Japura çayı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Japura çayı
isp. Caquetá, port. Japurá, isp. Yapurá
Ölkələr
Mənsəbi Amazon çayı[1]
Uzunluğu
  • 2.820 km
Su sərfi 13.915 m³/s
Hövzəsinin sahəsi 282.000 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Japura (port. Japurá, isp. Yapurá) — Kolumbiya ərazisindən başlayan çay Kaketa (isp. Caquetá) adlanır. Braziliya ərazisindən axaraq Amazon çayının sol qolunu təşkil edir. Çayın uzunluğu 1930 km, hövzəsinin sahəsi 282000 km² təşkil edir. Başlanğıcını Mərkəzi And silsiləsindən götürür.

Yuxarı axarlarda Andlarda və qərb hissədə Qvineya öndağlığından Amazon düzənliyinə keçir. Düzənlikdə eni getdikcə artır. Amazonun mənsəbindən 600 km qərbdə Amazona birləşir. Martdan iyula dək çay daşır və nəticə də göl förmasını alır.

İllik su sərfiyyatı 18 min m³/s təşkil edir. Gəmiçilik üçün əsasən Braziliya xaricində Kolumbiya ərazisində yararlıdır.