Gürcüstan Mərasim Sarayı
Gürcüstan Mərasim Sarayı | |
---|---|
gürc. სახელმწიფო ცერემონიების სასახლე | |
41°41′44″ şm. e. 44°48′40″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Şəhər | Tbilisi |
Yerləşir | Abuşeleşvili prospekti 1 |
Tikilmə tarixi | 2004 - 2009 |
Aidiyyatı | Gürcüstan Prezidenti |
Memar | Mişel de Luççi |
Memarlıq quruluşu | Neoklassisizm |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Gürcüstan Mərasim Sarayı (gürc. სახელმწიფო ცერემონიების სასახლე) , Gürcüstan Prezident Administrasiyası sarayı (gürc. საქართველოს პრეზიდენტის ადმინისტრაცია) və ya Avlabari Prezident Rezidensiyası – Gürcüstan Prezidenti administrasiyasının icraçı hissəsinin yerləşdiyi saray binasıdır. Saray, Tbilisi şəhərində, Kür çayının sol sahilindəki tarixi Avlabari rayonu ərazisində, keçmiş İmperiya jandarmeriyası binasının yenidən qurulması əsasında yaradılmışdır.[1]
Salome Zurabişvilinin Gürcüstan Prezidenti seçilməsindən sonra Prezident iqamətgahı Georgi Atoneli küçəsi 25 ünvanında yerləşən Orbeliani sarayına köçürülmüşdür.
Tarixi
[redaktə | mənbəni redaktə et]Yenidənqurma işlərinə 2004-cü ildə, əvvəllər İmperiya jandarmeriyası olmuş neoklassik stilli binadan başlanılmışdır; inşaat və yenidən qurma işləri altı il davam etmiş və 2009-cu ildə tamamlanmışdır. Binanın yekun layihəsi, daha əvvəllər Tbilisidə Daxili İşlər Nazirliyinin binası, Sülh körpüsü və Batumidə Medeya otelinin layihəsini işləmiş memar Mişel de Luççi tərəfindən işlənmişdir. Sarayın fasadı Gürcüstan dizayneri Nataliya Airejibi de Pitanın müəllifi olduğu nəhəng mozaika ilə bəzədilmişdir. Mozaikada Şota Rustavelinin “Pələng dərisi geyinmiş pəhləvan” poemasının mövzularından istifadə edilmiş və “Xeyir həmişə şərə qalib gəlir; mahiyyət qalıcıdır” sitatı yazılmışdır. Kompleksin ən böyük elementi bina qarşısında yerləşən və güzgü rolunu oynayan iki böyük hovuzdur. Binanın əsas fasadında yerləşən 28 metr uzunluq və 1.6 metr (89,6m2) hündürlüyə malik olan mozaikanın da müəllifi Nataliya Airejibi de Pitadır. Həmin mozaikada Gürcüstan tarixinin ən qədim dövrlərdən müasir dövrə kimi mühüm hadisə və şəxsləri təsvir olunmuşdur.
Binanın günbəzi gürcü memar Vaxtanq Zesaşvili və italyan memar Frenk Zaqarinin layihəsi əsasında Almaniya istehsalı olan üç ölçülü şüşələrdən hazırlanmışdır. Binanın əsas girişi qarşısında yerləşən üç rəngli heykəl hakimiyyətin üç səviyyəsini – qanunverici, icraçı və məhkəmə - təmsil edir. Abidə Gürcüstanın Almaniyadakı səfiri və sonuncu Avstriya imperatoru I Karlın nəvəsi Qabriela Habsburq-Lotringen tərəfindən hazırlanmışdır.[2]
Struktur
[redaktə | mənbəni redaktə et]Gürcüstan Prezidentinin David Tkeşelaşvili tərəfindən rəhbərlik edilən icraçı administrasiyasına, administrasiya rəhbərinin iki müavini olan İrma Nadiraşvili və Sulxan Sibaşvili, mətbuat katibi, Prezidentin müxtəlif məsələlər üzrə yeddi məsləhətçisi, xarici məsələlər üzrə dörd məsləhətçi, siyasi, məhkəmə, iqtisadi və enerji məsələləri üzrə kordinatorlar, həmçinin daşıma məsələləri üzrə kordinator daxildir.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Office of the President of Georgia. Contact". 2011-06-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26.04.19.
- ↑ "The Presidential Office of Georgia". 2011-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26.04.19.
- ↑ "Administration of the President". 2011-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26.04.19.