39°59′00″ şm. e. 48°55′30″ ş. u.HGYO

Hacıqabul gölü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hacıqabul
Ümumi məlumatlar
Eni 3 km
Uzunluğu 6 km
Sahəsi 16,68 km²
Dərin yeri 5 m
Şəffaflığı 0,06-2,5 m
Yerləşməsi
39°59′00″ şm. e. 48°55′30″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
Hacıqabul xəritədə
Hacıqabul
Hacıqabul
Hacıqabul (Azərbaycan)
Hacıqabul

Hacıqabul gölüHacıqabul rayonu və Şirvan şəhərinin ərazisində yerləşən göl. Şirvan düzünün şimal hissəsində, Kür çayının sol tərəfində göl. Gölə su Qarasudan və Kür çayından buraxılır. Cənub hissəsində şorşor kanalı vasitəsilə Kür çayı ilə birləşir. Gölün ətrafı bataqlıq və qamışlıqdır. Göl yaxınlıqdakı Hacıqabul (indiki Qazıməmməd) yaşayış məntəqəsinin adı ilə adlanmışdır.[1]

Hacıqabul gölü Kür çayının vaxtaşırı daşması və Xəzər dənizinin çəkilmələri nəticələri yaranmışdır.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Azərbaycandakı başqa düzənlik göllərinin əksəriyyətindən fərqli olaraq, bu göldə qamışlıq bitkiləri zəif inkişaf edib, lakin ətrafdakı dayaz sulu çaylar və nohurlar bu çatışmazlığın əvəzini artıqlaması ilə çıxır.

Hacıqabul gölü köçəri quşların miqrasiyası dövründə onların müvəqqəti istirahəti və bataqlıqda yaşayan su quşlarının, o cümlədən, nəsli kəsilməkdə olan növlərin yuva qurmaları çox əlverişli şəraitə malikdir. Göldəki su durğundur və qışda donmur. Şirvan Elektrik Stansiyasının ilıq suları da bu gölə tökülür.

Dərinliyi 5 metr, suyu ilıq olan bu göldə mamırların və onurğasızların bol olması quşlar üçün bol yem bazası yaradır. Gölün forma etibarilə oval şəklində olması sayəsində onun sahilindən ortasına qədər məsafəni böyük edir. Bu isə quşların özlərini qoruya bilməsi üçün mühüm şərait yaradır.

Göldə ovçuluq və balıqçılıqla ancaq müvafiq lisenziya ilə məşğul olmaq mümkündür.[2]

  1. Hacıqabul gölü // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  2. "mct.gov.az". 2016-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]