FADEC

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Elektron-rəqəmsal mühərrik idarəetmə sistemi (EMİS) (ing. full authority digital engine control system, FADEC) — minimal yanacaq sərfiyyatı ilə təyyarə mühərrikinin optimal göstəricilərini saxlamaq üçün yanacağın, havanın və alovlanma parametrlərinin avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemidir[1] .

Piston mühərriklərində istifadə olunan FADEC

Hər hansı bir mühərrik idarəetmə sisteminin məqsədi, mühərrikin müəyyən bir vəziyyət üçün maksimum səmərəliliyi ilə işləməsinə imkan verməkdir. Əvvəlcə mühərrik idarəetmə sistemləri mühərriyə mexaniki bağlantılar vasitəsi ilə əaqəli idi. Bu bağlantıları hərəkət etdirərək pilot və ya uçuş mühəndisi yanacaq axını, çıxış gücünü və bir çox digər mühərrik parametrlərini idarə edə bilər. İkinci Dünya müharibəsi zamanı aviasiyada mühərrikində istifadə olunu piston-radial idarəetmə sistemi tədricən əvəz olundu. Əvvəl analoq elektron motor nəzarət etmə sisteminə, sonra isə rəqəmsal motor nəzarət etmə sisteminə dəyişdirildi.

FADEC (EİB)-in ikikanallı elektron idarəetmə modulundan , (hidromexaniki moduldan (HMU)) və sensorlardan ibarətdir.

FADEC rotorunun fırlanma tezliyini, mühərrik içərisində təzyiq və temperatur siqnallarını qəbul edir. Bu siqnallar, mühərrikin idarəetmə sistemindən gələn siqnallarla yanaşı, mühərrik üzərində quraşdırılmış mexanizmlər üçün nəzarət siqnallarını izləmək və istehsal etmək üçün istifadə olunur və və aşağıda qeyd olunan funksiyaların nəzarətini təmin edir:

  • Dartma avtomatının işləməsi və mühərrikin dartma gücünə nəzarət.
  • Yanacaq sərfiyatına nəzarət.
  • Mühərrikin avtomatik və əl ilə işə salınması.
  • Aşağı qazın saxlanılması.
  • Qazın qəbul olunma və sıfırlanma zamanının idarə olunması .
  • Kompressorda olana hava axınına nəzarət .
  • Mühərrikdəki turbinlərin hər birində olan rotor və stator arasındaki aktiv boşluğa olunan nəzarət .
  • Elektrik generatorda istifadə olunan yağın soyutma sisteminin idarə olunması.
  • Revers dartma sisteminin idarə edilməsi Управление .

Elektron modul həmçinin ventilyatorun, turbokompressorun və mühərrikin pompajından icazə verilən fırlanma (maksimal) tezliklərinin aşılmasına qarşı müdafiəni təmin edir.

Mühərrikin işinin əsas parametrləri haqqında siqnallar eyni modul tərəfindən hazırlanır və pilotların kabinindəki displeylərdə əks olunma sistemi vasitələrinə göndərilir[2].

  1. "Chapter 6: Aircraft Systems" (PDF). Pilot's Handbook of Aeronautical Knowledge. Federal Aviasiya İdarəsi. 2008. 6–19. 2013-12-10 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-12-18.
  2. Concorde: Story of a Supersonic Pioneer. Science Museum. 2001. səh. 69. ISBN 978-1-900747-42-4. "Arxivlənmiş surət". Archived from the original on 2022-07-31. İstifadə tarixi: 2019-12-19. (ing.)