Katarxey
Katarxey və ya Katarxey eonu — təxminən 4.6 milyard il əvvəl Yerin yaranması ilə başlamış, Yer tarixinin 4 eonundan ilki.[1] 2016-a qədər Beynəlxalq Stratiqrafiya Komissiyası (ing. International Commission on Stratigraphy və ya ICS) bu statusu qeyri-rəsmi olaraq xarakterizə etmişdir.[2] Bu termini ilk əvvəl 1972-ci ildə geoloq Preston Klod Yerdəki ən qədim qayalara qədərki dövrü adlandırmaq üçün işlətdi.[3][4] Daha sonra Brian Harland bu dövrü adlandırmaq üçün "Priskon dövrü" (lat. priscus-qədim) ifadəsini təklif etdi.[5] Digər köhnə mənbələrdə bu eon Pre-arxey (arxeydən əvvəl) olaraq adlandırılıb.
Süxurlar
[redaktə | mənbəni redaktə et]20-ci əsrin son onilliklərində geoloqlar Qərbi Qrenlandiyadan, Kanadanın şimal-qərbindən və Qərbi Avstraliyadan Katerxeyə məxsus bir neçə süxur qalığı aşkarladılar. 2015-ci ildə Qərbi Avstraliyada 4,1 milyard illik qayalıqlarda "biotik həyat qalıqları" olaraq təsnif edilən karbon minerallarının izləri tapıldı.[6][7]
Atmosfer və okeanlar
[redaktə | mənbəni redaktə et]Yer kürəsini meydana gətirən materialda çox miqdarda su vardı. Su molekulları meydana gəlməsi zamanı daha az kütləyə sahib olsaydı, Yerin cazibə qüvvəsindən daha asanlıqla qurtula bilərdi. Kosmik sürət səbəbindən hidrogen və heliumun daima (bu günə də) kosmosa axdığı düşünülür.
Qədim planetin bir hissəsinin Yerin bir və ya iki böyük bölgəsinin əriməsinə səbəb ola biləck proses, Ayı meydana gətirən toqquşma nəticəsində dəyişdiyi düşünülür. Bununla birlikdə,maddə bu toqquşma ilə buxarlanmalı, gənc planetin ətrafında süxur tərkibli buxar atmosferi yaratmalı idi. Bu buxar, ehtimal ki, iki min il ərzində yoğunlaşıb, hidrogen və su buxarından ibarət atmosfer yaratdı. Maye sudan ibarət okeanlar 230 °C (446 °F) səth istiliyinə baxmayaraq mövcud idi, çünki ağır CO2 atmosferinin səbəb olduğu 27 atmosferdən yuxarı bir atmosfer təzyiqində su hələ də maye halında olur.
Zirkonlar üzərində aparılan tədqiqatlar maye suyun 4.4 milyard il əvvəl, Yer meydana gəldikdən çox qısa müddət sonra mövcud olduğunu aşkara çıxardı. Bunun üçün bir atmosferin olması tələb olunurdu. Yerin soyuması təxminən 4.4 ilə 4.1 milyard il arasındakı bir dövrü əhatə edir.
2008-ci ilin sentyabr ayında Avstraliyanın Katarxey mənşəli süxurlarında aparılan araşdırma, 4 milyard il əvvəl (Yer yaranmasından təxminən 600 milyon il sonra) tektonik pltələrin mövcudluğuna işarə edən dəlillər tapdı. Əgər bu həqiqətdirsə, Yer kürəsinin isti, əridilmiş bir səthə və dəm qazı ilə dolu atmosferə sahib olduğu dövrdən bugünkü kimi olmasına keçid dövrünü təxminən 4.0 milyard il əvvəl olduğunu demək olar. Tektonik plitələrin və okeanların hərəkətləri çox miqdarda karbon qazını sıxışdıraraq, istixana təsirini azaldır və daha sərin səth istiliyinə, bərk süxurların meydana gəlməsinə və bəlkə də həyatın yaranmasına səbəb olur.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Palaeos.org: Katarxey eonu
- Paleontologiya.az: Geoloji dövrlər və paleontologiya
- Katarxey (xronostratiqrafiya cədvəli)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "International Chronostratigraphic Chart 2015" (PDF). International Commission on Stratigraphy. 2 April 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 January 2016.
- ↑ Ogg, J. G.; Ogg, G.; Gradstein, F. M. A Concise Geologic Time Scale: 2016. Elsevier. 2016. səh. 20. ISBN 978-0-444-63771-0.
- ↑ Cloud, Preston. "A working model of the primitive Earth". American Journal of Science. 272 (6). 1972: 537–548. Bibcode:1972AmJS..272..537C. doi:10.2475/ajs.272.6.537.
- ↑ Bleeker, W. 10. Toward a "natural" Precambrian time scale // Gradstein, Felix M.; Ogg, James G.; Smith, Alan G. (redaktorlar ). A Geologic Time Scale 2004. Cambridge, England, UK: Cambridge University Press. 2004. səh. 145. 2016-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-18.
- ↑ "Oxford Dictionary, "Priscoan"". 2018-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-18.
- ↑ Borenstein, Seth. "Hints of life on what was thought to be desolate early Earth". Excite. Yonkers, NY: Mindspark Interactive Network. Associated Press. 19 October 2015. 2015-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-20.
- ↑ Bell, Elizabeth A.; Boehnike, Patrick; Harrison, T. Mark; və b. "Potentially biogenic carbon preserved in a 4.1 billion-year-old zircon" (PDF). Proc. Natl. Acad. Sci. U.S.A. Washington, D.C.: National Academy of Sciences. 112. 19 October 2015: 14518–21. Bibcode:2015PNAS..11214518B. doi:10.1073/pnas.1517557112. ISSN 1091-6490. PMC 4664351. PMID 26483481. 2015-11-06 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-10-20.