Külvari söyüd
Külvari söyüd | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Külvari söyüd |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Külvari söyüd (lat. Salix cinerea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Avropa, Kiçik Asiya, Qara dəniz sahilləri, Qərbi Sibir, Orta Asiya, Qafqazda yayılıb. Vətəni Cənub-Qərbi Asiyadır. Türkiyə, Zaqafqaziyanın cənubu, Şimali İran, Misir, İraq, Əfqanıstan və Pakistanda rast gəlinir.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 5 m-ə qədər olan yoğun budaqlı ağac və ya koldur. Qabığı bozdur, birillik və ikillik zoğları sıхsacaqlı-keçətüklüdür. Soyulmuş oduncaqda 1,5 sm-ə qədər uzunluqda düyünlər vardır. Yarpaqlarının uzunluğu 4-12 sm, eni 1-3 sm-dir, tərsinə yumurtaşəkilli və ya uzunsov ellipsşəkillidir, qaidəyə tərəf daralmışdır, uc tərəfi sivri, üst tərəfi bulanıq-yaşıl, alt tərəfi boz-yaşıl olub, damarları qabarıq, hər iki tərəfi qısa keçətüklüdür və ya yalnız alt tərəfində damarların yanları tüklüdür, kənarları хırda mişardişlidir. Yeni açılan zaman təхminən 2 sm uzunluqda, ipək kimi, yanları içəri qatlanmışdır. Yarpaqaltıqları böyrəkşəkillidir, kənarları dişlidir. Yarpaq saplaqları qısa və tüklüdür. Tumurcuqları aralı, qonur rəngdə, boz tüklüdür, uzunluğu 4 mm-ə qədərdir. Dişicik sırğaları silindrşəkilli, uzunluqları 3-4 sm-dir. Çiçəkaltı pulcuqları qonurumtul, ağ tüklü, erkəkcikləri 2-dir. Çiçək ballığı 1-dir. Yumurtalığı uzunsov-konusşəkilli, boz keçətüklü, qısa sütuncuqludur. Aprel ayında çiçəkləyir. Toхum vasitəsilə çoхaldılır, yazda əkilir.
Hündürlüyü 2,5-10 m çatan kol və ya ağacdır. Yalançı zoğları tumurcuqvari, saplağı 4-12 mm, əks yumurtavaridən ellipsvariyədək, 5-15 x 3-6 sm, alt tərəfi boz tükcüklüdür. Dişi çiçək 4-6 x 1-1,5 sm, meyvəsi 7-9 mm-dir.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Rütubətli, çimli torpaqlarda yaxşı bitir. Əsasən çaykənarlarında rütubətli yerlərdə rast gəlinir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Böyük və Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Çiçəkləmə və meyvə əmələ gətirmə dövründə dekorativ görünüşə malik olur. Aşı maddəsi ilə zəngin qiymətli bitkidir, qabığında 10-12% tannid vardır. Sırğalarında 120,3 mq% C vitamini olduğu müəyyən edilmişdir. Lifli bitkidir - 32%-ə qədər lif verir.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Orta dağ qurşağında geniş yayılıb.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Böyük və Kiçik Qafqazda, Samur-Dəvəçi düzənliyində, Lənkaran ovalığından orta dağ qurşağına qədər yayılıb.
Sinonimləri
[redaktə | mənbəni redaktə et]Homotipik sinonimləri
[redaktə | mənbəni redaktə et]- Capraea cinerea (L.) Opiz
- Salix aurita var. cinerea (L.) Fiori
- Vimen cinerea (L.) Raf.
Heterotipik sinonimləri
[redaktə | mənbəni redaktə et]- Capraea acuminata (Mill.) Opiz
- Salix acuminata Mill.
- Salix acuminata Schleich. ex Ser.
- Salix acuminata var. obovata Ser.
- Salix acuminata var. ovalifolia Ser.
- Salix acuminata var. variegata Ser.
- Salix ambigua Pollini
- Salix aquatica Sm.
- Salix aquatica var. androgyna Klett & Richt.
- Salix caprea Boiss. & Buhse
- Salix caprea var. variegata Weston
- Salix carinthiaca Host
- Salix cinerea f. acuta E.L.Wolf
- Salix cinerea f. angustata E.L.Wolf
- Salix cinerea var. aquatica Rchb.
- Salix cinerea var. crispa E.L.Wolf
- Salix cinerea var. cuneata E.L.Wolf
- Salix cinerea var. erosa E.L.Wolf
- Salix cinerea f. glabrescens E.L.Wolf
- Salix cinerea var. laeta E.L.Wolf
- Salix cinerea var. lancifolia E.L.Wolf
- Salix cinerea var. leiocarpos Gaudin
- Salix cinerea var. obovata (Ser.) Gaudin
- Salix cinerea var. ovalifolia (Ser.) Gaudin
- Salix cinerea f. serrata E.L.Wolf
- Salix cinerea var. spuria Wimm. & Krause
- Salix cinerea f. subintegra E.L.Wolf
- Salix cinerea var. timmii Rchb.
- Salix cinerea f. tricolor Dippel
- Salix cinerea f. variegata (Weston) Rehder
- Salix cinerea var. variegata (Ser.) Gaudin
- Salix cinerea var. virgata Fr.
- Salix constricta Guss.
- Salix discolor Host
- Salix dubia Andersson
- Salix dumetorum Suter
- Salix guseniensis Wimm.
- Salix hoffmanniana Bluff & Fingerh.
- Salix incanescens J.Forbes
- Salix lutescens A.Kern.
- Salix phlomoides M.Bieb.
- Salix polymorpha Host
- Salix praecox Dumort.
- Salix rothii Hoppe ex Rchb.
- Salix spadicea Vill.
- Salix timmii Schkuhr ex Rchb.
- Salix tortuosa Host
- Salix vaudensis A.Kern.
- Usionis aquatica Raf.
- Vimen acuminata Raf.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1021.