Fuqazi (qrup)
Fuqazi | |
---|---|
Fugazi | |
| |
Əsas məlumatlar | |
Üslub | Post-hardkor, art pank, alternativ rok, eksperimental rok |
Fəaliyyət illəri | 1986-2003 |
Ölkə | ABŞ |
Dil | İngilis |
Leybl | Dischord |
Vikianbarda əlaqəli mediafayllar |
Fuqazi 1987- ci ildə Minor Threat qrupu[1] dağıldıqdan sonra Yan MakKey tərəfindən Vaşinqtonda yaradılmış Amerikalı post-hardkor qrupudur. Qrupun adı Makkeyin, Mark Beykerin Nam (Vyetnam veteranlarının xatirələri toplusu) kitabında rastlaşdığı jarqon abbreviaturdur (Fucked Up (bezmiş), Got Ambushed (pusquya düşmüş), Zipped In anlamına gəlir).
Fuqazi funk və reqqi elementləri, müxtəlif aranjimanlar və ağır gitar riflərindən istifadə edərək sərt post-hardkor ifa edirdi. 1990-cı illərdə qrup öz müstəqil yayım şirkəti Dischord Records- da [2] buraxdığı albomlar sayəsində böyük kütləyə səs sala bilmişdi.
Qrupun tarixi
[redaktə | mənbəni redaktə et]Hardkor musiqində ilklərdən biri hesab edilən Minor Threat qrupunun dağılmasından sonra, vokalist və gitarıçı Yan MakKey (o, eyni zamanda Teen Idles, Egg Hunt və Embrace-də də ifa edridi) qərara gəldi ki, onun vəzifəsi "Stooges kimi - lakin reqqili" bir şey yaratmaqdır. [3] . O, nağaraçı Kolin Siyersı (ing. Colin Sears ) və bas gitaraçı Co Lallini (ing. Joe Lally ) qrupa dəvət etdi və üç musiqiçi 1984-cü ilin sentyabrında məşqlərə başladı. Bir neçə ay sonra Siyers, əvvəl Rites of Spring qrupunda ifa edən, Brendan Kanti ilə əvəz olundu (ing. Brendan Canty ). Bir gün onların məşqinə, Kantinin keçmiş qrupu üzrə həmkarı, Qay Piçoto (ing. Guy Picciotto ) baş çəkdi - lakin Fuqaziyə qoşulmaq dəvəti almadı (sonradan dediyinə əsasən buna görə çox məyyus oldu).
Qrup ilk konsertini 1987-ci ilin sentyabrında Vilson Mərkəzində - Fuqazi adı ilə verdi: konsertdən biraz öncə Yan MakKey, Mark Beykerin Vyetnam müharibəsi veteranlarının xatirələri toplusu olan "Nam" kitabını oxumuşdu - adı da məhz bu kitabda gördüyü sözdən götürmüşdü. Tezliklə qrup Piçotonu müntəzəm olaraq məşqlərə dəvət etməyə başladı: Happy Go Licky qrupunun dağılması ilə o, qrupun daimi üzvü oldu.
Fuqazi ilk turnesinə 1988-ci ilin yanvarında çıxdı və iyun ayında prodüser Ted Naysli ilə debüt Fügazi EP-ni yazıb ilin sonunda buraxdılar. Tənqidçilərin qeyd etdiyi kimi, MakKey və Piçioto "...quru emosiyalar əvəzinə, abstraksiyalardan istifadə edərək, əşyalara introspektiv, demək olar ki, poetik bir baxış təqdim etdilər" (xüsusən, "Bulldog Front" və "Give Me the Cure" parçalarında). Həmçinin qeyd edilib ki, hər iki yazar “...bir-birini mükəmməl şəkildə tamamlayır: dördlüyə güc verən də məhz bu ikilinin birləşmiş istedadıdır." [4]
Sonrakı Avropa turu zamanı dördlü debüt albomu üçün material hazırladı, lakin qeydlər qənaətbəxş hesab edilmədi və yalnız ikinci EP, Margin Walker ilə nəticələndi. Əvvəllər arxa vokalçı kimi fəaliyyət göstərən Piçioto, gitaranı götürdü və qrup ilk dəfə öz unikal üslubunu nümayiş etdirdi. Bu, qrupun hardkorda ilk addımlarına çox az bənzəyərək, “...MakKeyin gitar ifalarının melodikliyi, güclü, lakin eyni zamanda çevik ritm bölməsi, iti sözlər və vokalçılar tandeminin aralarındakı anlayışı ilə qeyd edildi." [4] . Daha sonra hər iki EP 13 Songs albomunda toplandı.
Qrupun debüt albomu Repeater 1990-cı ilin yanvarında buraxılaraq, qrupun əsas qastrol repertuarını təmin etdi. Albom "bütün post-hardkor üçün baş əsər" (Prouser Press) [4] və (Allmusic-ə görə) sonralar klasika hesab edilməyə başladı. [1] Albomun yeganə zəif nöqtəsi kimi, tənqidçilərin fikriycə, həddən artıq sadə mahnı sözləridir (“Tez-tez yazar dueti "sadə qaqaş Co" haqqında yazır” [4] ).
Yenicə aşpaz kimi işləməyə başlayan Naysli, İkinci albom üzərində işləmək üçün də dəvət aldı, lakin o, işinə görə çatdırmayacağını bildirərək, bu təklifdən məcbur imtina etməli oldu. Və beləliklə qrup üzvləri öz səyləri ilə “Steady Diet of Nothing” (1991) albomunu yazmalı oldular.
Çikaqoda prodüser Stiv Albini ilə birlikdə Fuqazinin üçüncü albomu olan In on the Kill Taker (1993) yazıldı; nəticəni bəyənmədikləri üçün, material Ted Naysli ilə yenidən yazıldı, lakin yenə də bir çox tənqidçilərin fikrincə, qrupun tarixində ən sərt, ahəngsiz və aqressiv iş kimi qalan "ağ-qara" keyfiyyətini qorudu. Albom bir çox tənqidçi tərəfindən isti qarşılanmadığına baxmayaraq, o vaxt alternativ rok bumu yaşandığına görə, In on the Kill Taker Fuqazini ilk dəfə Billboard 200 siyahısına saldı.
1999-cu ildə rejissor Cem Koenin Füqazi haqqında çəkilən “Alət” (İng. «Instrument») adlı filmi nümayiş olundu. Onun saundtreki əsasən End Hits albomu üçün hazırlanmış demo materiallardan və instrumental kompozisiyalardan ibarət idi.
11 sentyabr 2001-ci il hadisələri, qrupun gələcək taleyini əvvəlcədən müəyyənləşdirdi. Riverfront Times-ın The Argument albomuna rəyində qeyd etdiyi kimi, “Fuqazi yarandığı gündən Amerikanı tənqid edir. Onlar böyük biznesə, vəhşi istehlak cəmiyyətinə, kənd səfehinin padşah olmaq fürsətinə çox qəzəbli idi... 11 sentyabrdan sonra onların bir çox ideyaları qanunsuz olmağa başladı”. [5]
“Mənim missiyam heç vaxt razılaşmamaqdır” MakKeyin “Arqument” trekində dediyi bu sözlər, demək olar ki Fuqazinin bütün yaradıcılığını təsvir edir. 2002-ci ildə rəsmi olaraq dağılmadan, Füqazi “fasilə” götürəcəklərini elan etdi. Bu qərarın qismən bas gitaraçı Co Lalli və nağaraçı Brendan Kantinin ailə qurmaduqlarına görə qəbul edildiyi də deyilir.
Diskoqrafiya
[redaktə | mənbəni redaktə et]- Studiya albomları
- 1990 - Repeater
- 1991 - Steady Diet of Nothing
- 1993 - In on the Kill Taker
- 1995 - Red Medicine
- 1998 - End Hits
- 2001 - The argument
- Konsert albomları
- 2004 - 2005 - Fugazi Live Series
- Toplumlar/Saundtreklər
- 1989 - 13 Songs
- 1999 - Instrument Soundtrack
Qaynaqlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Andy Kellman. "Fugazi". www.allmusic.com. 2012-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-21.
- ↑ "Страница Fugazi на Dischord Records" (ingilis). 2012-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-23.
- ↑ "Fugazi Rock" (ingilis). 2012-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-21.
- ↑ 1 2 3 4 Ian McCaleb / Ira Robbins / Mike Fournier. "Fugazi". www.trouserpress.com. 2012-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-21.
- ↑ Paul Friswold. "The Argument. Album review". www.riverfronttimes.com. 2001. 2012-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-24.