Jan Qenet

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Jan Qenet
fr. Jean Genet
Doğum tarixi
Doğum yeri Paris, Fransa
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri Paris, Fransa
Vəfat səbəbi qida borusu xərçəngi[d]
Vətəndaşlığı Fransa Fransa
Fəaliyyəti Siyasi fəal, yazıçı
Fəaliyyət illəri 1942–1986
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jan Qenet - fransız filosof, yazar, siyasi fəal. Daha çox teatr oyunları ilə tanınır.

Kamilla Qabriel Qenet tərəfindən 1910-cu ildə kimsəsizlər yurduna buraxılan yeni doğulmuş körpəyə Jan adı verilmişdi. Jan, yeddi yaşına gəldiyində zərgər ailəsində yerləşdirildi. 10 yaşında oğurluğa başladı, 13 yaşında bir zərgər məktəbinə yazıldı. Ancaq orda da çox qalmır. 1926-cı ildə, 3 ay davam edən ilk məhbusluğunu yaşayanda 15 yaşında idi. 1942-ci ildəbir daha cəza evinə düşdüyündə artıq yetkinləşmişdi. İlk şeirini yazdı, ilk kitabı Notre-Dame des Fleurs (Çiçəklərin Məryəm Anası) yayımlandı. Bu kitabdan sonra ardından Miracle de la rose (Qızılgülün Möcüzəsi) gəldi.

Kitabları nəticəsində tanış olduğu Andre Jid, Jan Cocteau ve Jan-Pol Sartr'ın prezidentə verdikləri müraciət sayəsində sonuncu azadlığına qovuşdu. Bu əfvdən sonra yenidən yeraltı dünyasına dönməyib, özünü tamamilə ədəbiyyata vermişdi.

  • Yüksək nəzarət: Haute surveillance, 1947.
  • Xidmətçilər: Les bonnes, 1947.
  • Balkon: Le balcon, 1956.
  • Zəncilər: Les nègres, 1958.
  • Pərdələr: Les paravents, 1961.

Bir neçə vaxt qırtlaq xərçəngi ilə mübarizə aparan Qenet 1986-cı ildə Parisdə bir otel orağında ölü olaraq tapıldı. Qenetin başını sərt bir şəkildə harasa vurulması düşünülür.