Emmanuil Filibert (Savoyya hersoqu)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Emmanuil Filibert
it. Emanuele Filiberto I di Savoia
Şəxsi məlumatlar
Doğum tarixi 8 iyul 1528
Doğum yeri
Vəfat tarixi 30 avqust 1580 (52 yaşında)
Vəfat yeri
Atası III Çarlz (Savoyya hersoqu)
Anası Portuqaliyalı Beatris (Savoyya hersoqinası)
Uşaqları
Hərbi xidmət
Rütbəsi general
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[1], hökumət[1], memarlıq[1]

Təltifləri Knight of the Order of the Golden Fleece Order of Saints Maurice and Lazarus Knight of the Garter
İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Emanuel Filibert (it. Emanuele Filiberto di Savoia) və ya Dəmirbaş (it. Testa di ferro) (8 iyul 1528, Şamberi, Savoy hersoqluğu30 avqust 1580, Turin, Savoy hersoqluğu) — Savoyya hersoqu. Atası Savoyya hersoqu III Çarlz, anası isə Portuqaliya kralı I Manuelin qızı Portuqaliyalı Beatrisdir. Anası Müqəddəs Roma imperatoru V Karlın həm baldızı, həm də xalası qızı idi. Bu səbəblə gənc yaşlarından etibarən V Karlın ordusunda Fransaya qarşı müharibədə xidmət etməyə başlamışdı. 1553-cü ildə atasının vəfatıyla Savoyya hersoqluğuna yüksəlsə də, bütün mülkləri fransızlar tərəfindən işğal edilmişdi və 1536-cı ildən bəri bütün ailəsi sürgündə yaşamaqda idi. Bu səbəblə torpaqlarını geri almaq ümidiylə Habsburqlara xidmət etməyə davam etdi. Üstəlik, 1555–1559-cu illərdə Habsburqların Hollandiyadakı hakimi olaraq fəaliyyət göstərmişdir. Bu vəzifədə ikən ispanların şimali Fransaya etdiyi hücumlara şəxsən rəhbərlik etdi. 1559-cu ildə tərəflər arasında bağlanan sülhlə bütün mülklərini geri aldı. Sülhün şərtlərinə əsasən, Fransa kralı II Henrinin bacısı Marqaritayla evləndirildi.

Dayısı olan I Henrinin vəfatının ardından Portuqaliya taxtı uğrunda taxt iddiasını irəli sürsə də, müttəfiqi II Filippin Portuqaliya ilə İspaniyanı birləşdirməsiylə bu iddiasından əl çəkdi. Hersoqluğun paytaxtını 1562-ci ildə Şamberidən Turinə köçürdü.

  • Leathes, Stanley; Prothero, G. W.; Ward, Sir Adolphus William, eds. (1964). Cambridge Modern History. Vol. 1. Cambridge University Press.
  • Vester, Matthew, ed. (2013). Sabaudian Studies: Political Culture, Dynasty, & Territory, 1400–1700. Truman State University Press.
  1. 1 2 3 Emanuel Filibert // Çex Milli Hakimiyyət Məlumat bazası.