Kia Motors Slovakia
Kia Motors Slovakia | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Kia Motors şirkəti |
Sənaye | avtomobil istehsalı[d] |
Məhsulu | Avtomobil |
Təsis tarixi | 13 fevral 2004-cü il |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
Ana şirkət | Kia |
kia.sk/index.php |
Kia Motors Slovakia — Koreyanın Kia Motors şirkətinə məxsus olan avtomobil zavodu. Avtomobil zavodu Slovakiyanın Jilina şəhərində yerləşir. Zavodun tikintisinə 2004-cü ilin oktyabrında başlanılmışdır. Artıq 2005-ci ilin dekabrında tikinti işləri tam olaraq bitir. 2006-cı ilin iyununda zavod test rejimində işə salınır. 7 dekabr 2006-cı ildə ilk avtomobil koveyrdən alınır[2].
Şirkətdə aşağıdakı avtomobil modellərini istehsal edilir[3]:
- Kia cee’d (beş qapılı) dekabr 2006-cı ildən
- Kia Sportage iyun 2007-ci ildən
- Kia cee’d_sw (universal) iyul 2007-ci ildən
- Kia pro_cee’d (üç qapılı) oktyabr 2007-ci ildən
- Hyundai ix35 (beş qapılı universal) yanvar 2010-cu ildən[4]
Zavodun istehsal gücü il ərzində 300 min avtomobildir. 2008-ci ildə Kia Motors Slovakia zavodunda 201 507 avtomobil buraxılmışdır. Bu isə 2007-ci ilə nisbətdə 38 % çoxdur. 2006-cı ildən 2008-ci ilə qədər konveyrdən 360 623 avtomobil buraxılmışdır. Kia Motors Slovakia şirkəti Slovakliyada yeganə mühərrik istehsalçısıdır. zavodda dörd növ mühərrik istehsal edilir: Benzinli mühərrik (1,4 l və 1,6 l) və Dizel mühərriki (1,6 l və 2,0 l). 2008-ci ildə mühhərik istehsalı 176 126 ədəd təşkil etmişdir. Bu isə 2007-ci ilə nisbətdə 2008-ci ildə 54 % olmuşdur. 2008-ci ildə şirkətdə 2 700 nəfər işləyirdi. Şirkətin 2008-ci ilə olan gəliri 1 504,6 mln Slovakiya kronu təşkil etmişdir. Bu isə 2007-ci ilin analoji dövründən 69 % çoxdur[3].
2009-cu ildə zavodun konveryrindən 500 mininci avtomobil buraxılmışdır. Bu ağ rəngli Kia cee’d_sw markalı, mexaniki ötürmə qurğusuna sahib avtomobil olmuşdur. Bu maşın Martin şəhərində olan transplantologiya mərkəzinə verilmişdir. 15 yanvar 2010-ci ildən etibarən zavodda Hyundai ix35 modeli buraxılmağa başlanılır. Bu zavodda buraxılan 3-cü model olur[4].
2009-cu ildə Kia Motors Slovakia 150 000 avtomobil buraxır. Bunun 38 % Kia cee’d modelinin beş qapılı versiyası olur. Həmin ildə istehsal edilən avtomobillərin 21 %-dən çoxu Rusiya bazarına göndərilmişdir. 2009-ci ildə Kia Motors Slovakia 243 000 mühərrik istehsal etmişdir. Bu isə 2008-ci ilə nisbətdə 37 % çoxdur. Çexiyanın Novoşiv şəhərində yerləşən Hyundai Motor Manufacturing Czech zavodunda yeni mühərrik təchizatı səbəbiylə zavod tərəfindən həyata keçirilən üç növbəli əməliyyat sayəsində istehsal edilən mühərriklərin sayı əhəmiyyətli dərəcədə artdı. Bununla yanaşı əvvəllər istehsal olunan mühərriklərdən əlavə, yeni 1,4 litrlik dizel mühərriklərinində istehsalına başlanılmışdır[4].
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 https://www.coface.cz/content/download/186543/3096111/file/CER-CZ-CEE_Top_500_2019_booklet.zip. Compagnie Française d'Assurance pour le Commerce Extérieur, 2019.
- ↑ "First Kia cee'd cars roll off Slovakia production line" (ingilis). 07.12.2006. 2012-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-25.
- ↑ 1 2 "2008 Annual report Kia Motors Slovakia, s.r.o." (PDF) (ingilis). 2012-03-28 tarixində orijinalından (pdf) arxivləşdirilib. İstifadə tarixi: 2010-02-25.
- ↑ 1 2 3 "Kia Motors Slovakia produced more than 500,000 vehicles and launches the volume production of a new model Hyundai ix35" (ingilis). 15.01.2010. 2012-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-25.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Kia Motorsun rəsmi saytı (ing.)
- Сайт Kia Motors Slovakia (slovak.) (ing.)