Kansay Yamamoto
Kansay Yamamoto | |
---|---|
yap. 山本 寛斎 | |
Doğum tarixi | 8 fevral 1944[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 21 iyul 2020[3][4][…] (76 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | leykoz |
Təhsili |
|
Fəaliyyəti | dəb dizayneri |
kansai-inc.co.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Kansay Yamamoto (山本 寛斎, Yamamoto Kansay?, 8 fevral 1944[1][2], Yokohama – 21 iyul 2020[3][4][…], Tokio) – Yaponiya dəb dizayneri. Avanqard kolleksiyalarına və Devid Boui ilə əməkdaşlığına görə tanınır.[5] 2020-ci ildə leykoz xəstəliyindən ölmüşdür.[5]
Həyatı
[redaktə | mənbəni redaktə et]Kansay Yamamoto 1944-cü ildə doğulmuşdur.[5] İnşaat mühəndisliyi üzrə təhsil aldıqdan sonra dəb ilə maraqlanmağa başlamışdır.[5] 1971-ci ildə Londonda çıxış edən ilk Yaponiya dizayneri olmuşdur.[6] Bu çıxışından sonra teatr dizaynları beynəlxalq uğur qazanmışdır.[5]
Bu dövrdə Elton Con, Con Lennon və Stivi Vander kimi musiqiçilərlə dostluq əlaqələri qurmuşdur.[6] Londondakı uğuru Devid Bouinin diqqətini cəlb etmiş və 1973-cü ildə onunla əməkdaşlıq qurmuşdur.[6] Yamamoto 2016-cı ildə verdiyi müsahibədə qeyd etmişdir ki, Boui onun Londonda satılan qadın geyimlərini tapdıqdan sonra onunla maraqlanmağa başlamışdır.[5]
Yamamoto Boui üçün bir çox səhnə kostyumu hazırlamışdır: kombinezonlar, bədən kostyumları, plaşlar və enli şalvarlar.[5] O, müğənninin 1973-cü ildəki "Aladdin Sane" turnesi üçün kostyumlar hazırlamış, Bouinin Ziqqi Stardast personajının yaradılmasında kömək etmişdir.[5]
Yamamoto 1970 və 1980-ci illərdən sonra kimonoya müasir baxış gətirmiş, Yaponiyaya məxsus basara konsepsiyasına yönəlmiş, qalın və cürətli dizaynlar yaratmağa başlamışdır.[5] O, 2018-ci ildə Louis Vuitton üçün kabuki motivlərinə malik kolleksiya nümunələri yaratmışdır.[5] O, Moskvanın Qırmızı meydanı və Londonun Viktoriya və Albert muzeyi kimi məkanlarda tədbirlər təşkil etmişdir.[5]
Üslubu
[redaktə | mənbəni redaktə et]Yamamoto drammatik dizaynları ilə tanınsa da, ənənəvi Yaponiya paltarlarından ilhamlanmışdır.[6] Onun dizaynları şişirdilmiş ölçülərə malikdir.[6] Yamamoto dizaynlarında yakko, karesansui, kumadori kimi yapon elementlərindən istifadə etmişdir.[6] Bu elementləri birləşdirərək gözqamaşdıran rənglərlə təqdim etmişdir.[6]
Yamamotonun işləri Ceremi Skott və Mark Ceykobs kimi dizaynerlərə həsr göstərmişdir.[6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Kansai Yamamoto // Kunstindeks Danmark (dan.).
- ↑ 1 2 Kansai Yamamoto // Nationalencyklopedin (швед.). 1999.
- ↑ 1 2 Muere el diseñador japonés Kansai Yamamoto a los 76 años por leucemia. Agencia EFE, 2020.
- ↑ 1 2 Le créateur de mode japonais Kansai Yamamoto est mort (fr.). // Le Monde / J. Fenoglio Paris: Société éditrice du Monde, 2020. ISSN 0395-2037; 1284-1250; 2262-4694
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 "Kansai Yamamoto, fashion designer, dies age 76". CNN (ingiliscə). 27 iyul 2020. 28 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2022.
- ↑ 1 2 3 4 5 6 7 8 "Kansai Yamamoto, Japanese fashion designer, leaves behind a legacy of revolutionary designs". CoBo (ingiliscə). 28 iyul 2020. 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2022.