Karaidel rayonu
Rayon | |||||
Karaidel rayonu | |||||
---|---|---|---|---|---|
Ҡариҙел районы | |||||
|
|||||
55°50′16″ şm. e. 56°54′35″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 20 fevral 1932 | ||||
Sahəsi | 3785,78[1] km² | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 34744 | ||||
Poçt indeksi | 4523ХХ | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Karaidel rayonu (başq. Ҡариҙел районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.
Rayonun inzibati mərkəzi Karaidel kəndidir.
Coğrafi yerləşməsi
[redaktə | mənbəni redaktə et]Başqırdıstanın şimalında yerləşir. Ərazisindən Ufa, Ryazan, Kirzya, Bayki, Uryuş şayları axır. Rayonun ərazisi 3 664 km² təşkil edir. Ufa platosunun ərazisində yerləşir. Ərazisinin böyük hissəsində əsasən boz meşə, açıq-boz, qərbində isə qara torpaqlar yaylılmışdır. Ərazisindən kərpiç gili, neft, tikinti daşı, qum çıxarılır. şimaldan cənuba 38 km, şərqdən qərbə 66 km məsafədə uzanır. Rayon ərazisindən Moskva — Çelyabinsk dəmiryolu və Çişmi — Davlekonova — Qırğız-Miyaki, Raebski — Sterlitamak avtomobil yolu keçir.
Tarix
[redaktə | mənbəni redaktə et]Rayon 20 fevral 1932-ci ildə Askin və Baykin rayonlarının ləğv edilməsindən sonra meydana gəlmişdir. 1956-cı ildə Baykibaşev rayonu ləğv edilərən ona birləşdirilir[3].
31 avqust 1956-cı ildə RSFSR Ali Sovetinin Prezidium qərarı ilə Baykibaşev rayonunun mərkəzi Karaidel rayonu elan edilir. Bundan sonra rayon buna müvafiq olaraq Karaidel adlanmağa başlanılır[4].
Əhali
[redaktə | mənbəni redaktə et]Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Karaidel rayonu ərazisin milli tərkibi: başqırdlar — 47 %, tatarlar — 26,9 %, ruslar — 19,8 %, marilər — 5,4 %, digər millər — 0,9 %[5].
İnzibati-ətazi vahidləri
[redaktə | mənbəni redaktə et]Rayonda 17 kənd inzivati vahidliyinə 99 yaşayış məntəqəsi daxildir[6]
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Karaidel rayonu əsasən meşə-aqrar rayondur. 119,7 min ha ərazisi (rayonun 35,6 % ərazisi) meşə təsərrüfatının, 76,2 min ha əkin sahələrinin, 23,5 min ha otlaq sahələrinin payına düşür. Kənd təsərrüfatının əsas istiqamətləri: Taxılçılıq, kartofçuluq, ətlik-südlük istiqamətli heyvandarlıq, donuzçuluq. Ərazisindən Birsk — Mesyaqutovo — Satka avtomobil yolu keçir.
Sosial sfera
[redaktə | mənbəni redaktə et]Rayon ərazisində 65 ümumtəhsil mərkəzi, 23 orta məktəb; musiqi məktəbi və peşəkar uçiliş, 38 kütləvi kitabxana, 63 klub, 1 rayon və 7 kənd xəstəxanası fəaliyyət göstərir. Burada «Karaidel» adlı qəzet buraxılır.
Tanınmış şəxsləri
[redaktə | mənbəni redaktə et]- Vladimir Rəşidoviç Alimov — Rusiya Milli Qəhrəmanı.
- Vasili Semyonoviç Dulsev — Sosialist Əməyi Qəhrəmanı.
- Pyotr Qeorqieviç Korokin — Sovet İttifaqı Qəhrəmanı.
- Marat Parisoviç Mirqazyamov — Başqırdıstan Respublikası Baş Naziri.
- Nikolay Kiriloviç Romanov — Sovet İttifaqı Qəhrəmanı.
- Sergey Pavloviç Çerepaxin — Sovet İttifaqı Qəhrəmanı.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Alışeevski rayonu administrasiyası Arxivləşdirilib 2016-03-19 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Республика Башкортостан. Общая площадь земель муниципального образования". 2020-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-09.
- ↑ https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
- ↑ "Караидельский район | Генеалогия и архивы". 2010-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-09.
- ↑ "Указ Президиума ВС РСФСР от 31.08.1956 «Об установлении районного центра Байкибашевского района и переименовании Байкибашевского района Башкирской АССР» (Протокол № 22, ст. 2)". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-09.
- ↑ "Итоги Всероссийской переписи населения по Республике Башкортостан" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-05.
- ↑ "Закон Республики Башкортостан «Об изменениях в административно-территориальном устройстве Республики Башкортостан в связи с объединением отдельных сельсоветов и передачей населённых пунктов» (Принят Государственным Собранием — Курултаем Республики Башкортостан 18 ноября 2008 года)". 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-09.