Gürcüstan–Türkiyə sərhədi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Gürcüstan–Türkiyə sərhədi
Xüsusiyyətləri
Dövlətlər
Uzunluğu
  • 252 km
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Türkiyə–Gürcüstan sərhədiGürcüstanTürkiyə arasında dövlət sərhədi. Ümumi uzunluğu 273 km-dir[1] və qərbdən Qara dəniz sahillərindən şərqdə Ermənistanla sərhəd qovşağına qədər uzanır[2].

Gürcüstan-Türkiyə sərhədi qərbdən, Gürcüstanın kiçik Sarpi kəndinin cənubundakı Qara dəniz sahillərindən başlayır və daha sonra nizamsız bir zəncir boyunca şərqə uzanır. Sonra Aktaş gölündən keçərək Ermənistanla sərhəd qovşağına enərək cənub-şərqə geniş şəkildə əyilir. Bu sərhədin qərbİ Gürcüstanın muxtariyyatı olan Acarıstana məxsusdur.

Birinci Dünya müharibəsi zamanı Rusiya Osmanlı İmperiyasının şərq bölgələrini işğal edir. Rusiyada 1917-ci il inqilabından sonra yeni kommunist hakimiyyət orqanları müharibədəki iştiraklarına son verməyə tələsir. 1918-ci ildə Almaniya və Osmanlı İmperiyası ilə Brest-Litovsk sülh müqaviləsini imzalaYır[3]. Bu müqaviləyə əsasən, Rusiya əvvəllər San Stefano və Berlin Müqaviləsi çərçivəsində əldə edilmiş əraziləri geri qaytarır.

1918-ci ildə Cənubi Qafqaz xalqları Rusiya imperiyasından müstəqillik qazanmaq üçün Zaqafqaziya Demokratik Federativ Respublikasını elan edir və Osmanlı İmperiyası ilə sülh danışıqlarına başlayır[4][5]. Daxili fikir ayrılıqları Gürcüstanın 1918-ci ilin mayında federasiyadan ayrılmasına, daha sonra isə Ermənistan və Azərbaycan tərəfindən izlənilməsinə səbəb olur. 4 iyun 1918-ci ildə Batum konfransı sonrası Batum müqaviləsi imzalanır. Bununlada 1878-ci ilə qədər mövcud olan sərhədlər tanınır[6][7]. Ermənistandakı Osmanlı fəthləri nəhayət 1920-ci ildə Gümrü müqaviləsinin imzalanması ilə bitir. Birinci Dünya müharibəsində Osmanlı İmperiyasının məğlubiyyətindən sonra Antanta ölkələri və müttəfiqləri onu 1920-ci ildə Sevr müqaviləsinə əsasən bölməyi planlaşdırır[8]. Lazistanın böyük bir hissəsi Gürcüstana aid edilir. Türkiyə İstiqlaliyyət müharibəsinin başlamasına kömək edən bu müqavilədən Türk millətçiləri hiddətlənir. Türkiyənin bu qarşıdurmada qazandığı uğur, Sevr müqaviləsinin müddəalarını reallaşmaz hala gətirir. 1920-ci ildə Sovet ordusu, hər iki ölkənin müstəqilliyinə son qoyaraq Azərbaycan və Ermənistanı işğal edir və daha sonra 1921-ci ilin fevral-mart aylarında Gürcüstan ərazisinə daxil olur. Osmanlılar yaranan fürsətdən istifadə edərək Artvin, Ardahan, Batumi və digər torpaqları ələ keçirir. Geniş miqyaslı Rusiya-Türkiyə müharibəsinin qarşısını almaq üçün hər iki tərəf 1921-ci ilin martında Sovet-Osmanlı sərhədində dəyişikliklər edilməsini nəzərdə tutan Moskva müqaviləsini imzalayır[9][10]. Ancaq yerdə döyüşlər hələ davam edir və danışıqlar dalana dirənir. Bu müqavilənin müddəaları sonradan, eyni ilin oktyabr ayında Qars müqaviləsi ilə təsdiqlənir və nəticədə indiki Türkiyə-Gürcüstan sərhədi müəyyən olunur. Türkiyə bölgənin əksəriyyətini təşkil edən müsəlman əhalini qorumaq üçün Acarıstanın muxtar bir bölgə olaraq yaradılması şərti ilə Batumiyə iddialarından imtina edir. Sonra sərhəd 1925-ci ilin martından 1926-cı ilin iyuluna qədər Sovet-Türk ortaq komissiyası tərəfindən yerdə təyin olunur. Türkiyənin müstəqilliyi 1923 Lozanna müqaviləsi ilə tanınır. 1922-ci ildə Cənubi Qafqazın üç keçmiş dövləti SSRİ-nin tərkibində olan Zaqafqaziya SFSR-yə birləşdirilir. 1936-cı ildə yenidən bölünmədən əvvəl Sovet hakimiyyət orqanlarının, xüsusən 1945-ci ildə onu dəyişdirmək barədə vaxtaşırı iddialarına baxmayaraq[11][12], Qars müqaviləsi ilə qurulan sərhəd qorunub saxlanılır. ABŞ tərəfindən dəstəklənən Türkiyə bu iddiaları müzakirə etməkdən imtina edir və cənub qonşusu ilə münasibətlərini yaxşılaşdırmaq istəyən SSRİ, tezliklə iddialarından imtina edir[13].

1991-ci ildə SSRİ-nin dağılması ilə Gürcüstan müstəqillik qazanır. Türk-Sovet sərhədindəki hissəsini miras alır. Türkiyə Gürcüstanın müstəqilliyini 16 dekabr 1991-ci ildə tanıyır. 21 may 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair bir protokol imzalanır. Bununla da Türkiyə–Gürcüstan sərhədləri təsdiqlənir[14].

  1. "Türkiyenin Komşuları ve Coğrafi Sınırları". 14 февраля 2016. 14 февраля 2016 tarixində arxivləşdirilib.
  2. CIA World Factbook - Turkey, 2016-05-27 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 22 октября 2020
  3. The boundary between Turkey and the USSR (PDF), январь 1952, 2020-04-10 tarixində orijinalından (PDF) arxivləşdirilib, İstifadə tarixi: 22 октября 2020
  4. Richard Hovannisian, The Armenian people from ancient to modern times, 292–293, ISBN 978-0-333-61974-2, OCLC 312951712
  5. Ezel Kural Shaw, Reform, revolution and republic : the rise of modern Turkey (1808-1975), History of the Ottoman Empire and Modern Turkey, 2, Cambridge University Press, 1977, səh. 326, OCLC 78646544
  6. Charlotte Mathilde Louise Hille, State Building and Conflict Resolution in the Caucasus, BRILL, 2010, səh. 71, ISBN 978-9-004-17901-1
  7. Alexander Mikaberidze, Conflict and Conquest in the Islamic World, ABC-CLIO, 2011, səh. 201, ISBN 978-1-598-84337-8
  8. Helmreich, Paul C. From Paris to Sèvres: The Partition of the Ottoman Empire at the Peace Conference of 1919–1920. Columbus, Ohio: Ohio State University Press. 1974.
  9. Tsutsiev, Arthur. Atlas of the Ethno-Political History of the Caucasus. Nora Seligman Favorov tərəfindən tərcümə olunub. New Haven: Yale University Press. 2014. səh. 79. ISBN 978-0300153088.
  10. King, Charles. The Ghost of Freedom: A History of the Caucasus. Oxford: Oxford University Press. 2008. səh. 189. ISBN 978-0195177756.
  11. Khrushchev, Nikita S. Sergei Khrushchev (redaktor). Memoirs of Nikita Khrushchev: Reformer, 1945-1964. George Shriver tərəfindən tərcümə olunub. University Park, PA: Penn State University Press. 2006. səh. 426. ISBN 978-0271058597.
  12. Suny, Ronald Grigor. Looking toward Ararat. Bloomington: Indiana University Press. 1993. 165–169. ISBN 978-0253207739.
  13. Ro'i, Yaacov. From Encroachment to Involvement: A Documentary Study of Soviet Policy in the Middle East, 1945-1973. Transaction Publisher. 1974. 106–107.
  14. "Political Relations between Turkey and Georgia / Rep. of Turkey Ministry of Foreign Affairs". 2017-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-07.