Erkək ayıdöşəyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Erkək ayıdöşəyi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Erkək ayıdöşəyi (lat. Dryopteris filix-mas) — bitkilər aləminin polypodiophyta şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin ayıdöşəyikimilər fəsiləsinin ayıdöşəyi cinsinə aid bitki növü.

Botaniki təsviri

[redaktə | vikimətni redaktə et]

Hündürlüyü 20-100(140) sm olan çoxillik bitkidir. Qısa, yoğun kökümsovu köhnə saplaqların qalıqları ilə əhatə olunmuşdur. Uzunluğu 100 sm qədər olan uzunsov elliptik formalı yarpaqları ikiqat lələkvaridir, yarpaq ayası saplağından uzundur. Sporları oval tumurcuqvari, pipikcikli və ziyilciklidir.

Çoxillik sporlu bitkidir. Kök üstündə olan iri yarpaqlarının uzunluğu 1-2 m-ə çatır. Yerüstü gövdəsi yoxdur. Kökümsovu möhkəm, çəpinə qalxan və ya üfiqi, saplaqlı köhnə (keçən ilki) yarpaqlara malikdir. Kökləri incə, zərif, azbudaqlanan, sərt, qonurumtul seyrək kökümsovdan ibarətdir. Yarpaqlarının saplaqları sıx, qatı, kəsif olub, kürəni-qonur pulcuqlardan ibarətdir. Yarpaq lövhəcikləri tünd-yaşıl, ikilələkli-bölünmüş, ellipsşəkilli-uzunsov, itiuclu, birinci cərgədə qarşı-qarşıya olmayan, xətti-neştərşəkilli, ikinci cərgədə, kənarları dişcikli kəsilmiş kənarlara malikdir. Sporangiləri (sorus) ikinci cərgənin aşağı yarpaqları bərabərliyində çıxır. Zəif iyli, şirin-büzücü-dadlı, azacıq xoşagəlməz qıcıqlandırıcıdır.

Kökümovları sentyabr-oktyabr aylarında, vegetasiyası isə aprel-may aylarında yarpaq və kökləri iti bışaqla kəsilərək götürülür. Yeni pöhrələri 20 ildən sonra toplanıla bilər. Xammal toplandıqdan sonra qurudulur və ya 40оС temperaturda quruducu şkafda aparılmalıdır. Quru, sərin və havası tez-tez dəyişilən yerlərdə saxlanılmalıdır. Saxlanılma müddəti 2 ildir.

Tərkibi və təsiri

[redaktə | vikimətni redaktə et]

Kökümsovun tərkibində floroqlyusin törəmələri (filiksol turşusu, aspidinol, albaspidin, flavospidin turşusu), 7-8% aşı maddələri, nişasta, saxaroza və piyli yağlar vardır. Antihelmint, böyrək və sidikyolu xəstəliklərindəistifadə edilir. Tərkibindəki filiksan lentşəkilli qurdların qovulmasında iştirak edir. Kökümsovundan alınan ektraktdan antihelmint kimi müvəffəqiyyətlə tətbiq edilir. Bitkinin bəzən artıq qəbul edilməsi təngnəfəslik, qusma, ishal, baş ağrısı, ürək-damar narahatlığı və tənəffüs çətinliyi yaradır.

Mənşəyi və yayılması

[redaktə | vikimətni redaktə et]

Ərkək ayıdöşəyi boreal coğrafi tipinin qolarktik sinfinin qolarktik-meşə qrupuna aiddir. Avropa, Aralıq dənizi ətrafı ölkələr, Şimali Amerika, Rusiya, Ukrayna, Moldova və Qafqazda yayılmışdır. Azərbaycanda - Böyük və Kiçik Qafqazın meşə və yuxarı dağlıq hissəsi, Naxçıvan və Lənkəranın dağlıq sahələrində, habelə Lənkəran ovalığında arandan yuxarı dağ qurşağına kimi (dəniz səviyyəsindən 2300 m qədər) bitir.

Ekoloji qrup və bitdiyi yerlər

[redaktə | vikimətni redaktə et]

Mezofitdir, meşə və meşə-kol bitkilik tiplərində rast gəlir. Meşələrdə (əsasən fıstıq meşələrində), kolluqlarda, qaya çatlarında, nəmli, kölgəli yerlərdə bitir. Çox vaxt meşələrdə cəngəlliklər əmələ gətirir.

Kimyəvi tərkibi

[redaktə | vikimətni redaktə et]

Flavonoid, saponin, efir və piyli yağlar, eləcə də aşı və acı maddələrlə zəngindir.

Təsiri və tətbiqi

[redaktə | vikimətni redaktə et]

Farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi və xalq təbabətində, homeopatiyada, eksperimental tədqiqatlarda, eləcə də baytarlıqda geniş tətbiq edilir, Çin, Hind və Azərbaycanın orta əsirlər təbabətində istifadə olunmuşdur. Əsasən antihelmint (qurdqovucu), büzüşdürücü, ağrıkəsici, yarasağaldıcı, ümumi möhkəmləndirici, bakteriostatik, fungisid, protistosid təsirə malikdir. Əsəb, ağ ciyər, mədə və onikibarmaq bağırsağın xorası, sidik kisəsi, revmatizm və qadın xəstəliklərində, iflic, babasil, irinli yara və xoralarda istifadə olunur.

Əks təsirləri

[redaktə | vikimətni redaktə et]

Zəhərli bitki olduğuna görə ehtiyatla və həkim nəzarəti altında istifadə olunmalıdır.

İstifadə olunan hissələri

[redaktə | vikimətni redaktə et]

Müalıcə məqsədi ilə bitkinin yarpaqları, kökümsovları və sporları istifadə edilir.

İstifadə formaları

[redaktə | vikimətni redaktə et]

Dəmləmə, cövhər və ekstraktlar.

Digər faydalı xüsusiyyətləri və istifadəsi

[redaktə | vikimətni redaktə et]

Dekorativ bitkidir.