Fəhəd əl-Mirdasi
Naviqasiyaya keç
Axtarışa keç
Fəhəd əl-Mirdasi (ərəb. فهد المرداسي; d. 16 avqust 1985, Ər-Riyad, Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanından olan futbol hakimi[1].
Fəhəd əl-Mirdasi 2018-ci ilin may ayında Səudiyyə Ərəbistanının Futbol Federasiyası tərəfindən ömürlük diskvalifikasiya edilmişdir[1]. Buna səbəb onun danışılmış oyunlarda iştirakıdır[1]. Bu səbəbdən o, həbs edilmişdir[1].
Fəhəd əl-Mirdasi 2017-ci il Konfederasiyalar Kubokunda, o cümlədən Meksika və Portuqaliya yığmaları arasında keçirilmiş 3-cü yer uğrunda görüşü idarə etmişdir[1]. Həbsdən əvvəl 2018-ci il dünya çempionatına da təyinat almışdır[1].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 Dünya çempionatına təyinat almış futbol hakimi həbs edildi Arxivləşdirilib 2019-09-22 at the Wayback Machine. qaynarinfo.az, 14.05.2018 (az.)