Hapoel İroni Kiryat Şmona FK

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hapoel İroni Kiryat Şmona FK
Loqonun şəkli
Klubun rəsmi loqosu
Ölkə
Yaranma tarixi 2000
Prezidenti İzi Şeratski
Baş məşqçisi Barak Baxar
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hapoel İroni Kiryat Şmona FK - İsrailin futbol klubu.

2000-ci ildə eyni adlı şəhəri təmsil edən Makkabi ilə Hapoel birləşib. O vaxtdan komanda İsrail çempionatlarında Hapoel adıyla çıxış edir. Hapoel ev oyunlarını Kiryat Şmona şəhərindəki 5200 azarkeş tutumu olan İroni stadionunda keçirir. Kiryat Şmonanı təmsil edən Hapoel 2000-ci ilə qədər İsrail çempionatının aşağı dəstələrində oynayıb. Həmin il İturan şirkətinin sahibi, iş adamı İzi Şeratski hər iki komandanı satın alıb.[1]

Yalnız 2006-07-ci il mövsümündə Hapoel İsrail çempionatının yüksək liqasına vəsiqə qazanmağı bacarıb. Hapoel Avropa miqyaslı yarışda ilk dəfə 2008-ci ildə oynayıb. O vaxt Monteneqro Budvası ilə görüşdə İsrail təmsilçisi iki oyunun nəticəsinə əsasən uğur qazanaraq (1:1, 3:0) növbəti mərhələyə yüksəlib. Lakin növbəti mərhələdə Hapoel Bolqarıstanın Liteks klubuyla qarşılaşmada uğursuzluğa düçar olub – 0:0, 1:2. 2008-09-cu il mövsümündə Kiryat-Şmona təmsilçisi yüksək liqada yerini itirib, növbəti – 2009-10-cu il mövsümündə isə yenidən yüksək liqaya qayıdıb. 2011-12-ci il mövsümündə Kiryat-Şmona təmsilçisi tarixində ilk dəfə İsrail çempionu olub.[1]

  1. 1 2 "Tanış olun! "Neftçi"nin rəqibi - gənc və təcrübəsiz "Hapoel"". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]