Florensiya (Kaketa)
şəhər | |||||
Florensiya | |||||
---|---|---|---|---|---|
isp. Florencia | |||||
|
|||||
1°36′51″ şm. e. 75°36′42″ q. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 25 dekabr 1902 | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 242 ± 1 m | ||||
Saat qurşağı | UTC−5 | ||||
Əhalisi | |||||
Əhalisi | 163 323 nəfər (2012) | ||||
Rəsmi dili | İspan dili | ||||
Rəqəmsal identifikatorlar | |||||
Poçt indeksi | 180001–180009 | ||||
Digər | |||||
florencia-caqueta.gov.co (isp.) | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Florensiya (isp. Florencia) — Kaketa departamentinin inzibati mərkəzi, Kolumbiyanın cənub-qərbində yerləşən, şəhər və bələdiyyədir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Şəhər 25 dekabr 1902-ci ildə Doroteo de Pupiales tərəfindən qurulmuşdur. 1912-ci ildə Florensiyaya bələdiyyə statusu verildi və eyni ildə şəhər şurasına ilk seçkilər keçirildi. 1950-ci il martın 14-də Florensiya, Kaketa departamentinin inzibati mərkəzi seçildi.
Coğrafi mövqeyi
[redaktə | mənbəni redaktə et]Şəhər departamentin şimali-qərb hissəsində yerləşir, Aça çayının sol sahilində, şərq Kordilyer sıra dağlarının ətəklərində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 561 metr yüksəklikdədir.[1]
Əhalisi
[redaktə | mənbəni redaktə et]2012-ci ildə siyahıyaalınma zamanı şəhər əhalisinin sayı 163 323 nəfər idi.[2] Şəhər əhalisinin illər üzrə say artımı:
2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 |
143 871 | 146 307 | 149 031 | 151 778 | 154 595 | 157 450 | 160 383 | 163 323 |
Ağ və metislər irq olaraq şəhər əhalisinin 95,9%-ni, zəncilər 3,3%-ni, hindular isə 0,8%-ni təşkil edir.[3] 5 il ərzində əhalinin arasında savadlılıq səviyyəsi 91,3%-ni təşkil etmişdir. 2005-ci il məlumatlarına görə, Florensiyanın əhalisi yaşlarına görə bölünmüşdü: 44,87%-i 20 yaşdan aşağı sakinlər, 30,96%-i 20 və 39 yaş arası, 17,07%-i 40 ildən 59 yaşa qədər olanlar və 7,11%-i 60 yaşdan yuxarı olanlar.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Florencia, Colombia Page" (ingilis). Fallingrain Global Gazetteer. 2013-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-28.
- ↑ "Proyecciones de Población departamentales y municipales por área 2005 - 2020" (ispan). Departamento Administrativo Nacional de Estadística. 2013-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-05.
- ↑ "Perfil Municipal de Florencia - Censo 2005" (PDF) (ispan). Departamento Administrativo Nacional de Estadística. 2013-05-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-05-29.