Erilik Eristiin
Erilik Eristiin | |
---|---|
Semyon Stepanoviç Yakovlev | |
Təxəllüsü | Erilik Eristiin[1] |
Doğum tarixi | |
Doğum yeri | Çakır kəndi, Çurapçı ulusu, Saxa Respublikası |
Vəfat tarixi | (50 yaşında) |
Vəfat yeri | Tolon kəndi, Çurapçı ulusu, Saxa Respublikası |
Vətəndaşlığı |
SSRİ Rusiya |
Milliyyəti | saxa türkü |
Fəaliyyəti | yazıçı, şair |
Əsərlərinin dili | Saxa dili |
İstiqamət | Sosialist realizmi |
Janrlar | şeir, poema, povest, roman |
Erilik Eristiin (rus. Эрилик Эристиин / Semyon Stepanoviç Yakovlev 12 (24) yanvar 1892 – 6 oktyabr 1942) — Saxa şairi və yazıçısı, Vətəndaş müharibəsi illərində qırmızı partizan, SSRİ Yazıçılar İttifaqının üzvü (1938).
Sadə xalq onu Nikolay Ostrovskinin "Polad necə bərkidi" əsərinin qəhrəmanı Pavel Korçaqinin şərəfinə "Yakut Korçakini" adlandırırdı.[2]
Həyatı
[redaktə | mənbəni redaktə et]Erilik Erisstiin 1892-ci ildə Çurapçı ulusunun Çakır kəndində kəndli ailəsində anadan olmuşdur. Uşaqlıqda müstəqil şəkildə Saxa və rus dillərini mənimsəmişdir. Vətəndaş müharibəsi illərində, ağqvardiyaçılar onun anasını, qardaşını və digər qohumlarını öldürmüşlər.[3]
Belə ki, 1922-ci ilin yanvarında onun 28 yaşlı qardaşı həlak olmuşdur. Elə həmin ilin iyul ayında anası Yelena İqnatiyevna və altı qohumu qanlı qırğının qurbanı olmuşlar. Kiçik qardaşı 1925-ci ildə vəfat etmişdir. Sonralar Erilik Eristiin üç oğlunun ölüm faciəsini yaşamışdır.[2]
Vətəndaş müharibəsindən sonra Yakutsk Mətbəəsində (Yakutsk) Xalq Daxili İşlər Komissarlığının səlahiyyətli nümayəndəsi kimi tipoqraf işləmiş, Yakutsk ASSR Amma ulusu icraiyyə komitəsinin səhiyyə və xalq təhsili şöbəsinin müdiri olmuşdur.[3]
Xalq arasında "Yakut Korçakini" adı ilə məşhur olmuşdur.
Erilik Eristiin 6 oktyabr 1942-ci ildə Çurapçinsk ulusunun Tolon kəndində vəfat etmişdir.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Yazıçının ilk əsərləri 1923-cü ildə nəşr olunmuşdur və 1928-ci ildə "Gözlənilməz sevinc" (Соһуччу үөрүү) adlı ilk povesti "Çolbon" jurnalında yayınlanmışdır. Erilik Eristiin bu poevstdə inqilabdan əvvəlki Saxa ulusunun ağır həyatını, yetim uşaqların aclığını, siyasi sürgünlərin təsiri altında olan ziyalıların zehnində gedən siyasi təlatümləri əks etdirmişdir.
Yaradıcılığının ən parlaq dövründə (1931–1942) bir sıra böyük nəsr əsərləri yaranmışdır. Belə ki, inqilabçı bolşeviklərin həyatını əks etdirən "Bolşevik Tixon" ("Бассабыык Тиихээн", 1934) və "Yetim İvançik" ("Тулаайах Уйбаанчык", 1935) poemaları bu dövrün məhsuludur.[4][5] 1930-cu illərdə Qazaxıstan Respublikasının Çimkənd şəhərinə bir illik yaradıcılıq ezamiyyətinin nəticəsində "İnqilabın oğulları" ("Революция уолаттара", 1936) povesti yaranmışdır. Bu əsərdə qazax xalqının inqilab dövründəki tarixi işıqlandırılmışdır.[6].
1937-ci ildəki "Həyəcan" (Аймалҕан) povesti Buryatiya xalqının olan həyat materialları əsasında yazılmışdır. "İradənin icrası" ("Кэриэс туолуута", 1939) povesti Saxa kəndlisinin sosial düşüncəsini əks etdirir.[3]
Yazıçı 1938-ci ildə, ədəbi yaradıcılığın zirvəsində aldığı kontuziya nəticəsində gözlərini itirmişdir.[2] 1942-ci ildə Erilik Eristiin Yakutiyadakı vətəndaş müharibəsi hadisələrindən bəhs edən bir neçə dəfə rus və yakut dillərində nəşr olunan "Marıkçan gəncləri"("Маарыкчаан ыччаттара") adlı bir roman yazmışdır.[4][5]
Kitabları
[redaktə | mənbəni redaktə et]Ana dilində
- Суорума соруктаммыт: Пьеса. — Дьокуускай: Кинигэ кыһата, 1931. — 28 с.
- Бассабыык Тиниггабич. — Кинигэ кыһата, 1934. — 23 с.
- Уйбаан Дууһа: Кэпсээн. — Дьокуускай: Кинигэ кыһата, 1934. — 23 с.
- Тулаайах Уйбаанчык: Поэма. — Дьокуускай: Кинигэ кыһата, 1935. — 41 с.
- Революция уолаттара: Сэһэн. — Дьокуускай: Кинигэ кыһата, 1936. — 66 с.
- Аймалҕан: Сэһэн. — Дьокуускай: Кинигэ кыһата, 1937. — 88 с.
- Кэриэс туолуута: Сэһэн. — Дьокуускай: Кинигэ кыһата, 1939. — 88 с.
- Маарыкчаан ыччаттара: Роман. — Дьокуускай: Кинигэ кыһата, 1942. — 206 с.
- Талыллыбыт айымньылар. — Дьокуускай: Кинигэ кыһата, 1948. — 352 с.
- Талыллыбыт айымньылар. — Дьокуускай: Кинигэ кыһата, 1954. — 544 с.
- Кэпсээннэр уонна пьесалар. — Дьокуускай: Кинигэ кыһата, 1963. — 190 с.
- Айымньылар: 2 томнаах. — Дьокуускай: Кинигэ кыһата, 1969. — Т. 1–596 с. — Т.2–520 с.
- Революция уолаттара: Сэһэн, роман. – Дьокуускай: Кинигэ кыһата, 1979. — 360 с.
- Маарыкчаан ыччаттара. Кэриэс туолуута. Кэпсээннэр. – Дьокуускай: Кинигэ кыһата, 1983. — 584 с.
- Буура Дохсун: Олоҥхо. — Дьокуускай: Бичик, 1993. – 416 с.
Rus dilində
- Яковлев, С. С. Исполненное завещание: повести, роман. Якутск: Бичик. 2011.
- Яковлев, С. С. Рассказы. Якутск: Бичик. 2012.
Xatirəsi
[redaktə | mənbəni redaktə et]Saxa Yazılar Birliyi Erilik Erisstiinin adına ədəbi mükafat təsis etmişdir. Onun doğilduğu Çakır kəndində ev-muzeyi fəaliyyət göstərir.[4][5]
2007-ci ildən Çakır kənd orta məktəbi onun adını daşıyır.[7]
2017-ci ildə Çurapçı ulusunda ədibin 125 illiyi qeyd edilmişdir. Ona yaxın gələcəkdə heykəl qoyulması da planlaşdırılır.[8].
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Эрилик Эристиин (Семён Степанович Яковлев) // Элоквенция — Яя. — М. : Советская энциклопедия, 1957. — С. 155. — (Большая советская энциклопедия : [в 51 т.] / гл. ред. Б. А. Введенский ; 1949–1958, т. 49).
- Боескоров Г. К. Развитие жанров прозы в якутской советской литературе. Якутск. 1961.
- Сыромятников Г. С. Становление социалистического реализма в якутской прозе. Якутск. 1967.
- Прокопьев Ю. Н. От рассказа к роману. Якутск. 1968.
- Тобуроков Н. Н. Эрилик Эристиин. Якутскай. 1963.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Максимова И. Л., Винокурова А. П. Псевдонимы якутских писателей // Юный ученый (rus) (1.1). 2017. С. 67—68.
- ↑ 1 2 3 Владислав Доллонов, redaktor"«Черная дыра» в журнале «Полярная звезда»". SakhaNews. www.1sn.ru. 22.01.2012. 2019-08-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-19.
- ↑ 1 2 3 Н. Н. Тобуроков. Эрилик Эристиин. 8 (Советская энциклопедия 1962-1978). М.: Краткая литературная энциклопедия. 1975.
- ↑ 1 2 3 Пресс-служба Ил Тумэна. "В Якутске отметят 120-летие со дня рождения Эрилика Эристиина". Государственное Собрание (Ил Тумэн) Республики Саха (Якутия). Якутск. 23 января 2012. 2019-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-01.
- ↑ 1 2 3 "Яковлев Семён Степанович – Эрилик Эристиин". Якутский государственный литературный музей имени П. А. Ойунского. 2015-07-09. 2019-08-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-19.
- ↑ Eruselet. "В Казахстане открылась выставка якутской литературы". BookMix.ru. 09.07.2014. 2014-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-01.
- ↑ Указ Президента РС(Я) от 01.06.2007 № 338 «О присвоении имени С. С. Яковлева — Эрилик Эристина муниципальному общеобразовательному учреждению „Чакырская средняя общеобразовательная школа" муниципального образования „Чурапчинский улус (район) Республики Саха (Якутия)" // 102. № 102 (05). — 2007. iyun.
- ↑ "День Минсельхоза в Чурапчинском районе - YKTIMES.RU". www.yktimes.ru. 2022-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-19.