Ferma
Ferma — insanların bitki və heyvanları yetişdirib, yararlandıqları müəssisə.
Günümüzdə bir çox növ ferma var; balıq, inək, qoyun, donuz, göbələk, toyuq, arı və dəvəquşu fermaları kimi.
Adı
[redaktə | mənbəni redaktə et]Azərbaycan dilində işlənilər ferma XX-ci əsrdə rusca ферма sözündən keçib, rusca isə fransızca ferme sözündən, sözün kökü latınca firmus ("bərk, dözümlü"). Lakin, XX-ci əsrdə Azərbaycanda sovet hökuməti olduğuna görə Azərbaycanda fermalar əvəzinə kolxoz (колхоз — коллективное хозяйство), yəni, kollektiv təsərrüfatı işlənirdi[1], ferma isə kapitalist ölkələrdə işlənilən təsərrüfat sayılırdı. XX-ci əsrə kimi Azərbaycan dilində ciftlik/çiftlik (farsca cüft/çift — "cüt, qoşa, ikili" və "lik" şəkilçisi, Osmanlı dilindən gəlməsi ehtimal olunur)[2] və məzrə/məzrəə (ərəb. مزرعة) sözlərinə rast gəlmək olardı.[3]
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Bu məqalə qaralama halındadır. |
- ↑ https://www.azleks.az/online-dictionary/kolxoz?s=my Arxivləşdirilib 2023-05-31 at the Wayback Machine Kollektiv təsərrüfat – SSRİ-də iri, yüksək səviyyədə mexanikləşdirilmiş kənd təsərrüfatını elliklə aparmaq üçün XX əsrin 30–80-ci illərində kənd zəhmətkeşlərinin sosialist tipli istehsal birləşməsi
- ↑ http://web2.anl.az:81/read/page.php?bibid=230246&pno=136 Arxivləşdirilib 2023-05-31 at the Wayback Machine R. Axundov, II cild, Rysca Turqcə lugət, Bakı, 1929-cu il
- ↑ https://vk.com/doc18066328_462261043 Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine Sultan Məcid Qənizadə, Lüğət rusi və türki, Bakı, 1909-cu il (s.385)