50°06′40″ şm. e. 8°40′27″ ş. u.HGYO

Kommertsbank Tauer

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
rus. Коммерцбанк-Тауэр
Commerzbank Tower

50°06′40″ şm. e. 8°40′27″ ş. u.HGYO


Yeri Almaniya
Frankfurt-Mayn
Tikilmə tarixi 1994-1997
Status tikili
Hündürlüyü
Antena / Şpil 300 m
Dam 259 m
Texniki göstəriciləri
Mərtəbə sayı 65
Daxili sahəsi 109200 m2
Lift sayı 25
Memar Norman Foster
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kommertsbank Tauer (rus. Коммерцбанк-Тауэр) — Frankfurt-Maynda yerləşən göydələn.

1997-ci ildə 300 metr yüksəkliyində ucaldılan göydələn, dövrünə görə Avropanın ən yüksək binası hesab edilidi.

1991-ci ilin iyun ayında qəbul edilmiş layihəyə əsasən, bina 65 mərtəbə, ümumi sahəsi 120 000 m² və ümumi həcmi isə 538 000 m³-dir.

Binanın damı asimmetrikdir. Döşəmə sahəsi 1700 m²dir. Damda 40-a qədər insan üçün kiçik bir müşahidə salonu var. Yanacaq liftindən yalnız xüsusi icazə ilə əldə etmək mümkündür. Binada 1600 kq-lıq yük qabiliyyəti olan 16 lift var. Hər bir bölmənin kənar görünüşü olan iki şüşə lift var.

Demək olar ki, bütün xarici divarlar şüşə ilə hazırlanıb. İkili fasad kondisioner sisteminə təmiz hava verir. Bina ekoloji standartlar və enerji qənaət tələbləri nəzərə alınmaqla tikilmişdir.

Tikilinin alt mərtəbəsində, təhlükəsizlik xidmətləri və texniki xidmətlər vardır.

Binanın aşağı hissəsində 1060 m² ərazidə müxtəlif tədbirlər üçün istifadə edilən "Plaza" kompleksi mövcuddur. Binanın sahibi "Commerzbank"-dır.[1]

  1. "Commerzbank tower tours". 2015-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-20.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]