Eugen Suxon

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Eugen Suxon
Ümumi məlumatlar
Doğum adı Eygen
Doğum tarixi 25 sentyabr 1908(1908-09-25)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 5 avqust 1993(1993-08-05)[1][2][…] (85 yaşında)
Vəfat yeri
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, pedaquq
Janr opera
Musiqi alətləri fortopiano, skripka
Təhsili Bratislava konsirvatoriyası
Mükafatları ÇSSR xalq artisti, ÇSSR Dövlət Mükafatı laureatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eugen Suxon (25 sentyabr 1908[1][2][…], Pеzinоk, Bratislava diyarı[3]5 avqust 1993[1][2][…], Bratislava) — slovak bəstəkar, Slovakiya professional musiqisinin banilərindən biri, ÇSSR xalq artisti (1959), ÇSSR Dövlət Mükafatı laureatı (1951, 1954, 1959).

Eugen Suxon Bratislava konservatoriyasında təhsil almışdır. 1933-cü ildən həmin konservatoriyada pedaqoji fəaliyyətə başlamışdır. İlk əsərləri klassik ənənələrlə bağlıdır (fortepiano üçün "Süita-ballada"). 1920–1930-cu illərdə yaradıcılığına ekspressionizm və klassizmin təsiri olmuşdur.

"Karpat torpaq haqqında psalm" (1938), "Kənd simfoniyettası" (1957) əsərlərində xalq musiqisindən istifadə etmişdir. Suxon ilk slovak milli musiqi dramının — "Burulğan"ın (1949) müəllifidir. Digər əsərləri Sayatonluk (1959) operası, skripka ilə orkestr üçün "Fantaziyavə bürlesk" (1948), "Metamorfozlar" (1953) simfonik süitası, xor silsilələri, bir sıra dram tamaşaları, kinofilmlər üçün musiqilər və uşaq musiqisindən ibarətdir.[4]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Eugen Suchoň // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Сухонь Эуген // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Azərbaycan Sovet Ensiklopediyası