Ford GT
Naviqasiyaya keç
Axtarışa keç
Ford GT | |
---|---|
Ümumi məlumatlar | |
İstehsalçı | Ford |
Vikianbarda əlaqəli mediafayllar |
Ford GT ― 1960-cı illərdə le mans yarışlarında qalib gəlmək üçün Ford Motor Company tərəfindən istehsal olunan, 1966-1969-cu illər arasında Le Mans 24 Saat çempionu Ford GT40-ın 2004-cü ildə Ford şirkəti tərəfindən yenilənmiş bir versiyasıdır; avtomobil məhdud sayda (4.038 ədəd) istehsal edilmiş, istehsalı 2006-cı ildə dayandırılmışdır. Lakin GT40 Mk I, Mk II və R modellərinin istehsalı Shelby-American Inc. və Superformance MMC. şirkətləri tərəfindən hələ də davam etdirilir. Özünəməxsus aerodinamik gövdəsi və ötürmə sistemi sayəsində saatda 360 km-dən çox sürət yığa bilər.
Ford, 2017-ci ildə GT-nin istehsalına geri dönəcəyini elan etmişdir.
- Ford GT, inkişaf etdirilmiş aşağı çəki, aerodinamik və ultra səmərəli Ecoboost mühərriki ilə yeni Supercar standartlarını müəyyənləşdirir.
- Ford GT, indiyə qədər olan ən güclü Ecoboost mühərrikinə sahibdir; cüt turbo 3.5 litrlik V6 benzin mühərriki 600 at gücündən çox güc istehsal edəcəkdir.
- Ultra yüksək performans (Supercar) sinifində yerləşən GT-nin istehsalı 2016-cı ildən başlayacaqdır.
- Bu supercat arxa ötürücülü və mühərriki ortada yerləşdirilib. Avtomobildə karbon lifi və alüminiumdan istifadə olunmuşdur və bunun sayəsində sürətlənmə, effektivlik və idarəetmənin keyfiyyəti artırılmışdır. Sürətlər qutusu 7 pilləli cüt muftadır.
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Ford GT
-
2017 GT