Frits Ştuxlik
Doğum |
11.02.1966 Vyana, Avstriya | ||
---|---|---|---|
Yerli səviyyədə | |||
İllər | Liqa | Rolu | |
1992–2009 | Avstriya Bundesliqası | Hakim | |
Beynəlxalq səviyyədə | |||
İllər | Liqa | Rolu | |
1994–2009 | FİFA dərəcəli hakim | Hakim |
Frits Ştuxlik (alm. Fritz Stuchlik; 11 fevral 1966, Vyana, Avstriya) — sabiq FIFA referisi, FIFA və UEFA hakim-inspektoru, UEFA Konvensiya meneceri, FIFA və UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısı, AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri (2018-2022).[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Frits Ştuxlik 11 fevral 1966-cı ildə Vyanada anadan olub. Hakimlik karyerasına 1982-ci ildə başlayıb. 1992-ci ilin iyulundan 2009-cu ilin dekabrına qədər Avstriya Bundesliqasının hakimi olub. 1994-cü il yanvarın 1-dən 2009-cu il dekabrın 31-dək FIFA referisi olaraq fəaliyyət göstərib. Avstriya çempionatının yüksək divizionunda 267, beynəlxalq arenada isə 89 oyun idarə edib. Vyana Futbol Federasiyasında gənc hakimlərin təlim-tədrisi ilə məşğul olub. 2010-cu ildən FIFA/UEFA hakim-inspektorudur. UEFA Konvensiya meneceri, FIFA/UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısıdır. O, həmçinin, Avstriya Futbol Federasiyasında katib vəzifəsində çalışıb. 2018-ci ilin mart ayında qarşılıqlı razılıq əsasında federasiyadakı vəzifəsindən ayrılıb.[2]
14 sentyabr 2018-ci ildə AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri vəzifəsinə təyin olunub[2] və 30 iyun 2022-ci ilədək bu vəzifədə qalıb.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Avstriyalı mütəxəssis AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin rəhbəri təyin edilib". Trend.az. 2018-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-14.
- ↑ 1 2 "Fritz Stuchlik". Affa.az. 14 sentyabr 2018. 2018-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-14.
- ↑ "Fritz Stuxlik AFFA-dan getdi". Arena.az. 28 iyun 2022. 2023-02-26 tarixində arxivləşdirilib.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Vikianbarda Frits Ştuxlik ilə əlaqəli mediafayllar var.
- Worldreferee.com saytında profili (ing.)
- Eu-football.info saytında profili (ing.)