Eston dili

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Eston dili
Orijinal adı eesti keel
Ölkə Estoniya
Region Şimali Avropa
Rəsmi status

Estoniya
Beynəxalq təşkilatlar:

Tənzimləyən təşkilat Eston Dili İnstitutu
Danışanların ümumi sayı 1,1 milyon[1].
Status təhlükəsiz vəziyyətdədir
Təsnifatı
Kateqoriya Avrasiya dilləri
Ural dilləri
Fin-uqor dilləri
finno-perm dilləri[vd]
Finno-volj dilləri[vd]
Finno-Samic[vd]
Finnic[vd]
Eston dili
Yazı latın əlifbası (eston əlifbası)
Dil kodları
QOST 7.75–97 эст 850
ISO 639-1 et
ISO 639-2 est
ISO 639-3 est
Dilin strukturlarının dünya atlası est
Ethnologue est
ABS ASCL 1601
IETF et
Glottolog esto1258
Bu dildə olan Vikipediya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eston dili (orijinal dildə eesti keel eesti keel) — estonların dili. Ural dillərinin fin-uqor budağının baltika-fin alt qrupuna aiddir. EstoniyaAvropa birliyinin rəsmi dilidir. Yazı sistemi Latın əlifbasına əsaslanır.

Eston dili təxminən 1 milyon insanın ana dilidir. Onların əksəriyyəti (təxminən 900.000 nəfər) Estoniya sakinləridir.

Estoniya dili səslərin üç dərəcə uzunluğu ilə (həm sait, həm samit) diqqət çəkir: qısa, uzun və ən uzun. Uzunluqdan asıllı olaraq sözlər fərqli mənalar verir.

Dilin kodu — et və ya est (ISO 639-a uyğun olaraq).

Estlər xalqının adına ilk dəfə Tasitin (98-ci il) əsərlərində rast gəlinir, lakin, göründüyü kimi, bu etnonim Baltik tayfalarından birinə aiddir, çünki Tasitin təsvir etdiyi xalq Baltik dənizinin Visladan şərqdə olan sahilində məskunlaşmışdır, orada isə Baltika-Fin xalqları heç vaxt yaşamamışdılar. Bu ad, Şərqi Baltikyanı fəth etdikdən sonra almanlar və danimarkalılar tərəfindən estonlara verildi.[2][3] Estonlar özlərini maarahvas "torpaq xalqı", dillərinə isə maakeel "torpaq dili" deyirdilər. Eestlasedeesti keel adları yalnız 19-cu əsrin ikinci yarısından sonra yayılmağa başlandı.[4]

Linqvocoğrafiya

[redaktə | vikimətni redaktə et]

Eston dili bir-birindən əhəmiyyətli dərəcdə fərqlənən iki ləhcəyə bölünür:

1. Orta eston dialektləri
orta
qərb
ada
şərq
2. Şimal-şərq dialektləri
sahil
alutaquz
mulkski (mulgiskii )
tartu
vıro

Çox vaxt ayrı dil hesab edilən cənub eston ləhcəsinin əsasını qədim müstəqil Baltika-Fin dili təşkil edir. Setu şivəsi bir çox hallarda cənub eston ləhcəsinin ayrı dialekti hesab edilir, lakin Karl Payusal, Ellen Niyt və Tiyta Xennosteyə görə, setu şivəsi vıro dialektinin budağıdır.

Eston əlifbası

A a B b C c D d E e F f G g H h
I i J j K k L l M m N n O o P p
Q q R r S s Š š Z z Ž ž T t U u
V v W w Õ õ Ä ä Ö ö Ü ü X x Y y

C, Q, W, X, Y hərfləri yalnız xarici adların yazılması üçün istifadə olunur. F, Š, ZŽ hərflərinə yalnız digər dillərdən alınma sözlərdə rast gəlmək olur.

  1. http://www.ethnologue.org/show_language.asp?code=est Arxivləşdirilib 2012-06-14 at the Wayback Machine Эстонский язык на сайте Ethnologue.org
  2. Дини П. Балтийские языки. М.: ОГИ. 2002. 56–60. ISBN 5-94282-046-5.
  3. Напольских В. В. Введение в историческую уралистику. Ижевск: УИИЯЛ УрО РАН. 1997. 22. ISBN 5-7691-0671-9.
  4. Эстонский язык // Языки мира. Уральские языки. М.: Наука. 1993. 115. ISBN 5-02-011069-8.