Kavkazskiy Uzel

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kavkazskiy Uzel
Loqonun şəkli
Ölkə
Baş redaktoru
  • Qriqori Şvedov[d]
Təsis edilib 2001
Dili rus dili, ingilis dili
Baş qərargahi
Veb-saytı kavkaz-uzel.media
eng.kavkaz-uzel.eu

Kavkazskiy Uzel (rus. Кавказский узел; ing. Caucasian Knot), bəzi azərbaycandilli mənbələrdə Qafqaz Düyünü[1][2] — Qafqaz regionu haqqında ingilis və rus dillərində xəbərlər yayımlayan onlayn xəbər saytı. 2001-ci ildə yaradılan saytın baş redaktoru Qriqori Şvedovdur.[3] Sayt siyasətə və insan hüquqları məsələlərinə, o cümlədən mətbuat azadlığına xüsusi diqqət yetirir.[4]

2001-ci ildə sayt "Memorial" hüquq müdafiə təşkilatı ilə əlaqəli layihə kimi fəaliyyətə başlamış, lakin daha sonra müstəqil jurnalistika saytına çevrilmişdir. 2003-cü ildə ingilis dilli versiyası açılıb.[5] Sayt ABŞ və Qərbi Avropadakı bir sıra xeyriyyə təşkilatları tərəfindən maliyyələşdirilir.[6][7] 2011-ci ildə aylıq təxminən 1,8 milyon oxucusu var idi.[7]

Saytın təhlükəsizlik səbəblərinə görə redaksiyası yoxdur.[3][7] Qriqori Şvedov Moskvadan, digər müxbirlərin əksəriyyəti (təxminən əlli nəfər) Çeçenistan, DağıstanAzərbaycan daxil olmaqla Qafqazdan fəaliyyət göstərir. Jurnalistlər virtual ofisdə Google proqramları vasitəsilə əlaqə saxlayırlar. Bəzi müxbirlər təhlükəsizlik səbəbilə öz adlarından istifadə etmirlər.[7]

Jurnalistlərinin qətli və təqibi

[redaktə | mənbəni redaktə et]

Rusiyalı hüquq müdafiəçisi və jurnalist Natalya Estemirova 2009-cu ildə Çeçenistanda qətlə yetirilməzdən əvvəl Kavkazskiy Uzel-də işləyib.[8]

Saytın digər jurnalisti Bella Ksalova 2010-cu il iyulun 25-də Çerkessk şəhərində Arsen Abayxanov tərəfindən güllələnib.[9]

Həftəlik "Novoe Delo" qəzetinin redaktor müavini və eyni zamanda Kavkazskiy Uzel yazarı olan Əhmədnəbi Əhmədnəbiyev 2013-cü ildə Mahaçqalada güllələnərək öldürülüb.[10][11]

2016-cı il aprelin 16-da saytın müxbiri Jalaudi Geriyev naməlum təhlükəsizlik qüvvələri tərəfindən qaçırılıb. O, Çeçenistanda hakimiyyətə qarşı işləməkdə günahlandırılıb və qanunsuz daşınma və külli miqdarda narkotik saxlamaq ittihamı ilə üç il həbs cəzasına məhkum edilib.[12][13]

Kavkazskiy Uzel 2007-ci ildə Almaniyanın ZEIT-Stiftung xeyriyyə təşkilatı və Norveçin Fritt Ord azad söz təşkilatı tərəfindən birgə verilən "Şərqi Avropanın Azad Mətbuat Mükafatı"na layiq görülüb.[14][15]

2009-cu ildə peşəkar ictimaiyyətin maraqlarını müdafiə etdiyinə görə Rusiya Jurnalistlər İttifaqının mükafatına layiq görülüb.[16]

Redaktor 2012-ci ildə Memorial və Kavkazskiy Uzel ilə işinə görə Hollandiyanın Geuzenpenning mükafatına layiq görülüb.[3]

  1. "Azərbaycan – Rusiya: baş tutmayan dostluq". BBC News Azərbaycanca (az.). 22 iyul 2017. 2022-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.
  2. "Cənubi Qafqaz mövzusu Ukrayna mediasında". Xalq qəzeti (az.). İstifadə tarixi: 25 oktyabr 2023.
  3. 1 2 3 "Giving people of the Caucasus a voice". Radio Netherlands Worldwide. 2014-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2013.
  4. "News, analysis websites and blogs about the Caucasus". 2015-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2013.
  5. "A level-headed reporter: Gregory Shvedov". www.freepressunlimited.org (ingilis). 2020-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-21.
  6. About us Arxivləşdirilib 2020-12-24 at the Wayback Machine Caucasus Knot. 22 June 2009. Retrieved 2 January 2013
  7. 1 2 3 4 Heuvel, Katrina vanden. "A Brave and Independent Russian Editor". The Nation. 9 aprel 2012. 2015-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2013.
  8. Pan, Philip P. "Human Rights Activist Natalya Estemirova Killed in Chechnya". Washington Post. 16 iyul 2009. 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 yanvar 2013.
  9. "Journalist killed in suspicious car accident". IFEX (ingilis). 2010-08-05. 2020-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-23.
  10. Hoffman, Sarah. "Journalist Killed in Russia". PEN America (ingilis). 10 iyul 2013. 2016-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 yanvar 2013.
  11. "Dağıstanda jurnalist öldürülüb". BBC News Azərbaycanca (az.). 9 iyul 2013. İstifadə tarixi: 25 oktyabr 2023.
  12. "Memorial Human Rights Centre considers Chechen journalist Zhalaudi Geriev [Geriyev] a political prisoner - Rights in Russia". www.rightsinrussia.info. 2017-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-23.
  13. "Journalist Imprisoned on Dubious Drug Charges in Chechnya" (ingilis). 2016-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-23.
  14. "DDoS attacks against Caucasian Knot". Deflect (ingilis). 19 mart 2019. 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2023.
  15. "Fritt Ord ønsker forslag på journalister og medier til pressepriser for Øst-Europa 2013" (norveç). 21 sentyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 yanvar 2013.
  16. Узел, Кавказский. "«Кавказский узел» награжден премией Союза журналистов России (видео)". Кавказский Узел. 2023-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]