Fətislam Əbilov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fətislam Əbilov
Fetislâm Abil oğlu Abilov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
  • Udarne[d], Tavriya quberniyası[d]
Vəfat tarixi (90 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Həyat yoldaşı Qırmızı Ordu
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti SSRİ SSRİ
Qoşun növü Quru Qoşunları
Xidmət illəri 1937-1947
Rütbəsi Colonel
Döyüşlər II Dünya müharibəsi
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni 3-cü dərəcəli "Suvorov" ordeni 3-cü dərəcəli "Kutuzov" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Jukov" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 50 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 60 illiyi" yubiley medalı "Moskvanın 850 illik xatirəsinə" medalı "Moskvanın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "Əmək veteranı" medalı Cross of Valour Medal for Warsaw 1939-1945 Medal "For Oder, Nysa and the Baltic"

Fətislam “Petay” Əbiloviç Əbilov (2 (15) mart 1915, Udarne[d], Tavriya quberniyası[d]15 avqust 2005, Jukovski, Moskva vilayəti) – İkinci Dünya müharibəsi zamanı 135-ci Atıcı Qvardiya Alayının komandanı kimi Sovet İttifaqı ordusunda xidmət etmiş və həyatının əksər hissəsində Anatoli kimi tanınan Krım tatarı olan hərbçi. O, 1990-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına alyiq görülmüşdür. O, hələ müharibə illərində bu ada iki dəfə namizəd göstərilsə də, Krım tatarı olmasına görə rədd edilmişdi.

Həyatının erkən dövrü

[redaktə | mənbəni redaktə et]

Əbilov 1915-ci ilin 15 martında Krım yarımadasında yerləşən Çadra Şeyx Əli kəndində anadan olmuşdur. 7 sinif məktəbdə oxuduqdan sonra metallurgiya sahəsində və dövlət fermasında traktor sürücüsü kimi çalışmışdır. 1937-ci ildə Qırmızı Ordu sıralarına daxil olmuşdur. 1939-cu ildə Tiflisdəki piyada məktəbini bitirmiş və 1942-ci ildə Kommunist Partiyasına daxil olmuşdur.[1]

İkinci Dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]

Əbilov 1941-ci ildə alman hücumu başladıqdan bir müddət sonra cəbhəyə göndərilmişdir. O, bu zaman kapitan rütbəsində idi və atıcı taborun komandanının müavini vəzifəsində xidmət edirdi. 1942-ci ilin sentyabr ayında o, 1292-ci atıcı alayın komandanı təyin edildi və 1943-cü ilin 8 iyun tarixinə qədər bu vəzifədə qaldı. Həmin ildə o, Frunze adına Hərbi Akademiyada kurslara qatıldı və həmin kursu bitirdikdən sonra 44-cü Atıcı Qvardiya Diviziyasının 130-cu Atıcı Qvardiya Alayının komandanı təyin edildi. Onun komandanlığı altında bu alay Narev çayı sahilində alman müdafiə xəttinin yarılmasına nail oldu. Bu əməliyyat zamanı onun alayı böyük qəhrəmanlıq göstərdi. 1944-cü ilin 8 iyulunda onun alayı Baranaviçi ətrafında 600 alman hərbçisini öldürdü və 150 nəfəri əsir aldı. Onun hücum əməliyyatları zamanı düşmən müdafiə xətti yarıldı və xeyli düşmən ləvazimatı qənimət götürüldü. Ümumilikdə, o, diviziyadan olan iki başqa alayla birlikdə 70 yaşayış məntəqəsini azad etdi. Müharibə zamanı 3 dəfə yaralanan Əbilov müharibədən saö qurtulmağı bacardı və 1944, 1945-ci illərdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına namizəd göstərildi. Lakin ona bu ad o zaman verilmədi.[1][2]

Həyatının sonrakı dövrü

[redaktə | mənbəni redaktə et]

1947-ci ildə təqaüdə göndərildi və ehtiyata ayrıldı. Müharibədən sağ çıxmış bir çox Krım tatarı veteranlardan fərqli olaraq, o, Mərkəzi Asiyaya sürgünə göndərilmədi və rus adı olan Anatoli adı altında yaşamağa davam etdi. 1964-cü ildə o, Jukovski şəhərinin mülki müdafiəsi üzrə rəis müavini oldu. O, veteranlar şurasının prezidemiumunun üzvü olmuş və 1990-cı ilin 5 mayında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. 2005-ci ilin 15 avqustunda vəvat etmiş və Bukovski məzarlığında dəfn edilmişdir.[3]

  1. 1 2 "Феттай Абилов стал Героем 45 лет спустя после Победы". Милли Фирка (rus). 2018-01-01. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-23.
  2. Zalessky, Konstantin. Великая Отечественная война. Большая биографическая энциклопедия (rus). Litres. 2017. 1852. ISBN 978-5457276970. 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-28.
  3. Simonov, Andrey. "Абилов Анатолий Абилович". www.warheroes.ru. 2012-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-23.