qurulduqdan sonra da səngimədi. Bu daxili çəkişmələr xristian krallıqlarına geniş imkanlar açdı və sonradan rekonkistanın yayılmasına münbit şərait yaratdı.
912-ci ildə III Əbdürrəhmanın taxta çıxması dövründə əmirliyin siyasi tənəzzülü aşkar idi. III Əbdürrəhman üsyanlara son verdi, xristian torpaqlarına yürüşlər etdi. Əmirliyin siyasi birliyini bərpa edən III Əbdürrəhman, Qahirə də yerləşmiş Fatimilər xilafətini qurmuş rəqib İslam sülaləsi Fatimilərin işğalı təhlükəsi ilə qarşılaşdı. Çünki Fatimilər xəlifə titulunu daşıyırdılar və bütün keçmiş Ərəb xilafəti ərazilərinə iddia edirlər. Bu səbəbdən 929-cu ildə III Əbdürrəhan özünü xəlifə elan etdi.[3] Beləliklə 929-cu ildə Kordova xilafəti yarandı.[5]
Əmirlər
[redaktə | mənbəni redaktə et]- I Əbdürrəhman 756-788.
- I Hişam 788-796
- I Əl Həkəm 796-822
- II Əbdürrəhman
- Əl Məhəmməd 852-886
- Əl-Munzir 886-888
- Abdulla ibn Məhəmməd 888-912
- III Əbdürrəhman 912-929
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Jayyusi, Salma Khadra; Marín, Manuela. The Political History of Al-Andalus // The Legacy of Muslim Spain (ingilis). BRILL. 1994. 19. ISBN 978-90-04-09599-1. 2016-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-22.
- ↑ Hughes, 1968. səh. 108
- ↑ 1 2 Barton, 2004. səh. 37
- ↑ Stanton, 2015. səh. 111
- ↑ Barton, 2004. səh. 38
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Ambrosio, Beatriz; Hernández, Candela; Novelletto, Andrea; Dugoujon, Jean M.; Rodríguez, Juan N.; Cuesta, Pedro; Fortes-Lima, César; Calderón, Rosario. "Searching the peopling of the Iberian Peninsula from the perspective of two andalusian subpopulations: a study based on Y-chromosome haplogroups J and E". Collegium Antropologicum. 34 (4). December 2010: 1215–1228. PMID 21874703.
- Guichard, P. (1976). Al-Andalus: Estructura antropológica de una sociedad islámica en Occidente. Barcelona: Barral Editores. ISBN 8421120166
- Али-заде А. А. Хроника мусульманских государств I-VII вв. Хиджры (2-е, испр. и доп 5000 nüs.). М.: Умма. 2004 [е]. 233–236. ISBN 5-94824-111-4.
- Рыжов К. Все монархи мира. Мусульманский Восток VII-XV вв (3000 nüs.). М.: Вече. 2004. 330–333. ISBN 5-94538-301-5.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Анонимные авторы. "Испанские средневековые хроники: Хроника Карденьи I. Хроника Карденьи II. Анналы Толедо I. Анналы Толедо II. Анналы Толедо III". www.kuprienko.info (А. Скромницкий). 2012-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-17.