Financial Times

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Financial Times
Loqonun şəkli
Yaranma tarixi 9 yanvar 1888[1]
Siyasi mənsubiyyət mərkəzçilik[2]
Dil ingilis dili[3]
Ölkə
ISSN 0307-1766, 1476-8844
ft.com
ftchinese.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Financial Times (FT)[4]Londonda gündəlik nəşr olunan beynəlxalq ingilis iqtisadi-siyasi qəzet və dünyanın qabaqcıl biznes xəbərləri və məlumatları təşkilatlarından biri. Dünyanın 24 şəhərində çap olunur:[5] London, Lids, Liverpul, Dublin, Paris, Frankfurt, Stokholm, Milan, Madrid, Nyu-York, Çikaqo, Los-Anceles, San-Fransisko, Dallas, Atlanta, Mayami, Vaşinqton, Tokio, Honkonq, Sinqapur, Seul, Dubay, Yohannesburqİstanbul.

Ümumi məlumat

[redaktə | vikimətni redaktə et]

Böyük Britaniyanın gündəlik qəzeti, maliyyə sferasında ingilis dilində çıxan ən nüfuzlu dövri nəşrlərdən biri. Əsası Londonda jurnalistlər C. Seridan və Q. Bottomli tərəfindən qoyulmuş, ilk nömrəsi 09.01.1888-ci ildə çap olunmuşdur. İndiki adı ilə 13.02.1888-ci ildən buraxılır. 1945-ci ildə "Financial News" (1884) qəzeti ilə birləşən "Financial Times"-ı B. Britaniyanın "Pirson" ("Pearson") nəşriyyat şirkəti əldə etmişdir. 1979-cu ildə qəzet ilk dəfə ölkə xaricində (Frankfurt-Maynda) nəşr olunmuş, elə həmin vaxtdan maliyyə sahəsində aparıcı dünya KİV-lərindən birinə çevrilmişdir. Özünün saytı (FT.com; 1995) olan ilk nəşrlərdən biridir. 2015-ci ildən "Financial Times" Yaponiyanın "Nikkey" mediakorporasiyasına məxsusdur. Tirajı 400 min nüsxədən çoxdur (2015).

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]