Hou İfan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hou İfan
çin. 侯逸凡
Ölkə
Doğum tarixi 27 fevral 1994(1994-02-27)[2][3][…] (30 yaş)
Doğum yeri Sinxua, Tzyansu, Çin
Təhsili
Titulu Qrosmeyster (2008)
Son reytinqi
  • 2.633 (iyul 2024)[4]
Maksimal reytinqi 2639(mart, 2012)
FİDE nömrəsi 8602980
Dünya çempionluğu 2010-2012, 2013-2015, 2016-2017
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hou İfan (çin. 侯逸凡; 27 fevral 1994[2][3][…]) — çinli şahmatçı. O, şahmat üzrə qadınlar arasında keçmiş dünya çempionu.

O, 6 yaşında şahmat oynamağı öyrənmişdi. 10 yaşı olanda onun ailəsi Pekinə köçdü və o burada şahmatla məşğul olmağa başladı. Onun məşqçisi E Tszyançuan idi.[5] Çinin keçmiş şahmat dahisidir. O, iki dəfə Qadınlar arasında Dünya Çempionu, və eləcə də qrosmeyster titulunu qazanmış ən gənc qadın oyunçudur.

12 yaşındaykən, FİDE Qadınlar arasında Dünya Çempionatında (Yekaterinburq 2006-cı il) və Olimpiadada (Torino 2006-cı il) iştirak edən ən gənc oyunçu oldu. 2007-ci ilin iyulunda Çinin Qadınlar arasında ən gənc çempionu oldu. O, 2007-ci ilin yanvarında Qadın qrosmeysteri, 2008-ci ilin avqustunda isə qrosmeyster titullarını qazandı. 2010-cu ildə 16 yaşında ikən Türkiyənin Hatay şəhərində keçirilən Qadınlar arasında Dünya Çempionatında qalib gələrək tarixdə ən gənc qadın Çempion oldu.

2012-ci ildə o, titulunu itirsə də, 2013-cü ildə onu yenidən qazandı. 2014-cü il FİDE əmsal siyahısına əsasən Hou İfan dünyada ilk 100 ən yüksək əmsallı oyunçu arasında üçüncü qadın oldu (Judit Polgár və Maia Chiburdanidzedən sonra). 2015-ci ilin mayında isə bir nömrəli qadın oyunçu, əmsal siyahısında isə 55-ci oldu. 2015-ci ilin əvvəlində yarışdan imtina etməklə o, titulunu itirdi, lakin 2014-cü il FIDE Grand Prix qalibi olması ona 2015-ci ilin üçüncü rübündə, Dünya Çempionu Mariya Muzychukla 10 oyundan ibarət Dünya Çempionatında qarşılaşmaq hüququnu verdi.

Hou 2006-cı ilin martında qadınlar arasında Dünya Çempionatında üçüncü raunda çatdı. O, ilk raundda Rusiyadan olan beynəlxalq usta Nadezhda Kosintsevanı 1½–½ hesabla məğlub etdi, ikinci raundda isə, 2000-ci il Avropa çempionu Ukraynalı qrosmeyster Natalia Zhukovaya qalib gəldi. O, üçüncü raundda Gürcüstandan olan Beynəlxalq usta Nino Khurtsidze tərəfindən 0–2 hesabla məğlub edildi. 2006-cı ilin may–iyun aylarında İtaliyanın Turin şəhərində keçirilən 37-ci Şahmat Olimpadasında Çin Bürünc medalla üçüncü yerə çıxdı. Hou İfan özünün ilk Olimpiada çıxışında bütün oyunları dördüncü lövhədə oynamaqla (+10, =2, −1) nəticəsini göstərdi. 84,6% qalibiyyət faizi ilə dördüncü lövhədə gümüş medal qazandı.

Yekaterinburqda keçirilən qadınlar arasında ilk Dünya komanda Çempionatında ikinci lövhədə mübarizə apardı və 7½/9 (+7 =1 −1) nəticəsi ilə həm komanda, həm də şəxsi hesabda qızıl medal qazandı. 2007-ci ilin iyun ayında, Chongqingdə o, ilk dəfə Çinin qadınlar arasında Çempionu oldu. 13 yaşındaykən ən gənc çempion olaraq Qin Kanyingin (1988-ci ildə bu titulu qazanarkən onun 14 yaşı vardı) rekordunu qırdı.

2008-ci ildə Türkiyənin Qaziantep şəhərində keçirilən gənclər arasında Dünya Çempionatında, karyerasında ilk dəfə oğlanlar bölməsində yarışırdı. O, bölmədə yeganə qız idi. Hou 9/13 (+6 =6 −1) nəticəsi ilə 3-cü oldu, 2661 performansına və özünün ikinci qrosmeyster normasına nail oldu. Hou İfan 14 yaşında ikən qrosmeyster titulu alaraq tarixdə ən gənc qadın oyunçu olmuşdur. 2008-ci ilin avqust-senyabr aylarında Rusiyanın Nalçik şəhərində o, ikinci dəfə Dünya Çempionatında yarışdı. Finalda 1½ — 2½ hesabla Rusiyalı Alexandra Kosteniuka məğlub oldu. Buna baxmayaraq, o, avtomatik olaraq beynəlxalq usta titulunu qazanaraq və dördücü dəfə özünün qrosmeyster normasına nail olaraq Qadınlar arasıda Dünya Çempionatının ən gənc finalisti oldu.

2011-ci ildə o, Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən Dünya Kubokunda iştirak etdi. 2011-ci iIdə Albaniyanın Tirana şəhərində keçirilən Qadınlar arasında Dünya çempionatında o, Koneru Humpy ilə qarşılaşaraq Dünya Çempionu titulunu qoruyub saxladı. Daha sonra Türkiyənin Mardin şəhərində Qadınlar arasında komanda üzrə Dünya Çempionatında Çini təmsil etdi. Çinin beş nəfərdən ibarət komandası, yalnız bir matçda Ukrayna komandasına uduzaraq və bütün digər komandalara qalib gələrək 16 xalla birinci oldu. Yarışda Rusiya ikinci, Gürcüstan isə 12 xalla bürünc medalçı oldu.

Hou 2012-ci ili Cəbəllüttariq Festivalında 8/10 (+7 −1 =2) nəticəsi və 2872 performansı ilə Nigel Shortla birinciliyi bölüşdürdü. 16 iyuldan 19 iyuladək o, Ermənistanın Jermuk şəhərində keçirilən 2011–2012-ci illər FİDE Qadınlar arasında Grand Prixturnirində iştirak etdi və 7/11 nəticəsi (+4 −1 =6), 2598 performansı ilə qalib gəldi. Bu onun 2011-ci il Rostov və 2011-ci il Shenzeng turnirlərindəki qələbələrinə bir əlavə idi və o, 2013-cü il Qadınlar arasında Dünya Çempionatı üçün vəsiqə aldı. 2012-ci ildə İstanbulda keçirilən 40-cı Şahmat olimpiadasında komandasının gümüş medal qazanaraq ikinci yerə çıxmasını təmin etdi. Hou 2012-ci ilin oktyabrında Cercle d'Echecs de Monte-Carlo komandasının tərkibində Avropa Klub Kubokunda iştirak etdi. O, birinci lövhədə 4.5/6 nəticə ilə oynadı və komandası yarışının qalibi oldu. 2012-ci ilin noyabrında Qadınlar arasında Dünya Çempionatının ikinci raundunda o, məğlib oldu. FİDE Qadınlar arasında Grand Prix qalibi olduğu üçün o, 2013-cü ilin yeni çempionu Anna Ushenina ilə Dünya Çempionu titulunun müəyyənləşdirilməsi məqsədilə qarşılaşmaq hüququnu əldə etdi. 2013-cü il Qadınlar arasında Dünya Çempionatı Çinin Taizhou şəhərində, 10 – 27 sentyabr tarixində keçirilirdi. O, matçı yeddi oyunda 5.5–1.5 hesabı ilə başa vuraraq qalib oldu və çempion titulunu geri qaytardı.

Hou 2013-cü ilin oktyabrında Cercle d'Echecs de Monte-Carlo komandasının tərkibində Avropa Klub Kubokunda iştirak etdi. O, birinci lövhədə 5/6 nəticə (+4 =2, TPR 2736) nümayiş etdirdi və komandası ikinci il yenidən yarışının qalibi oldu.

Hou 2013–14-cü illər FIDE Qadınlar arsında Grand Prix turnirlərinin qalibi olmuşdur. 8–22 Aprel tarixlərində o, Rusiyanın Xanti-Maniysk şəhərində 4-cü mərhələdə oynadı və 8.5/11 (+6 =5, TPR 2695) nəticə ilə birinci oldu.

2015-ci ilin yanvar-fevral aylarında keçirilmiş Cəbəllüttariq Festivalında yenidən səhnəyə möhtəşəm qələbə ilə qayıtdı. Onun bu tədbirdəki mükəmməl oyunu, 2015-ci il mart əmsal siyahısına əsasən Hou İfan Judit Polgárın 26 illik ən yüksək əmsallını geridə qoydu və artıq ən yüksək əmsallı qadın oyunçu oldu. 2013–2014-cü illər FİDE Qadınlar arasında Grand Prix qalibi olaraq 2015-ci il Qadınlar arasında Dünya Çempionatına vəsiqə qazanmışdır və onun hazırkı Dünya Çempionu Muzychuk ilə qarşılaşması gözlənilir.

  1. 1 2 FIDE Ratings and Statistics (ing.).
  2. 1 2 Gregersen E. Hou Yifan // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Hou Yifan // Brockhauz Ensiklopediyası (alm.).
  4. FİDE FIDE Standard Ratings as of 31 jul 2024. 2024.
  5. Newsmakers, Beijing Review Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine PEOPLE/POINTS NO.40, 2008

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]