Firidun
Naviqasiyaya keç
Axtarışa keç
Firidun (fars. فریدون, Avesta: Θraētaona) — İranın əfsanəvi qəhrəmanı. Fars ədəbiyyatında qələbə, ədalət və alicənablıq simvolu kimi tanınır.
Atası Cəmşidin nəslindən olan Abtin, anası Fəranəkdir. 500 illik ömür yaşaması barədə şayiələr olan Firidunun Səlm, Tur və İrəc adlı üç oğlu var. Oğullarını Yəmən hökmdarının qızları ilə evləndirdikdən sonra ölkəsini bu üç oğulu arasında bölüşdürür. Turanı Tura, İranı İrəcə və Rumu (Anadolu) Səlmə verir. Sonra İrəci qısqanan Tur və Səlm qardaşlarını öldürürlər. İrəcin oğlu Mənuçöhr əmilərini öldürərək atasının intiqamını almışdır.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ TAHSİN YAZICI, "FERÎDUN", TDV İslâm Ansiklopedisi, https://islamansiklopedisi.org.tr/feridun Arxivləşdirilib 2019-01-21 at the Wayback Machine (20.01.2019)