Eritrazma
Eritrazma (yun. erythrάinö – qızarmaq) – korinebakteriyalar (Corynebakterium minutissimum) tərəfindən törədilən dəri xəstəliyi. Ən çox yaşlı kişilər xəstələnirlər. Qasıq-xayalıq, nadir hallarda sağrılararası büküşlərdə, qoltuqaltı çuxurda, barmaqlarası büküşlərdə, süd vəzisialtı nahiyələrdə epidermisin ancaq buynuz qatının zədələnməsi xarakterikdir.
Əlamətləri
[redaktə | mənbəni redaktə et]Səthdə çəhrayı-qəhvəyi rəngli kəskin sərhədlənmiş, qabıq verən ləkələr. Ləkələrin ölçüsü güclə sezilən nöqtədən bir neçə sm-ә qədər ola bilər.
Müalicəsi
[redaktə | mənbəni redaktə et]Zədələnmiş ocağa gündə 2 dəfə eritromisin məlhəmi sürtmək, digər infeksiya qoşulduqda, həmin nahiyəni yodun 2%-li spirtli tinkturası və ya 5%-li salisil spirti ilə silmək.
Profilaktikası
[redaktə | mənbəni redaktə et]Dəriyə gündəlik gigiyenik qulluq, vanna və duş qəbulundan sonra büküşlərin diqqətlə qurulanması.
İstinadlar
[redaktə | mənbəni redaktə et] Tibb ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |