40°59′13″ şm. e. 29°02′12″ ş. u.HGYO

Kadıköy

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kadıköy
40°59′13″ şm. e. 29°02′12″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 40,21 km²
Saat qurşağı
Digər
kadikoy.gov.tr
v2.kadikoy.bel.tr
Xəritəni göstər/gizlə
Kadıköy xəritədə
Kadıköy
Kadıköy
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kadıköyİstanbul ilinin ilçəsi. Kocaeli yarımadasının cənub-qərb hissəsində yerləşən Kadıköy, qərbdə və cənubda Mərmərə dənizi, şimal-qərbdə Üsküdar, şimal-şərqdə Ataşəhər və şərqdə Maltəpə ilə əhatə olunmuşdur. Mərmərə sahilləri boyunca Heydərpaşadan Bostancıya qədər 21 kilometrlik bir sahil xəttinə sahib olan ilçənin şimal sərhədini isə D-100 avtomobil yolu təşkil edir.

Kadıköy daimi yaşayış məskəninə İstanbul şəhəri ilə inteqrasiya olunduqdan sonra çevrildiyi üçün şəhərin digər tarixi bölgələrinə nisbətən olduqca gənc bir yaşayış yeri olaraq qəbul edilə bilər. Bununla birlikdə, Anadolu hissəsinin ən qədim yaşayış yerlərindən biri olan Kadıköy, bu gün də sahilin ən işlək nöqtəsidir. Kadıköydə Osmanlı dövrünə aid bir çox abidələrə rast gəlmək mümkündür.

Kadıköy ilçəsi şəhər nəqliyyatı baxımından əhəmiyyətli bir mövqeyə sahibdir. İstanbulun müxtəlif bölgələrini birləşdirən əsas nəqliyyat yollarından bir çoxu Kadıköydən keçir. 2015-ci ildə həyata keçirilən "İstanbul Həyat Keyfiyyəti" araşdırmasında bütün ilçələr arasında 2-ci yeri tutmuşdur.