≛

Fizika üzrə Nobel mükafatı laureatlarının siyahısı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Laureatlara təqdim olunan mükafat medalının üz hissəsi

Fizika üzrə Nobel mükafatı (isv. Nobelpriset i fysik) — İsveç Kral Elmlər Akademiyası tərəfindən fizikanın müxtəlif sahələri üzrə elm adamlarına təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş beş Nobel mükafatından biridir, hansı ki, fizika sahəsi üzrə insanlığa əlamətdar töhfələr verənlərə təqdim olunur.[1] Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və Royal İsveç Elmlər Akademiyası tərəfindən seçilmiş beş üzvdən ibarət komitə tərəfindən verilir.[2] Mükafat Stokholmda 10 dekabr — Alfred Nobelin ölüm ildönümü ilə bağlı illik mərasimdə təqdim olunur.[3] Laureatlar bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alırlar.[4]

2023-cü ildən etibarən mükafat 224 şəxsə təqdim edilmişdir.[5] Fizika üzrə Nobel mükafatına ilk dəfə 1901-ci ildə alman fiziki Vilhelm Rentgenə layiq görülmüşdür. Ona verilən mükafat pulunun məbləği 150.782 İsveç kronu təşkil edirdi, 2007-ci ilin dekabr ayında bu məbləğ 7.731.004 İsveç kronuna bərabər idi. Con Bardin bu sahə üzrə mükafatı iki dəfə qazanan yeganə laureatdır (1956 və 1972-ci il). Mariya Küri həmçinin iki Nobel mükafatı qazanmışdır; 1903-cü ildə fizika sahəsi üzrə və 1911-ci ildə kimya sahəsi üzrə.

Uilyam Lorens Breqq 2014-cü ilin oktyabr ayına qədər ən gənc Nobel mükafatı laureatı idi. O mükafatı 1915-ci ildə 25 yaşında ikən qazandı və Fizika sahəsi üzrə Nobel mükafatının ən gənc laureatı olaraq qalmaqdadır.[6]

Beş qadın fizika sahəsi üzrə Nobel mükafatına layiq görülmüşdür: Mariya Küri (1903), Mariya Göppert-Mayer (1963),Donna Striklend (2018), Andrea Qez (2020) və Ann Liyulie (2023).[7]

1916, 1931, 1934, 1940 və 1942-ci illərdə Fizika üzrə Nobel mükafatı verilmədi. Həmçinin Fizika üzrə Nobel mükafatı 8 dəfə bir il müdətinə təxirə salınıb. Nobel komitəsinin qərarına əsasən 1917-ci ildə heç bir namizədin zəruri kriteriyaya sahib olmaması səbəbi ilə Fizika üzrə Nobel mükafatı verilmədi, ancaq həmin mükafat 1918-ci ildə Çarlz Qlover Barklaya verilmiş və mükafat 1917-ci ilin mükafatı olaraq sayılmışdır.[8] Həmçinin 1918-ci ilin mükafatı 1919-cu ildə Maks Planka,[9] 1921-ci ilin mükafatı 1922-ci ildə Albert Eynşteynə,[10] 1924-cü ilin mükafatı 1925-ci ildə Karl Siqbana,[11] 1925-ci ilin mükafatı 1926-cı ildə Ceyms FrankQustav Lüdviq Hertsə,[12] 1928-ci ilin mükafatı 1929-cu ildə Ouen Uillans Riçardsona,[13] 1932-ci ilin mükafatı 1933-cü ildə Verner Heyzenberqə[14] və 1943-cü ilin mükafatı isə Otton Şternə təqdim edilmişdir.[15]

İl Şəkil Laureat Ölkə Əsaslanma Ref
1901 Vilhelm Rentgen Almaniya İmperiyası "Sonralar onun adını daşıyan Rentgen şualarının kəşf edilməsində göstərdiyi fövqaladə xidmətlərinin tanınması üçün" [16]
1902 Hendrik Lorens Hollandiya "Maqnetizmin radiasiya fenomeni üzərindəki təsiri ilə əlaqəli həyata keçirdikləri tədqiqatları ilə fövqaladə xidmətlərinin tanınması üçün" [17]
Piter Zeyeman Hollandiya
1903 Antuan Anri Bekkerel Fransa "Təbii radioaktivliyi kəşf etdiyinə görə" [18]
Pyer Küri Fransa "Professor Antuan Anri Bekkerel tərəfindən kəşf edilən radiasiya fenomeni üzərində birgə tədqiqatlarına görə" [18]
Mariya Küri Polşa
1904 Con Uilyam Strett Böyük Britaniya "Ən əhəmiyyətli qazların sıxlığının araşdırılması və bu tədqiqatalarla əlaqəli olaraq arqonu aşkar etməsinə görə" [19]
1905 Filipp Lenard Avstriya-Macarıstan
Almaniya İmperiyası
"Katod şüaları üzərində həyata keçirdiyi tədqiqatlarına görə" [20]
1906 Cozef Con Tomson Böyük Britaniya "Gazlardakı elektrik keçiriciliyi üzərində nəzəri və eksperimental tədqiqatlarına görə" [21]
1907 Albert Maykelson ABŞ
Polşa
"Optik həssaslıq qurğularına və onların vasitəsilə həyata keçirilən spektroskopikmetrologik tədqiqatlarına görə" [22]
1908 Qabriel Lipman Fransa "İnterferensiya fenomeni əsasında rənglərin fotoqrafiq olaraq yenidən hasil etmə metoduna görə" [23]
1909 Qulyelmo Markoni İtaliya Krallığı "Radioteleqrafın inkişafında verdikləri töhfələrinə görə" [24]
Karl Braun Almaniya İmperiyası
1910 Yan Van-der-Vaals Niderland "Qazların və mayelərin vəziyyət tənliyi üzrə tədqiqatlarına görə" [25]
1911 Vilhelm Vin Almaniya İmperiyası "İstilik şualanmalarını tənzimləyən qanunlarla əlaqədar kəşflərinə görə" [26]
1912 Nils Dalen İsveç "Qaz akkumulyatorlarının mayak və buylarla kombinasiyasında istifadə edilən avtomatik klapan ixtirasına görə" [27]
1913 Heyke Kamerlinq Onnes Niderland "Maddənin aşağı tempereturdakı xüsusiyyətlərinə dair tədqiqatlarına görə. Bu tədqiqatlar əsasında maye heliumun istehsalı mümkün olmuşdur" [28]
1914 Maks fon Laue Almaniya İmperiyası "Rentgen şüalarının kristallar tərəfindən diffraksiyasını kəşf etdiyinə görə hansı ki, Rentgen şüaları spektroskopiyasının inkişafında mühüm addım atmışdır" [29]
1915 Uilyam Henri Breqq Böyük Britaniya "Rengen şüaları vasitəsilə kristalların quruluşunun analiz edilməsindəki tədqiqatlarına görə hansı ki, rentgen kristalloqrafiyasının inkişafında mühüm addım atmışlardır " [30]
Uilyam Lorens Breqq Avstraliya
Böyük Britaniya
1916 Mükafat verilməyib
1917 Çarlz Qlover Barkla Böyük Britaniya "Elementlərdəki rentgen şüualanma xarakteristikasını kəşf etdiyinə görə" [8]
1918 Maks Plank Almaniya İmperiyası "Enerji kvantının aşkar edilməsi ilə fizikanın inkişafına göstərdiyi xidmətlərə görə" [9]
1919 Yohannes Ştark Almaniya "Kanal şüalarındakı dopler effektinielektrik sahələrindəki spektral cizgiləri kəşf etdiyinə görə" [31]
1920 Şarl Edur Giyom İsveçrə "Nikel-polad xəlitələrindəki anomaliyaları kəşf edərək fizikada həssas ölçmələrə verdiyi töhfələrə görə" [32]
1921 Albert Eynşteyn Almaniya
İsveçrə
"Nəzəri fizikaya verdiyi töhfələrə görə və xüsusi ilə fotoelektrik effekti kəşf etdiyinə görə " [10]
1922 Nils Bor Danimarka "Atomların strukturu və yaydığı radiasiya ilə əlaqəli tədqiqatlarda göstərdiyi xidmətlərinə görə" [33]
1923 Robert Milliken ABŞ "Elementar elektirik yükü və fotoelektrik effektə dair tədqiqatlarına görə" [34]
1924 Karl Siqban İsveç "Rentgen spektroskopiyası sahəsindəki tədqiqat və kəşflərinə görə" [11]
1925 Ceyms Frank Almaniya "Elektronun atom üzərində təsirini tənzimləyən qanunları aşkar etdiklərinə görə" [12]
Qustav Herts Almaniya
1926 Jan Batist Perren Fransa "Maddənin dəvamsız strukturuna dair tədqiqatlarına və xüsusi olaraq da sedimentasiya balansını kəşf etdiyinə görə" [35]
1927 Artur Kompton ABŞ "Adını daşıyan kompton effektini kəşf etdiyinə görə" [36]
Çarlz Tomson Riz Vilson Böyük Britaniya "Yoğunlaşmış buxarda yüklənmiş zərrəciklərin yollarının görülməsini mümkün edən metoduna görə" [36]
1928 Ouen Uillans Riçardson Böyük Britaniya "Termoelektron fenomeni üzərindəki tədqiqatlarına və xüsusi ilə də onun adını daşıyan Riçardson qanununu kəşf etdiyinə görə" [13]
1929 Lui de Broyl Fransa "Elektronlarının dalğa xasiyyətini kəşf etdiyinə görə" [37]
1930 Çandrasekhara Venkata Raman Hindistan "İşığın səpilməsi ilə əlaqəli tədqiqatlarına və adı verilən Raman saçılmasını kəşf etdiyinə görə" [38]
1931 Mükafat verilməyib
1932 Verner Heyzenberq Almaniya "Kvant mexanikasının əsəsını qoymasına və hidrogenin allotropik formalarını kəşf etdiyinə görə" [14]
1933 Ervin Şredinger Avstriya "Atom nəzəriyyəsinin yeni produktiv formalarını kəşflərinə görə" [39]
Pol Dirak Böyük Britaniya
1934 Mükafat verilməyib
1935 Ceyms Çedvik Böyük Britaniya "Neytronu kəşf etdiyinə görə" [40]
1936 Viktor Frans Hess Avstriya "Kosmik radiasiyanı kəşf etdiyinə görə" [41]
Karl Deyvid Anderson ABŞ "Pozitronu kəşf etdiyinə görə" [41]
1937 Klinton Devisson ABŞ "Eksperimental olaraq elektronların kristallar tərəfindən diffraksiyasını kəşf etiklərinə görə" [42]
Corc Pacet Tomson ABŞ
1938 Enriko Fermi İtaliya Krallığı "Neytron radiaktik şüalanması səbəbi ilə yaranan yeni radioaktiv elementlər ilə əlaqəli tədqiqatlarına və ləng neytronların təsiri altında nüvə reaksiyalarını müəyyən etməsinə görə" [43]
1939 Ernest Lourens ABŞ "Siklotronun ixtirası və təkmilləşdirilməsinə və xüsusi ilə də yeni radioaktiv elementlərin alınması kimi onunla əldə olunan nəticələrə görə" [44]
1940 Mükafat verilməyib
1941
1942
1943 Otto Ştern ABŞ
Almaniya
"Molekulyar şüa metodunun təkmilləşdirilməsində göstərdiyi xidmətlərinə və protonun maqnetik momentini kəşf etdiyinə görə" [15]
1944 İsidor Ayzek Rabi ABŞ
Polşa
"Atom nüvəsindəki maqnetik xüsusiyyətləri qeydə almaq üçün inkişaf etdirdiyi rezonans metoduna görə" [45]
1945 Volfqanq Pauli Avstriya "İstisna prinsipini kəşf etdiyinə görə, həmçinin Pauli prinsipi olaraq da adlandırılır" [46]
1946 Persi Bricmen ABŞ "Yüksək təyziq meydana gətirən cihazın ixtirasına və yüksək təyziq fizikasına verdiyi töhfələrinə görə" [47]
1947 Eduard Eplton Böyük Britaniya "Üst atmosfer fizikasına dair tədqiqatlarına və xüsusi ilə də adını daşıyan Eplton qatını kəşf etdiyinə görə" [48]
1948 Patrik Blekett Böyük Britaniya "Vilsonun bulut kamerası metodunu təkmilləşdirdiyinə, bununla birlikdə nüvə fizikası sahəsində və kosmik radiasiyaya dair kəşflərinə görə" [49]
1949 Hideki Yukava Yaponiya "Nüvə qüvvələri ilə bağlı nəzəri tədqiqatlarının əsasında mezonların mövcudluğunu təxmin etdiyinə görə" [50]
1950 Sesil Pauell Böyük Britaniya "Növə proseslərini öyrənmək üçün təkmilləşdirdiyi fotoqrafiq metoda və bu metod əsasında mezonlarla əlaqəli kəşflərinə görə" [51]
1951 Con Kokroft Böyük Britaniya "Süni şəkildə sürətləndirilmiş atom hissəcikləri vasitəsilə atom nüvəsinin transmutasiya edilməsinə dair öncül tədqiqatlarına görə" [52]
Ernest Uolton Böyük Britaniya (İrlandiya)
1952 Feliks Blox İsveçrə
ABŞ
"Nüvə maqnit həssaslığı ölçmələri üçün təkmilləşdirdikləri yeni metdodlara və bu metodlarla əlaqəli kəşflərinə görə" [53]
Edvard Mills Parsell ABŞ
1953 Frits Çernike Niderland "Faza-kontrast metoduna və xüsusi ilə faza-kontrast mikroskopunun ixtirasına görə" [54]
1954 Maks Born Almaniya "Kvant mexanikasına dair fundamental tədqiqatlarına və xüsusi ilə dalğa funksiyasının statistik şərhinə görə" [55]
Valter Bote Almaniya "Təsadüf metoduna və bununla əlaqəli kəşflərinə görə" [55]
1955 Uillis Lamb ABŞ "Hidrogen spektrumundaki incə struktura dair kəşflərinə görə" [56]
Polikarp Kuş ABŞ
Almaniya
"Elektronun maqnetik momentinə dair həssas təsbitlərinə görə" [56]
1956 Con Bardin ABŞ "Yarımkeçiricilər üzrə tədqiqatlarına və tranzistor effektini kəşf etdiklərinə görə" [57]
Volter Hauzer Bratteyn ABŞ
Uilyam Bredford Şokli ABŞ
1957 Li Tzundao Çin Respublikası "Bərabərlik qanunlarına dair tədqiqatlarına görə. Bu tədqiqatlar əsasında elementar hissəciklərlə əlaqəli mühüm kəşflər edilmişdir " [58]
Yanq Çjennin Çin Respublikası
1958 Pavel Çerenkov SSRİ "Çerenkov effektini kəşf və şərh etdiklərinə görə" [59]
İlya Frank SSRİ
İqor Tamm SSRİ
1959 Emilio Gino Segre İtaliya
ABŞ
"Antiprotonu kəşf etdiklərinə görə" [60]
Ouen Çemberlen ABŞ
1960 Donald Qlazer ABŞ "Qabarcıq kamerasının ixtirasına görə" [61]
1961 Robert Hofştadter ABŞ "Atom nüvələrindəki elektron səpilməsinə dair qabaqcıl tədqiqatlarına və bununla da nükleonların strukturunu açıqlayan kəşflərinə görə" [62]
Rudolf Mössbauer Almaniya "Qamma radiasiyasının rezonans absorbasiyasına dair tədqiqatlarına və adını daşıyan Mössbauer effektini kəşf etdiyinə görə" [62]
1962 Lev Landau SSRİ "Yoğun maddə fizikasına və xüsusi ilə maye heliyuma dair qabaqcıl nəzəriyyələrinə görə" [63]
1963 Yucin Viqner Macarıstan
ABŞ
"Xüsusi ilə kəşf etdiyi fundamental simmetriya prinsiplərinə və bu prinsiplərin tətbiqi vasitəsilə atom nüvəsi və elementar hissəciklər nəzəriyyəsinə verdiyi töhfələrə görə" [64]
Mariya Göppert-Mayer ABŞ "Nüvə qabığının strukturu ilə əlaqəli kəşflərinə görə" [64]
Hans Yensen Almaniya
1964 Nikolay Basov SSRİ "Kvant elektronikasına dair fundamental tədqiqatlarına görə. Bu tədqiqatlar əsasında mazer-lazer prinsipinə əsasən oskilatorların və elektron gücləndiricilərin konstruksiyası mümkün olmuşdur." [65]
Aleksandr Proxorov SSRİ
Çarlz Hard Tauns ABŞ
1965 Riçard Feynman ABŞ "Kvant elektrodinamikasına dair fundamental tədqiqatlarına və bu tədqiqatların elementar hissəciklər fizikasında yaratdığı dərin təsirlərə görə" [66]
Culian Şivinger ABŞ
Sin-İtiro Tomonaqa Yaponiya
1966 Alfred Kastler Fransa "Atomlardakı Hertz rezonansını tədqiq etmək üçün kəşf və təkmilləşdirdiyinə görə " [67]
1967 Hans Bete ABŞ
Almaniya
"Nüvə reaksiyaları nəzəriyyəsinə verdiyi töhfələrə və xüsusi ilə ulduzlardaki enerji istehsalı ilə əlaqəli kəşflərinə görə" [68]
1968 Luis Alvares ABŞ "Data analizi və hidrogen qabarcıq kamerasının istifadə texnikasının təkmilləşdirməsi vasitəsilə hissəciklər fizikasına verdiyi töhfələrə və çoxlu rezonans halının kəşfinə görə" [69]
1969 Marri Gell-Mann ABŞ "Elementar hissəciklərin təsnifatına və onların qarşılıqlı təsirlərinə dair töhfələrinə və kəşflərinə görə" [70]
1970 Hannes Alfven İsveç "Maqnetik-hidrodinamikaya dair fundamental kəşflərinə və tədqiqatlarına və plazma fizikasının müxtəlif sahələrindəki məhsuldar tətbiqlərinə görə" [71]
Lui Neel Fransa "Qatı hal fizikasında əhəmiyyətli tətbiqlərə yol açan antiferromagnetizməferrimagnetizmə dair fundamental kəşflərinə və tədqiqatlarına görə" [71]
1971 Dennis Qabor Macarıstan
Böyük Britaniya
"Holoqrafik metodu kəşf və təkmilləşdirdiyinə görə" [72]
1972 Con Bardin ABŞ "Birgə olaraq təkmilləşdirdikləri ifratkeçiricilik nəzəriyyəsinə görə, həmçinin BKŞ-nəzəriyyəsi olaraq da adlandırılır" [73]
Leon Kuper ABŞ
Robert Şriffer ABŞ
1973 Leo Esaki Yaponiya "Yarımkeçiricilərifratkeçiricilərdəki tünelləmə fenomeni ilə əlaqədar eksperimental kəşflərinə görə" [74]
Ayvar Cayever ABŞ
Norveç
Brayan Devid Cozefson Böyük Britaniya "Cozefson effekti olaraq da adlandırılan, tunel bariyerinin içindəki ifrat axım fenomeninin xüsusiyyətlərini nəzəri olaraq təxmin etdiyinə görə" [74]
1974 Martin Rayl Böyük Britaniya "Radio astrofizikası sahəsindəki öncül tədqiqatlarına görə: Raylın müşahidələri və ixtiralarına, xüsüsən də diyafram sintezi texnikasına və Hyuişin Pulsarların kəşfindəki həlledici roluna görə" [75]
Entoni Hyuiş Böyük Britaniya
1975 Oge Bor Danimarka "Atom nüvəsindəki kollektiv hərəkət və hissəcik hərəkəti arasındakı əlaqəni kəşf etdiklərinə və bu əlaqə əsasında atom nüvəsinin strukturu nəzəriyyəsini təkmilləşdirdiklərinə görə" [76]
Ben Mottelson Danimarka
Ceyms Reynuoter ABŞ
1976 Berton Rixter ABŞ "Yeni növ ağır elementar hissəciklərin kəşf edilməsindəki öncül tədqiqatlarına görə" [77]
Samuel Tinq ABŞ
1977 Filip Uarren Anderson ABŞ "Maqnetik və düzənsiz sistemlərin elektronik strukturuna dair fundamental nəzəri tədqiqatlarına görə" [78]
Nevill Mott Böyük Britaniya
Con van Flek ABŞ
1978 Pyotr Kapitsa SSRİ "Aşağı temperatur fizikasına dair başlıca ixtiralarına və kəşflərinə görə" [79]
Arno Penzias ABŞ "Kosmik mikrodalğa arxa plan şüalanmasını kəşf etdiklərinə görə" [79]
Robert Vudro Vilson ABŞ
1979 Şeldon Qleşou ABŞ "Elementar hissəciklər arasındakı birləşdirilmiş zəif qarşılıqlı təsir və elektromaqnit qarşılıqlı təsir nəzəriyyəsinə verdikləri töhfələrə və zəif neytral axını təxmin etdiklərinə görə" [80]
Əbdus Salam Pakistan
Stiven Vaynberq ABŞ
1980 Ceyms Kronin ABŞ "Neytral K mezonun parçalanmasındaki fundamental simmetriya prinsiplərinin pozulmasını aşkar etdiyinə görə" [81]
Val Fits ABŞ
1981 Nikolas Blumberqen Niderland
ABŞ
"Lazer spektroskopiyasının təkmilləşdirilməsindəki töhfələrəinə görə" [82]
Artur Şavlov ABŞ
Kay Siqban İsveç "Elektron spektroskopiyasının təkmilləşdirilməsindəki töhfələrinə görə" [82]
1982 Kennet Vilson ABŞ "Faza keçidlərindəki kritik fenomeni ilə əlaqəli nəzəriyyəsinə görə" [83]
1983 Subramanyan Çandrasekar Hindistan
ABŞ
"Ulduzların təkəmülü və strukturu ilə əlaqəli fiziki proseslərə dair nəzəri tədqiqatlarına görə" [84]
Uilyam Fauler ABŞ "Kainatdakı kimyəvi elementlərin formalaşmasına dair nəzəri və praktik tədqiqatlarına görə" [84]
1984 Karlo Rubbia İtaliya "Zəif qarşılıqlı təsirin kominikatorları olan W və Z hissəciklərinin kəşfinə səbəb olan böyük proyektə verdikləri töhfələrə görə" [85]
Simon van der Mer Niderland
1985 Klaus von Klitzing Almaniya "Kvant Hall effektini kəşf etdiyinə görə" [86]
1986 Ernst Ruska Almaniya "Elektron optikası sahəsindəki fundamental tədqiqatlarına və ilk elektron mikroskopunu dizayn etməsinə görə" [87]
Herd Binniq Almaniya "Skanlama tünel mikroskopunu dizayn etdiklərinə görə" [87]
Henrix Rorer İsveçrə
1987 Georq Bednorts Qərbi Almaniya "Keramika materiallarındakı ifratkeçiriciliyi kəşf etdiklərinə görə" [88]
Aleks Müller İsveçrə
1988 Leon Lederman ABŞ "Neytrin şüa metoduna və muon neytrini kəşfi vasitəsilə leptonların dublikat strukturunu aşkar etdiklərinə görə" [89]
Melvin Şvarts ABŞ
Cek Steynberger ABŞ
1989 Norman Remzi ABŞ "Ayrı-ayrılqda salınmış sahələr metodu ixtirası və bu metodun hidrogen mazeri və atom saatlarında istifadəsinə görə" [90]
Hans Demelt ABŞ
Almaniya
"İyon tələsi texnikasını təkmilləşdirdiklərinə görə" [90]
Volfqanq Paul Almaniya
1990 Cerom Fridman ABŞ "Zərrəciklər fizikasında kvark modelinin təkmilləşdirilməsində mühüm əhəmiyyətə malik olan proton, elektron və bağlı neytronların dərin inelastik səpilməsinə dair qabaqcıl tədqiqatlarına görə" [91]
Henri Kendall ABŞ
Riçard Teylor Kanada
1991 Pier-Jil de Jen Fransa "Sadə sistemlərdəki düzən fenomenininin, xüsusi ilə maye kristal və polimer kimi maddənin kompleks formalarında da ümumiləşdirilə biləcəyinə dair kəşflərinə görə" [92]
1992 Jorj Şarpak Fransa
Polşa
"Hissəcik dedektorlarının ixtirası və təkmilləşdirdiyinə və xüsusi ilə multikabelli mütənasib kameraya dair tədqiqatlarına görə" [93]
1993 Rassel Hals ABŞ "Yeni tip pulsarı kəşf etdiklərinə görə, onların bu kəşfi qravitasiya tədqiqatlarında yeni imkanlar açmışdır" [94]
Cozef Teylor ABŞ
1994 Bertram Brokhaus Kanada "Yoğunlaşdırılmış maddələri tədqiq etmək üçün neytron səpilməsi texnikasının təkmilləşdirilməsindəki qabaqcıl töhfələrinə" və "neytron spektroskopiyasını təkmiıləşdirdiyinə görə" [95]
Klifford Şall ABŞ "Yoğunlaşdırılmış maddələri tədqiq etmək üçün neytron səpilməsi texnikasının təkmilləşdirilməsindəki qabaqcıl töhfələrinə" və "neytron diffraksiyası texnikasını təkmilləşdirdiyinə görə" [95]
1995 Martin Perl ABŞ "Tau leptonunu kəşf etdiyinə" və "lepton fizikasına verdiyi öncül eksperimental töhfələrinə görə" [96]
Frederik Raynes ABŞ "Neytrini aşkar etdiyinə görə" və "lepton fizikasına verdiyi öncül eksperimental töhfələrinə görə" [96]
1996 Devid Li ABŞ "Helium-3-dəki ifrat axıcılığı kəşf etdiklərinə görə" [97]
Duqlas Oşerov ABŞ
Robert Kolman Riçardson ABŞ
1997 Stiven Çu ABŞ "Lazer işığı ilə atomların tutulması və soyudulması metodunu təkmilləşdirdiklərinə görə" [98]
Klod Koen-Tannuci Fransa
Uilyam Fillips ABŞ
1998 Robert Laflin ABŞ "Kvant axıcılığının fraksiyalı olaraq yüklənmiş həyacanlanmalarla yeni formasını kəşf etdiklərinə görə" [99]
Horst Ştermer Almaniya
Daniel Çui Çin Resbublikası
ABŞ
1999 Gerardus't Hooft Niderland "Fizikada elektrozəif qarşılıqlı təsirin kvant strukturunu aydınlaşdırdıqlarına görə" [100]
Martinus Veltman Niderland
2000 Jores Alfyorov Russiya "Yüksək tezlikli sxemlərdə və Optoelektronikada istifadə edilən yarımkeçirici heterostrukturları təkmilləşdirdiklərinə görə" [101]
Herbert Kromer Almaniya
Cek Kilbi ABŞ "İnteqral sxeminin ixtirasındaki roluna görə" [101]
2001 Erik Kornell ABŞ "Qələvi atomların formalaşdırdığı seyrək qazlarda Boz-Eynşteyn yoğunlaşmasını formalaşdırdıqlarına dair uğurlarına və bu yoğunlaşmanın fundamental xüsusiyyətlərinə dair tədqiqatlarına görə" [102]
Karl Viman ABŞ
Volfqanq Ketterle Almaniya
2002 Raymond Devis ABŞ "Astrofizikaya verdikləri öncül töhfələrinə və kosmik neytrinləri aşkar etdiklərinə görə" [103]
Masatoşi Koşiba Yaponiya
Rikardo Cakkoni İtaliya
ABŞ
"Astrofizikaya verdiyi öncül töhvələrinə görə, bu töhfələrin əsasında kosmik X-şüaların mənbəyi kəşf edilmişdir" [103]
2003 Aleksey Abrikosov Russiya
ABŞ
"İfratkeçiricilikİfrat axıcılıq nəzəriyyələrinə verdikləri töhfələrinə görə" [104]
Vitali Ginzburq Russiya
Entoni Legget Böyük Britaniya
ABŞ
2004 Devid Qross ABŞ "Güclü qarşılıqlı təsir nəzəriyyəsində asimptotik sərbəstliyi kəşf etdiklərinə görə " [105]
Hyu Devid Politzer ABŞ
Frank Vilçek ABŞ
2005 Roy Qlauber ABŞ "Optik uyumluluğun kvant nəzəriyyəsinə verdiyi töhfələrə görə" [106]
Con Holl ABŞ "Optik tezlik darağı texnikası da daxil olmaqla, lazer əsaslı həssas spektroskopiyanın təkmilləşdirilməsindəki töhfələrinə görə" [106]
Teodor Henş Almaniya
2006 Con Mazer ABŞ "Kosmik mikrodalğa arxa plan şüalanmasının anizotropiyasını və qara cisim formunu kəşf etdiklərinə görə" [107]
Corc Smut ABŞ
2007 Albert Fert Fransa "Nəhəng maqnitorezistivliyi kəşf etdiklərinə görə" [108]
Peter Qrünberq Almaniya
2008 Makoto Kobayaşi Yaponiya "Təbiətdə ən azı üç kuark ailəsinin mövcudluğunu təxmin edən simmetriya qırılmasının mənşəyini kəşf etdiklərinə görə" [109]
Toşihide Maskaua Yaponiya
Yoiçiro Nambu Yaponiya
ABŞ
"Hissəcik fizikasında spontan simmetriya qırılmasının mexanizmini kəşf etdiyinə görə" [109]
2009 Çarlz Kan Kao Honkonq
Böyük Britaniya
ABŞ
"İşığı liflərə transmissiya edərək optik kommunikasiya sahəsindəki dərin töhfəsinə görə" [110]
Uillard Boyl Kanada
ABŞ
"Yarımkeçirici görüntüləyici dövrəsi (CCD) ixtira etdiklərinə görə" [110]
Corc E. Smit ABŞ
2010 Andrey Qeym Rusiya
Böyük Britaniya
Niderland
"İkiölçülü qrafen materiallarına dair həyata keçirdikləri əhəmiyyətli eksperimentlərinə görə" [111]
Konstantin Novosyolov Rusiya
Böyük Britaniya
2011 Sol Perlmutter ABŞ "Uzaq süpernovaları müşahidə edərək kainatın sürətələnərk genişləndiyini kəşf etdiklərinə görə " [112]
Brayan Şmidt Avstraliya
ABŞ
Adam Riss ABŞ
2012 Serj Aroş Fransa "İndividual kvant sistemlərinin ölçülməsinə və manipulyasiyasına imkan yaradan eksperimental metodlarına görə" [113]
Devid Vaynlend ABŞ
2013 Fransua Enqler Belçika "Atom altı hissəciklərin kütləsinin mənşəyinə dair son vaxtlar CERN-nin Böyük Hadron sürətləndiricisində ATLAS və CSM eksperimentləri ilə təxmin edilən elementar hissəciklərin kəşf edilməsi ilə təsdiq edilən mexanizmləri kəşf etdiklərinə görə" [114]
Piter Hiqqs Böyük Britaniya
2014 İsamu Akasaki Yaponiya "Səmərəli mavi İşıq diodlarını ixtira etdiklərinə görə" [115]
Hiroşi Amano Yaponiya
Syuci Nakamura Yaponiya
ABŞ
2015 Takaaki Kacita Yaponiya "Neytrinlərin kütləyə sahib olduğunu göstərən neytrin yırğalanmasını kəşf etdiklərinə görə" [116]
Artur Makdonald Kanada
2016 Devid Taules Böyük Britaniya "Topoloji faza keçidlərini və maddənin topoloji fazalarını nəzəri olaraq kəşf etdiklərinə görə" [117]
Dunkan Holdeyn Böyük Britaniya
Maykl Kosterlits Böyük Britaniya
2017 Rayner Vays Almaniya
ABŞ
"LIGO detektoruna həlledici töhfələrinə və qravitasiya dalğalarının müşahidəsinə görə" [118]
Kip Torn ABŞ
Barri Bariş ABŞ
2018 Artur Eşkin ABŞ "Lazer fizikasına verdiyi əhəmiyyətli töhfələrə", xüsusi ilə "optik maqqaşlara və onların bioloji sistemlərdə tədbiqlərinə görə" [119]
Jerar Muru Fransa "Lazer fizikasına verdikləri əhəmiyyətli töhfələrə", xüsusi ilə "yüksək intensivli, ultra-qısa optik impulslar yaratma metodlarına görə"
Donna Striklend Kanada
2019 Ceyms Pibls Kanada
ABŞ
"Kosmologiya üzrə nəzəri kəşflərinə görə" [120]
Mişel Mayor İsveçrə "Günəşvari ulduz ətrafında hərəkət edən bir ekzoplanet kəşf etdikərinə görə"
Didye Keloz İsveçrə
2020 Rocer Penroz Böyük Britaniya "Qara dəlik formalaşmasının ümumi nisbilik nəzəriyyəsinin sağlam proqnozu olduğunu kəşf etməsinə görə" [121]
Reynhard Qenzel Almaniya "Qalaktikamızın mərkəzindəki ifrat kütləli kompakt obyektin kəşfinə görə"
Andrea Qez ABŞ
2021 Syukuro Manabe Yaponiya
ABŞ[122]
"Yer iqliminin fiziki modelləşdirilməsi, dəyişkənliyin ölçülməsi və qlobal istiləşmənin etibarlı şəkildə proqnozlaşdırılmasına görə" [123]
Klaus Hasselmann Almaniya
Corco Parizi İtaliya "atomdan planetar miqyaslara qədər fiziki sistemlərdə nizamsızlığın və fluktuasiyaların qarşılıqlı təsirinin kəşfinə görə"
2022 Alen Aspekt Fransa "dolaşıq fotonlarla olan təcrübələrə, Bell bərabərsizliklərinin pozulmasının göstərilməsinə və kvant informasiya elminin qabaqcılı olduqlarına görə" [124]
Con Klauzer ABŞ
Anton Zeilinqer Avstriya
2023 Ann Liyulie (b. 1958) İsveç "Maddədə elektron dinamikasının öyrənilməsi üçün attosaniyəlik işıq impulsları yaradan eksperimental üsullarına görə" [125][126]
Ferenk Kraus (b. 1962) Almaniya
Pier Aqostini (b. 1941) Fransa
  1. "Alfred Nobel – The Man Behind the Nobel Prize". Nobel Foundation. 25 October 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 October 2008.
  2. "The Nobel Prize Awarders". Nobel Foundation. 15 October 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 October 2008.
  3. "The Nobel Prize Award Ceremonies". Nobel Foundation. 22 August 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 October 2008.
  4. "The Nobel Prize". Nobel Foundation. 5 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 October 2008.
  5. "All Nobel Prizes in Physics". The Nobel Foundation. 6 October 2022. 23 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2022.
  6. "Nobel Laureates Facts". Nobel Foundation. 2 February 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 October 2008.
  7. "Nobel Prize Awarded Women". The Nobel Foundation. 2021-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
  8. 1 2 "The Nobel Prize in Physics 1917". Nobel Foundation. 11 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 January 2019.
  9. 1 2 "The Nobel Prize in Physics 1918". Nobel Foundation. 7 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 January 2019.
  10. 1 2 "The Nobel Prize in Physics 1921". Nobel Foundation. 17 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2018.
  11. 1 2 "The Nobel Prize in Physics 1924". Nobel Foundation. 1 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  12. 1 2 "The Nobel Prize in Physics 1925". Nobel Foundation. 19 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  13. 1 2 "The Nobel Prize in Physics 1928". Nobel Foundation. 2 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  14. 1 2 "The Nobel Prize in Physics 1932". Nobel Foundation. 19 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  15. 1 2 "The Nobel Prize in Physics 1943". Nobel Foundation. 28 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  16. "The Nobel Prize in Physics 1901". Nobel Foundation. 17 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  17. "The Nobel Prize in Physics 1902". Nobel Foundation. 21 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  18. 1 2 "The Nobel Prize in Physics 1903". Nobel Foundation. 17 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  19. "The Nobel Prize in Physics 1904". Nobel Foundation. 17 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  20. "The Nobel Prize in Physics 1905". Nobel Foundation. 8 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  21. "The Nobel Prize in Physics 1906". Nobel Foundation. 17 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  22. "The Nobel Prize in Physics 1907". Nobel Foundation. 10 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  23. "The Nobel Prize in Physics 1908". Nobel Foundation. 1 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  24. "The Nobel Prize in Physics 1909". Nobel Foundation. 22 August 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  25. "The Nobel Prize in Physics 1910". Nobel Foundation. 1 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  26. "The Nobel Prize in Physics 1911". Nobel Foundation. 10 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  27. "The Nobel Prize in Physics 1912". Nobel Foundation. 17 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  28. "The Nobel Prize in Physics 1913". Nobel Foundation. 19 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  29. "The Nobel Prize in Physics 1914". Nobel Foundation. 15 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  30. "The Nobel Prize in Physics 1915". Nobel Foundation. 19 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  31. "The Nobel Prize in Physics 1919". Nobel Foundation. 20 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  32. "The Nobel Prize in Physics 1920". Nobel Foundation. 12 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  33. "The Nobel Prize in Physics 1922". Nobel Foundation. 17 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  34. "The Nobel Prize in Physics 1923". Nobel Foundation. 2 November 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  35. "The Nobel Prize in Physics 1926". Nobel Foundation. 1 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  36. 1 2 "The Nobel Prize in Physics 1927". Nobel Foundation. 1 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  37. "The Nobel Prize in Physics 1929". Nobel Foundation. 24 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  38. "The Nobel Prize in Physics 1930". Nobel Foundation. 11 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  39. "The Nobel Prize in Physics 1933". Nobel Foundation. 17 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  40. "The Nobel Prize in Physics 1935". Nobel Foundation. 15 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  41. 1 2 "The Nobel Prize in Physics 1936". Nobel Foundation. 16 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  42. "The Nobel Prize in Physics 1937". Nobel Foundation. 14 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  43. "The Nobel Prize in Physics 1938". Nobel Foundation. 17 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  44. "The Nobel Prize in Physics 1939". Nobel Foundation. 24 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  45. "The Nobel Prize in Physics 1944". Nobel Foundation. 30 August 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  46. "The Nobel Prize in Physics 1945". Nobel Foundation. 11 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  47. "The Nobel Prize in Physics 1946". Nobel Foundation. 1 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  48. "The Nobel Prize in Physics 1947". Nobel Foundation. 15 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  49. "The Nobel Prize in Physics 1948". Nobel Foundation. 10 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  50. "The Nobel Prize in Physics 1949". Nobel Foundation. 21 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  51. "The Nobel Prize in Physics 1950". Nobel Foundation. 5 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  52. "The Nobel Prize in Physics 1951". Nobel Foundation. 17 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  53. "The Nobel Prize in Physics 1952". Nobel Foundation. 1 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  54. "The Nobel Prize in Physics 1953". Nobel Foundation. 2 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  55. 1 2 "The Nobel Prize in Physics 1954". Nobel Foundation. 21 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  56. 1 2 "The Nobel Prize in Physics 1955". Nobel Foundation. 1 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  57. "The Nobel Prize in Physics 1956". Nobel Foundation. 14 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  58. "The Nobel Prize in Physics 1957". Nobel Foundation. 21 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  59. "The Nobel Prize in Physics 1958". Nobel Foundation. 17 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  60. "The Nobel Prize in Physics 1959". Nobel Foundation. 28 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  61. "The Nobel Prize in Physics 1960". Nobel Foundation. 6 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  62. 1 2 "The Nobel Prize in Physics 1961". Nobel Foundation. 4 November 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  63. "The Nobel Prize in Physics 1962". Nobel Foundation. 22 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  64. 1 2 "The Nobel Prize in Physics 1963". Nobel Foundation. 22 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  65. "The Nobel Prize in Physics 1964". Nobel Foundation. 17 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  66. "The Nobel Prize in Physics 1965". Nobel Foundation. 21 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  67. "The Nobel Prize in Physics 1966". Nobel Foundation. 18 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  68. "The Nobel Prize in Physics 1967". Nobel Foundation. 18 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  69. "The Nobel Prize in Physics 1968". Nobel Foundation. 24 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  70. "The Nobel Prize in Physics 1969". Nobel Foundation. 4 November 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  71. 1 2 "The Nobel Prize in Physics 1970". Nobel Foundation. 19 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  72. "The Nobel Prize in Physics 1971". Nobel Foundation. 5 November 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  73. "The Nobel Prize in Physics 1972". Nobel Foundation. 19 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  74. 1 2 "The Nobel Prize in Physics 1973". Nobel Foundation. 27 June 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  75. "The Nobel Prize in Physics 1974". Nobel Foundation. 10 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  76. "The Nobel Prize in Physics 1975". Nobel Foundation. 15 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  77. "The Nobel Prize in Physics 1976". Nobel Foundation. 14 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  78. "The Nobel Prize in Physics 1977". Nobel Foundation. 19 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  79. 1 2 "The Nobel Prize in Physics 1978". Nobel Foundation. 21 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  80. "The Nobel Prize in Physics 1979". Nobel Foundation. 26 February 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  81. "The Nobel Prize in Physics 1980". Nobel Foundation. 11 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  82. 1 2 "The Nobel Prize in Physics 1981". Nobel Foundation. 1 August 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  83. "The Nobel Prize in Physics 1982". Nobel Foundation. 21 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  84. 1 2 "The Nobel Prize in Physics 1983". Nobel Foundation. 13 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  85. "The Nobel Prize in Physics 1984". Nobel Foundation. 17 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  86. "The Nobel Prize in Physics 1985". Nobel Foundation. 14 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  87. 1 2 "The Nobel Prize in Physics 1986". Nobel Foundation. 17 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  88. "The Nobel Prize in Physics 1987". Nobel Foundation. 19 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  89. "The Nobel Prize in Physics 1988". Nobel Foundation. 11 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  90. 1 2 "The Nobel Prize in Physics 1989". Nobel Foundation. 21 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  91. "The Nobel Prize in Physics 1990". Nobel Foundation. 18 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  92. "The Nobel Prize in Physics 1991". Nobel Foundation. 2 November 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  93. "The Nobel Prize in Physics 1992". Nobel Foundation. 22 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  94. "The Nobel Prize in Physics 1993". Nobel Foundation. 14 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  95. 1 2 "The Nobel Prize in Physics 1994". Nobel Foundation. 15 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  96. 1 2 "The Nobel Prize in Physics 1995". Nobel Foundation. 28 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  97. "The Nobel Prize in Physics 1996". Nobel Foundation. 12 February 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  98. "The Nobel Prize in Physics 1997". Nobel Foundation. 7 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  99. "The Nobel Prize in Physics 1998". Nobel Foundation. 11 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  100. "The Nobel Prize in Physics 1999". Nobel Foundation. 21 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  101. 1 2 "The Nobel Prize in Physics 2000". Nobel Foundation. 21 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  102. "The Nobel Prize in Physics 2001". Nobel Foundation. 19 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  103. 1 2 "The Nobel Prize in Physics 2002". Nobel Foundation. 24 March 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  104. "The Nobel Prize in Physics 2003". Nobel Foundation. 8 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  105. "The Nobel Prize in Physics 2004". Nobel Foundation. 24 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  106. 1 2 "The Nobel Prize in Physics 2005". Nobel Foundation. 24 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  107. "The Nobel Prize in Physics 2006". Nobel Foundation. 11 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  108. "The Nobel Prize in Physics 2007". Nobel Foundation. 10 August 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  109. 1 2 "The Nobel Prize in Physics 2008". Nobel Foundation. 8 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  110. 1 2 "The Nobel Prize in Physics 2009". Nobel Foundation. 8 October 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2009.
  111. "The Nobel Prize in Physics 2010". Nobel Foundation. 7 October 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 October 2010.
  112. "The Nobel Prize in Physics 2011". Nobel Foundation. 1 August 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 October 2011.
  113. "The Nobel Prize in Physics 2012". Nobel Foundation. 11 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2012.
  114. "The Nobel Prize in Physics 2013 Press Release" (PDF). Nobel Foundation. 8 oktyabr 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2013.
  115. "The Nobel Prize in Physics 2014". Nobel Foundation. 7 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 October 2014.
  116. "The Nobel Prize in Physics 2015". Nobel Foundation. 6 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 October 2015.
  117. "The Nobel Prize in Physics 2016". Nobel Foundation. 6 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 October 2016.
  118. "The Nobel Prize in Physics 2017". Nobel Foundation. 13 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 October 2017.
  119. "The Nobel Prize in Physics 2018". Nobel Foundation. 9 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 October 2018.
  120. "The Nobel Prize in Physics 2019". Nobel Foundation. 8 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2019.
  121. "The Nobel Prize in Physics 2020". Nobel Foundation. 6 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2020.
  122. "He is considered a U.S. citizen by Nobel Prize Committee". 2021-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-08.
  123. "The Nobel Prize in Physics 2021" (PDF). Nobel Foundation. 5 October 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 October 2021.
  124. "The Nobel Prize in Physics 2022". Nobel Foundation. 4 October 2022. 4 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2022.
  125. "The Nobel Prize in Physics 2023". Nobel Foundation. 3 October 2023. 4 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 October 2023.
  126. "Contributors [Back cover]". IEEE Journal of Quantum Electronics. 6 (12). 1970. 2023-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-15.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]