Kacol
Kacol | |
---|---|
ing. Kajol | |
Doğum tarixi | 5 avqust 1974 (50 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı |
|
Anası | Tanuja |
Fəaliyyəti | kino aktrisası |
Fəaliyyət illəri | 1992-ci ildən |
Boyu | 1,61 m |
Çəkisi | 57 kq[3] |
Mükafatları | |
IMDb | ID0004418 |
Vikianbarda əlaqəli mediafayllar |
Kacol Mukherci (ing. Kajol; 5 avqust 1974, Bombey[2]) — Hindistan aktrisası.
- Boyu : 157 sm[4]
Həyatı
[redaktə | mənbəni redaktə et]Kacol – Hindistanın böyük kino sənayesinin ən parlaq ulduzlarından biridir. Kacol mediada tez-tez "Bollivudun kraliçasi" kimi tanınır. Onun anası Tanuca da vaxtilə aktrisa olmuşdur. Bacısı Tanişa – hind kanallarının birində televiziya proqramının aparıcısıdır. Atası Şomu isə prodüserdir. Nənəsi Şobhana Samarth isə qızı kimi Bollivudun tanınan aktrisalarından olmuşdur.
Kacol kinoda debütünü 1992-ci ildə "Bekhudi" filmilə etmişdir. Ona ən böyük uğur isə Hindistan kinosunun kralı Şahrux Xanla birgə çəkildiyi "Cəsur ürək gəlini alar" filmindən sonra gəlir. Kacol yeganə aktrisadır ki, Raciv Rayın "Gupt" filmindəki obrazına görə ən yaxşı mənfi rol nominasiyasında mükafat qazanmışdır.
"Ailə və qanun" müştərək filminin çəkilişləri zamanı Kacol, aktyor Acay Devqanla tanış olur. Bundan sonra düz 4 il müddətində aktyorlar görüşməyə başlayırlar və 24 fevral 1999-cu ildə ailə həyatı qururlar.
2002-ci ildə Kacolun yeganə istəyi və bütün dualarının səbəbkarı qızı Nisa dünyaya gəlir. Qızının anadan olmasından sonra Kacolun karyerasında qısa bir durğunluq yaranır. Lakin bu kiçik durğunluq tezliklə aradan qalxır. 2006-cı ildə o, Kunal Kohlinin "Kor məhəbbət" filmində aktyor Əmir Xanla birgə çəkilmişdir.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]İl | Azərbaycanca adı | Orijinal adı | Rol |
---|---|---|---|
1992 | Fövqəladə debüt | Behkudi | Radhika |
1993 | Qumarbaz | Baazigar | Priya Çopra |
1994 | Məhəbbətlə zarafat olmaz | Yeh Dillagi | Sapna |
1995 | Karan və Arcun | Karan Arjun | Soniya |
1995 | Ailə və qanu | Hulchul | Şarmili |
1995 | Cəsur ürək gəlini alacaq | Dilwale Dulhania Le Jayenge | Simran |
1997 | Arzular | Minsaara Kanavu | Priya |
1998 | Sevgidən qorxmaq lazım deyil | Pyaar Kiya To Darna Kya | Muskan |
1998 | Düşmən | Dushman | Sonya |
1998 | Nəsə baş verir | Kuch Kuch Hota Hai | Anceli Şarma |
1999 | Mən sənin qəlbində yaşayıram | Hum Aapke Dil Main Rehte Hai | Meha |
2000 | Aşiq oğru | Raju Chacha | Anna |
2001 | Kədər və sevinc | Kabhi Khushi Kabhie Gham | Anceli |
2003 | Sabah açılacaq, yoxsa yox? | Kal Ho Naa Ho | mahnı ifa edən |
2006 | Kor məhəbbət | Fanaa | Zuni |
2006 | Heç vaxt "əlvida" demə | Kabhi Alvida Naa Kehna | mahnı ifa edən |
2007 | Om Şanti Om | Om Shanti Om | özü |
2008 | Sən, mən və biz | U Me Aur Hum | Piya |
2008 | Bu cütlüyü Tanrı yaradıb | Rab Ne Bana Di Jodi | mahnı ifa edən |
2010 | Mənim adım Xandır | My Name is Khan | Mandira Xan |
2010 | Biz bir ailəyik | We Are Family | Maya |
2012 | İlin tələbəsi | Student of the Year | mahnı ifa edən |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 India Today (ing.). 1975. ISSN 0254-8399
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #140419713 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Kajol.
- ↑ "Bollywoodgate.com". 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-31.