Koenzimlər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Koenzim və ya koferment termini XX əsrin əvvəllərində görkəmli Fransa biokimyaçısı Qabriyel Bertran tərəfindən verilmişdir. Bunlar fermentin o hissələridir ki, dializ zamanı yarımkeçirici sahədən çıxa bilir. Sonralar müəyyən edilmişdir ki, çoxlu fermentlər iki komponentlidir, yəni zülaldan və onlarla birləşmiş halda olan qeyri-zülal təbiətli termostabil üzvi birləşmədən ibarətdir və fermentin təsiri zamanı mütləq kofaktor kimi iştirak edir.

Apoferment – ikikomponentli fermentin zülal hissəsinə deyilir. Apofermentlərlə nisbətən möhkəm birləşmiş olan kofermentlər üçün prostetik qrup terminindən istifadə etmək təklif olunur, zülal kimyasında proteinlərin qeyri-zülal hissəsini göstərir. Lakin bu bölgü əsaslı deyildir. Çünki fermentin birində eyni koferment zəif, digərində xeyli möhkəm birləşə bilir.

Kofermentlərin kimyəvi təbiəti

[redaktə | vikimətni redaktə et]

Kofermentlərin kimyəvi təbiəti öyrənilərkən müəyyən edilmişdir ki, onların bir çoxu vitaminlər və onların törəmələridir. Məsələn vitamin B1-in (tiamin) pirofosfat efiri mühüm komponentlərdən biridir. Vitamin B2 (riboflovin) və vitamin PP (nikotin turşusunun amidi) bir sıra oksidləşdirici-reduksiyaedici fermentlərin koenzimlərinin tərkibinə daxil olur. Vitamin B6 (piridoksin) törəmələri şəklində bir sıra fermentlərin kofermentləridir. Bu fermentlər amin turşularının müxtəlif çevrilmələri kimi özlərini aparır. Pantoten turşusu, fol turşusu, biotin və vitamin B12 törəmələri də (sianokobalamin) fermentlərin tərkibinə daxil olur. Bir sözlə, müəyyən edilmişdir ki, vitaminlər normal həyat fəaliyyəti üçün çox mühüm maddələrdir. Kofermentlərin kimyəvi təbiəti, onların fermentativ reaksiyalardakı funksiyaları və təsir mexanizmi rəngarəngdir.

Koenzimlərin növləri

[redaktə | vikimətni redaktə et]

Onlar kimyəvi quruluşlarına əsasən qruplaşdırılır:

  • Alifatik sıra kofermentləri
  • Aromatik sıra kofermentləri
  • Heterotsiklik birləşmə kofermentləri
  • Nukmozid və nukmotidlər
  • Məhərrəmov A. M., Allahverdiyev M. Ə. Bioüzvi kimya. Dərs vəsaiti. Bakı, Çaşıoğlu, 2009.-384 səh.