Fövqəladə dərə
Fövqəladə dərə – obyektin insana oxşarlıq dərəcəsi ilə bu cür obyektə qarşı emosional cavab arasında əlaqə quran hipotez.[1]
Etimologiya
[redaktə | mənbəni redaktə et]Termin ilk dəfə Yaponiya robototexnika professoru Masahiro Mori tərəfindən "Bukimi no Tani Genshō" (不 気味の谷現象?) adlı məqalədə işlədilmişdir. Mori bu fikri inkişaf etdirərkən Ernst Yentşin 1906-cı ildə yazdığı "Fövqəladəliyin psixologiyası" və Ziqmund Freydin 1919-cu ildə yazdığı "Fövqəladəlik" məqalələrindən istifadə etmişdir.[1]
Hipotez
[redaktə | mənbəni redaktə et]Hipotezdə adı çəkilən dərə robotun insana bənzərlik dərəcəsi ilə insanın bu robota verdiyi reaksiya arasındakı əlaqəni göstərir. (bkz. Şekil 1). Ümumi şəkildə, robotun xarici görünüşü və davranışları insanınkinə yaxınlaşdıqca müşahidəçi insanın robota qarşı göstərdiyi emosional reaksiya müsbət şəkildə artır. Lakin robotu sadalanan əlamətlərə yaxınlaşdırdıqca elə bir nöqtəyə çatırıq ki, bu reaksiya qəfildən müsbətdən mənfiyə çevrilir. Əgər həmin nöqtə aşılsa vvə robota insan xüsusiyyətləri əlavə edilməyə davam edilsə, müşahidəçinin gözündə "az qala insan"la "tamamilə insan" arasındakı fərqlər yox olar və hipotezdə adı çəkilən "fövqəladəlik" hissi ortadan qalxar.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 "TEKİNSİZ VADİ". Açık Bilim (türkcə). 2016-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2018.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Fövqəladə dərəyə baxışlar Arxivləşdirilib 2020-02-17 at the Wayback Machine