Ensizyarpaq göyrüş

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ensizyarpaq göyrüş
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ensizyarpaq göyrüş (lat. Fraxinus angustifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

İlk dəfə Qafqazda təsvir edilmişdir. Təbii halda Krım, Balkan, Kiçik Asiya və İranda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Alçaqboylu ağac və ya koldur. Tumurcuqları xırda, qonurdur. Cavan zoğları yaşılımtıl və ya sarımtıldır. Yarpaqları təklələkvari, hər yarpaq oxunda 3-11 ədəd yarpaqcığı olur. Yarpaqcıqları uzunsov-neştərvari, qaidə hissəsi dəyirmi və ya azacıq pazvari, ucu sivri, kənarları mişardişili, üstdən yaşıl, çılpaq, altdan isə açıq-yaşıl və damarları boyunca seyrək tükcüklüdür.

Çiçəkləri süpürgə çiçək qrupunda yerləşir. Aprel-may aylarında çiçəkləyir, meyvəsi iyul-oktyabr aylarında yetişir.

Rütubətli, münbit torpaqlarda bitir. İstiyə, şaxtaya davamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqaz və Naxçıvanda aşağı və orta dağ qurşağı meşələrdə bitir.

Yaşıllaşdırmada və eroziyaya uğramış dağ yamaclarında, meşəsalmada istifadə olunur.