Kabil
Kabil | |
---|---|
کابل | |
34°31′58″ şm. e. 69°09′57″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1200 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.790 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Kabil (fars. کابل, ing. Kabul) — Əfqanıstanın paytaxtı və ən böyük şəhəri. Kabil çayı sahilində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, avtomobil yolları ilə Qəznə, Qəndəhar, Herat və Məzari-Şərif şəhərləri ilə birləşən şəhər.
Coğrafi mövqeyi
[redaktə | vikimətni redaktə et]Kabil Əfqanıstanın ən böyük şəhəridir. Qədim şəhər olan Kabil mühüm nəqliyyat qovşağında yerləşir. Eyniadlı çayın sahilində,1800–1900 metr yüksəklikdə yerləşir. Şəhərin məhəllələri Kabil çayının hər iki sahilini tutur. Şəhərin köhnə hissəsi Kabil çayının sağ sahilindədir və səciyyəvi Şərq simasını saxlamışdır. Çayın sol sahilindəki yeni hissədə keçmiş kral iqamətgahı, Məhəmməd Nadir şahın türbəsi, xarici səfirliklərin binası, parklar, iri yaşayış məhəllələri yerləşir. Kabil şəhəri cənub-qərb istiqamətində böyüyür.[2]
Sənayesi
[redaktə | vikimətni redaktə et]Kabil ölkənin siyasi, mədəni mərkəzi olmaqla yanaşı, həm də iqtisadi mərkəzidir. Şəhərdə avtomobil təmiri zavodu, asfalt-beton zavodu, yeyinti və yüngül sənaye müəssisələri, əczaçılıq fabrikləri və s. vardır.[2] Kabildə həmçinin döyüş sursatları, parça, mebel və şəkər istehsal edilir.
Tarixi
[redaktə | vikimətni redaktə et]Böyük Moğol imperiyasının yaradıcısı olan Qazi Zahirəddin Məhəmməd Babur 1504-cü ildə Hindiquş dağlarını keçib Kabilə üz tutur. Qan tökmədən Müqim Arğundan şəhəri alır və 1506-cı ildə özünü Kabil şahı elan edir.[3] Moğol İmperiyasının yaradıcı olan Babur şahın qəbri də bu şəhərdədir. Babur şah 26 dekabr 1530-cu ildə 48 yaşında əbədiyyətə qovuşmuş və əvvəlcə Aqrada dəfn olunmuşdur, sonralar vəsiyyətinə uyğun olaraq qəbri Kabilə köçürülür.[4] 1773–1818-ci illərdə Dürrani dövlətinin paytaxtı olmuşdur. İngiltərə-Əfqanıstan müharibələri zamanı şəhər ingilis qoşunları tərəfindən işğal edilir. 1880-ci ildən Əfqanıstan dövlətinin paytaxtıdır.[2]
Əhalisi
[redaktə | vikimətni redaktə et]Şəhərin əhalisinin sayı ətrafı ilə birlikdə 3.071.400 nəfərə yaxındır.[5] Puştulardan başqa şəhərdə taciklər, özbəklər, həzaralar və digər xalqların nümayəndələri də yaşayır.[2]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ https://nsia.gov.af:8080/wp-content/uploads/2019/06/%D8%A8%D8%B1-%D8%A2%D9%88%D8%B1%D8%AF-%D9%86%D9%81%D9%88%D8%B3-%D9%86%D9%87%D8%A7%DB%8C%DB%8C-%D8%B3%D8%A7%D9%84-98.pdf.
- ↑ 1 2 3 4 Soltanova H. B., Məmmədov C. A. "Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası" (dərslik). Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2008, s.277–278
- ↑ Zəhirəddin Məhəmməd Babur. Baburnamə. Bakı, 2011, s. 5
- ↑ Zəhirəddin Məhəmməd Babur. Baburnamə. Bakı, 2011, s. 6
- ↑ "The Major Cities and Agglomerations of the World – Overview: Afghanistan". 2009-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-24.