Gəmi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Gəmi

GəmiArximed prinsipinə əsasən suda üzə bilən su nəqliyyat maşını. Qayıq ilə gəmi arasındakı fərq onun ölçüsündədir.

Gəmilər xüsusi gəmiqayırma zavodlarında hazırlanırlar. Gəminin gövdəsi hazır olduqdan sonra o suya buraxılır və sonra suda tam quraşdırılır.

Gəmilər vacib nəqliyyat vasitələrindəndir. Onlardan həm sərnişin, həm də yüklərin daşınmasında istifadə olunur. Yüklər konteynerlərə yığılaraq uzaq məsafələrə daşınır. Böyük yük gəmiləri neft tankerləridir. Sərnişin gəmilərindən daha çox səyahət üçün istifadə olunur.

Gəmi növləri

[redaktə | mənbəni redaktə et]

Teploxod — daxili yanacaq mühərriki ilə hərəkətə gətirilən gəmi;

Yaxta — motorlu və yaxud yelkənli yüngül gəmi;

Aviadaşıyıcı — göyərtə aviasiyası daşıyan hərbi gəmi.

Avarlarla hərəkətə gətirilən gəmi. Bəzi Avarlı gəmilər yelkənlə və ya asma mühərriklə təchiz edilir. Dəniz və çay Avarlı gəmiləri qədim dövrlərdən istifadə olunur. Hələ Qədim Misirdə çoxavarlı qayıqlar işlədilirdi. Finikiyada, sonralar isə Qədim Yunanıstan, Karfagen və Romada iri Avarlı gəmilər (triyer və s.) düzəldilirdi. Bu gəmilərin əsasında 7 əsrdə qalera yaranmışdı. Sonralar Avarlı gəmi yelkənli gəmilərlə əvəz olundu. Dəniz və çay Avarlı gəmiləri gəmiçilikdə, idmanda və müxtəlif məqsədlərlə (kiçik vətəgə, xilasetmə gəmiləri və s.) istifadə edilir. Gəmiçilikdə az işlədilən Avarlı gəmilər müxtəlif təyinatlı olur. Bunlardan qondolanı və digər qayıqları (bütöv, hava ilə doldurulan və ya yığılıb-açılan) göstərmək olar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]