Fungisidlər
Fungisidlər lat. fungus - göbələk pestisidlər qrupundan olub fıtopatogen göbələklərin törətdiyi xəstəliklərdən bitkiləri qorumaq üçün preparatlar.[1]
Fungisidlər
[redaktə | mənbəni redaktə et]Öz kimyəvi təbiətinə görə Fungisidlər qeyri-üzvi və üzvi birləşmələrə, həmçinin antibiotiklərə aid edilir. 200-ə qədər fungisidlər məlumdur, onlardan 1500-dən çox preparat formaları və kombinasiyaları buraxılır: isladıcı tozlar, emulsiya konsentratları, dustlar, tozlar, qarışıq suspenziyalar, pastalar və s. Təsirinə görə Fungisid qoruyucu, müalicə edici olur. Ətraf mühitə mənfi təsirindən çəkinmək üçün Fungisiddən istifadə olunma qaydalarına, xüsusən doza və vaxtına ciddi riayət edilməlidir. Bir çox ölkələrdə, o cümlədən respublikamızda Fungisiddən istifadə olunması qanunla nizama salınır.
Növləri
[redaktə | mənbəni redaktə et]FUNGİSİDLƏR- əsasən iki yarımqrupa bölünür:
- Bitkilərin vegetasiyası dövründə istifadə olunan fungisidlər
- Bitki cücərtilərini xəstəlik törədicilərindən qorumaq məqsədi ilə, səpinqabağı toxumları dərmanlamaq üçün istifadə olunan fungisidlər
Öz növbəsində bitkilərin vegetasiyası dövründə istifadə olunan fungisidlər də profilaktiki və qırıci təsirli fungisidlərə bölünür. Profilaktiki təsirli fungisidlər bitkiləri müxtəlif infeksiyalardan mühafizə edir, qırıcı təsirli fungisidlər isə bitkilərin xəstəliklərdən müalicəsi üçün tətbiq edilir. Fungisidlər eyni zamanda kontakt və sistem təsirli olurlar.
Xarici keçid
[redaktə | mənbəni redaktə et]- BİTKİ MÜHAFİZƏ VASİTƏLƏRİNİN KƏND TƏSƏRRÜFATİNDA ROLU Arxivləşdirilib 2017-06-19 at the Wayback Machine
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinad
[redaktə | mənbəni redaktə et]- ↑ Məmmədov Q.Ş. Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008