Eliu Rut

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Eliu Rut
Eliu Rut
19 iyul,1905-ci il – 27 yanvar,1909-cu il
PrezidentTeodor Ruzvelt
ƏvvəlkiCon Hey
SonrakıRobert Bekon
ABŞ-nin 41-ci Hərbi naziri
1 avqust 1899-cu il – 31 yanvar 1904-cü il
ƏvvəlkiRassel Aleksandr Eldjer
SonrakıVilyam Taft
4 mart 1909-cu il – 3 mart 1915-ci il
ƏvvəlkiTomas Platt
SonrakıCeyms Valkott Vadsvors
Nyu-Yorkun Cənubi Bölgəsi üzrə Amerika Birləşmiş Ştatları vəkili
12 mart 1883-cü il – 6 iyul 1885-ci il
PrezidentÇester Artur
ƏvvəlkiStivort Vudfurd
SonrakıVilyam Dorşeymer
Şəxsi məlumatlar
Doğum tarixi 15 fevral 1845(1845-02-15)[1][2][…]
Vəfat tarixi 7 fevral 1937(1937-02-07)[1][2][…] (91 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, vəkil, diplomat, hüquqşünas
Elmi fəaliyyəti
Elm sahəsi hüquq[3], siyasət[3], diplomatiya[3]

Təltifləri Nobel mükafatı Nobel Sülh Mükafatı (1912)
Böyük Tac Ordeni (Belçika)
I Georg Kral Ordeni (Yunanıstan)
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eliu Rut (15 fevral 1845[1][2][…]7 fevral 1937[1][2][…], Nyu-York, Nyu-York ştatı) — Prezident Teodor Ruzveltin dövründə ABŞ-nin dövlət katibi, Ruzvelt və Prezident Vilyam Mak-Kinli dövründə Hərbi nazir vəzifələrində çalışmış Amerika vəkili və dövlət xadimi.

Vasinqtonda bir neçə yüksək səviyyəli hökumət vəzifələrini icra edib və Nyu-York şəhərində özəl sektorda hüquq təcrübəsi qazanıb. Bu səbəbdən bəzən XX əsrin siyasi "müdrik adamının" prototipi sayılır, bir sıra xarici və daxili məsələlərdə prezidentlərə məsləhət də verib. Ştatın qanunverici orqanı tərəfindən Nyu-Yorkdan ABŞ senatoru seçilərək, 1909–1915-ci illərdə bu vəzifəni icra edib. Rut 1912-ci ildə Nobel Sülh mükafatına layiq görülmüşdür.

Rut,Endrü Karnegi kimi güclü sahibkarda daxil olmaqla,böyük şirkətlərdən müştəriləri olan aparıcı vəkil idi. Rut,Karnegi Beynəlxalq Barış Vəqfinin, Vaşinqton Karnegi İnstitutu və Nyu-Yorkun Karnegi Korporasiyasının prezidenti və ya sədri vəzifəsində çalışıb. Vilyam Mak-KinliTeodor Ruzvelt dövründə Hərbi nazir olaraq Rut,xüsusilə FilippinlərKuba daxil olmaqla yeni müstəmləkə mülkləri üçün Amerika siyasətini hazırladı. Filippin qiyamını yatırmaqdakı rolu evindəki anti-imperialist fəalları qəzəbləndirdi. Rut,Tərəqqi dövrünün etik standartlarında göstərildiyi kimi texnologiya,mühəndislik və maraqsız ictimai xidməti vurğulayaraq,müstəmləkə idarəsinə atılqan yanaşmanı dəstəklədi. 1900-cü il tarixli Foraker aktının, Filippin aktının(1902) və 1901-ci ildə Platt Düzəlişinin hazırlanmasında Amerikanın gələcəkdə sabit hökuməti qorumaq üçün Kubaya müdaxiləsinə icazə verdi. Panama kanalı məsələsinin güclü müdafiəçisi idi və Çin ilə dünya ticarətini genişləndirmək üçün "Açıq qapı" doktrinasını müdafiə etdi.[4]

Rut,ordunu kiçik sərhəd zastavaları və sahil müdafiə bölmələrinin rəngarəng kolleksiyasından Avropanın ən yaxşıları ilə müqayisə edilə bilən müasir, peşəkar şəkildə təşkil edilmiş, hərbi maşına çevirən Hərbi Departamentin tarixindəki aparıcı modernizator idi. Milli Qvardiyanı effektli ehtiyat halına gətirdi,Hərbi doktrinanın mütərəqqi şəkildə öyrənilməsi üçün Hərbi Ordu kollecini yaratdı və ən vacib - ümumi heyəti qurdu. Teodor Ruzveltin dövründə dövlət katibi olaraq Rut,himayəni minimuma endirərək konsulluq xidmətini modernləşdirdi,Latın Amerikası ilə dostluq əlaqələrini inkişaf etdirdi və bacarıqsız işçilərin Qərb Sahilinə köçürülməsi ilə əlaqədar Yaponiya ilə qarşıdurmaları həll etdi. Amerika Birləşmiş Ştatları və digər imzalayanların mübahisələri həll etmək üçün arbitrajdan istifadə etməyi öhdəsinə götürən 24 ikitərəfli müqavilələri müzakirə etdi və bu da Daimi Beynəlxalq Ədalət Məhkəməsinin yaradılmasına səbəb oldu.[5][6]ABŞ Senatında,Rut,prezident Vilyam Hovard Taft üçün mühafizəkar Respublikaçıların dəstək şəbəkəsinin bir hissəsi idi. 1912-ci ildə Taftın yenidən namizəd olmasında Respublikaçı Milli Konqresində əsas rol oynadı. Prezident Vudro Vilson,1917-ci ildə çar hökumətini əvəzləyən yeni inqilabi hökumət ilə ittifaq qurmaq üçün uğursuz səy göstərərək onu Rusiyaya göndərdi.[7] Rut Vilsonun Millətlər İttifaqı fikrini dəstəklədi,lakin respublikaçı senator Henri Kabot Loc tərəfindən təklif edilən xəttlər boyunca təxsis etmələr haqqında şərtlərini verdi.

Erkən həyatı və təhsili

[redaktə | vikimətni redaktə et]

Elu Rut, Nyu-Yorkun Klinton şəhərində,ingilis əsilli Oren Rut və Nensi Vitni Battrikin ailəsində anadan olub.[8] Atası Hamilton Kollecinin riyaziyyat üzrə professoru idi. Qrenvil Stenli Holla bir sinif yoldaşı olan Eliu Villiston Seminariyası da daxil olmaqla yerli məktəblərdə oxuduqdan sonra,Hamilton kollecinə yazıldı. Siqma Fi cəmiyyətinə qatıldı və Fi Beta Kappa cəmiyyətinə (ing. Phi Beta Kappa Society) seçildi.[9] Məzun olduqdan sonra Rut Villiston Seminariyasında iki il bədən tərbiyəsi müəllimi kimi çalışdı və Roma (Nyu-York) Fri Akademiyasında bir il dərs keçdi.

Valideynlərinin Presviterian Kilsə hökuməti naziri olması üçün təşviq göstərmələrinə baxmayaraq, Rut,1867-ci ildə məzun olduğu Nyu-York Universiteti nəzdindəki,Nyu-York Hüquq məktəbində [10] oxumaq üçün Nyu-York şəhərinə getdi. Qardaşı kiçik Oren Rut sonra nazir oldu və Hamiltonda riyaziyyat elmləri professoru olaraq atalarının yolunu davam etdirdi.[11]

Hüquq karyerası

[redaktə | vikimətni redaktə et]

Nyu-Yorkdakı vəkillik bürosuna qəbul edildikdən sonra,Rut vəkil olaraq xüsusi praktika keçdi. Rut əsasən korporativ hüquqlara diqqət yetirərkən, Vilyam "Boss" Tvidin korrupsiya məhkəməsi zamanı kiçik müdafiəçisi idi. Rutun görkəmli və varlı,xüsusi müştəriləri arasında Cey Quld,Çester Alen Artur, Çarls Anderson Dana,Vilyam Kollins Vitni,Tomas Rayn və Eduard Henri Herrimen var idi. Artura Ceyms Abram Qarfildin öldüyü və Arturun prezidentliyə müvəffəq olması xəbəri verildikdə, Rut dostları arasında idi.[12] 12 mart 1883 - 6 iyul 1885-ci illər arasında Nyu-Yorkun Cənubi Bölgəsi üzrə Amerika Birləşmiş Ştatları vəkili olaraq çalışdı.[13]

Uiyam M.Tvidin müdafiəsi

[redaktə | vikimətni redaktə et]

Rut Vilyam M. “Boss” Tvidin 1873-cü ilin yanvarında Tvidin ilk məhkəmə prosesi zamanı onu müdafiə edən müdafiə vəkillərindən biri idi. Müdafiə vəkilləri arasında Con Qraham və II Deyvid Dadli Fielddə var idi. Bu ilk məhkəmə prosesi münsiflər heyətinin bir qərara gəlməməsindən ötrü sonlandırıldı. İkinci məhkəmə prosesi 1873-cü ilin noyabrında başladı və bu dəfə Tvid hakim Noa Deyvisdən on iki il həbs cəzası və 12.750 dollar cərimə hökmünü aldı.[14]

Sonrakı hüquq karyerası

[redaktə | vikimətni redaktə et]

19 yanvar 1898-ci ildə yeni qurulmuş North American Trust Company nin seçkilərində,icra komitəsinin seçilmiş üzvlərinə Rut da daxil idi.[15]

ABŞ vəkili və hərbi katibi

[redaktə | vikimətni redaktə et]
1904-cü il Respublikaçıların Milli Konqresinin açılış nitqini söyləyən Rutu izdiham izləyir.

Rut ilk siyasi təyinatına Prezident Çester Artur tərəfindən,Nyu-Yorkun Cənubi bölgəsinə ABŞ vəkili olaraq təyin edilməsi ilə başladı.

Prezidentlər Vilyam Mak-KinliTeodor Ruzvelt dövründə Rut 1899–1904-cü illərdə Birləşmiş Ştatların Hərbi katibi vəzifəsində çalışıb. O,Hərbi Departamenti yenidən təşkil etdi. O,Vest Poyntı böyütdü və Baş qərargahın yanında ABŞ Ordusu Hərbi Kollecini qurdu. Təqdimat prosedurlarını dəyişdirdi və xidmətin xüsusi qolları üçün məktəblər təşkil etdi. O,həmçinin,zabitləri heyətdən sıraya çevirmə prinsipini də düşündü. Rut,İspan-ABŞ müharibəsindən sonra əldə edilən yeni ərazilərdən narahat idi. Kubanın kubalılara verilməsi prosedurlarını işləyib hazırladı,Filippinlər üçün hökumət nizamnaməsini təmin etdi və Puerto-Rikodan ABŞ-yə idxal olunan malların üzərinə qoyulan tarifləri ləğv etdi. Anti-İmperialist liqa Filippinlərdəki Amerikan polisinə hücum etdikdə,Rut polisi müdafiə etdi və üsyanı uzatdıqlarını söyləyərək tənqidçilərə qarşı hücuma keçdi.[16] 1902-ci ilin yazında Rut Fransa və Almaniya da daxil olmaqla Avropaya səfər etdi.[17] Rut 1904-cü ildə kabinetdən ayrıldı və vəkil olaraq fəaliyyətini davam etdirdi.

Dövlət katibi

[redaktə | vikimətni redaktə et]
Rut 1904-cü ildə Vilyam Hovard Taft ilə.

1905-ci ildə prezident Ruzvelt, Con Heyin ölümündən sonra Rutu ABŞ dövlət katibi təyin etdi. Katib olaraq Rut konsulluq xidmətini dövlət qulluğuna verdi. Uzaq Şərqdə "Açıq qapı" doktrinasını qorudu.

1906-cı ildə Latın Amerikasına olan səfərində olan Rut buradakı hökumətləri Haaqa Sülh Konfransında iştirak etməyə razı saldı. ABŞ-yə Yaponiyadan olan mühacirəti məhdudlaşdırmağa və Çinlə işgüzar münasibətləri inkişaf etdirməyə çalışdı. Sakit okeanda Yapon və Amerikan dəniz istehkamlarını məhdudlaşdıran Rut-Takahira sazişini imzaladı. ABŞ və Kanada arasında Alyaska sərhəd mübahisəsi və Şimali Atlantika balıqçılığında rəqabət mövzusu ilə bağlı məsələləri arbitrajda Böyük Britaniya ilə işlədi. Beynəlxalq mübahisələrin həllində arbitrajı dəstəklədi.

1909-cu ilin yanvarında Rut ABŞ qanunverici orqanı tərəfindən seçildi. 4 mart 1909 - 3 mart 1915-ci illər arasında Nyu-Yorkdan ABŞ senatoru vəzifəsini icra etdi. Senatın Məhkəmə Komitəsinin üzvü idi. 1914-cü ildə isə təkrar seçilmək istəmədiyini bildirdi.

Senat olduğu dövr və sonrasın da,1910-1925-ci illərdə Rut,Karnegi Beynəlxalq Sülh vəqfinin prezidenti vəzifəsində çalışıb.

The New York Times tərəfindən nəşr olunan 1910-cu ildəki yazıda,Rut,ABŞ Konstitusiyasına On altıncı dəyişiklik olaraq təsdiqlənən,təklif olunan gəlir vergisi düzəlişini dəstəklədi:

Dəyişikliyə əsasən hər hansı bir gəlir vergisinin çox böyük bir hissəsinin Nyu-York vətəndaşları tərəfindən ödəniləcəyi deyilir .....

Nyu-York vətəndaşlarının Nyu-York şəhərində verginin bu qədər böyük bir hissəsini ödəməsinin səbəbi,böyük resurslara və sənaye fəaliyyətinə malik böyük bir ölkənin baş maliyyə və ticarət mərkəzidir. Uzun illərdir ölkənin hər tərəfinin sərvətini inkişaf etdirməklə məşğul olan amerikalılar kapitallarını qorumaq və qiymətli kağızlarını bazara çıxarmaq və sursat almaq üçün Nyu-Yorka gedirlər. Başqa əyalətlərdə hər cür müəssisədə sərvət toplamış minlərlə insan,şəhər həyatını bəyəndikləri üçün və ya uzaq müəssisələrin maliyyə mərkəzlərində nümayəndəlik tələb edildiyi,yaşamaq üçün Nyu-Yorka getdilər. Nyu-Yorkun gəlirləri ümumiyyətlə ölkədə,digər yerlərdən əldə olunan gəlirlərdən daha çoxdur. Nyu-York xaricindən fabriklər,mədənlər və dəmir yollarından davamlı sərvət axını böyük şəhərə doğru gedirdi.[18]

Professor Alfred Mak-Ko,Rutun Amerika tarixindəki ilk "xarici siyasət qrossmeysteri" olduğunu və onun Amerikanın bir dünya gücünə çevrilməsində bütün digər şəxslərdən daha çox məsuliyyət daşıdığını hər zaman müdafiə etmişdir. Mak-Koya görə,Rut,Dövlət katibi və senator kimi vaxtını ABŞ-nin dünya işlərində ardıcıl iştirak etməsinə həsr etdi və Rut ABŞ və Böyük Britaniya arasında Xüsusi Əlaqələrin qurulmasına kömək etdi. Rut,intellektual elita müdaxiləçi xarici siyasəti dəstəklədi.[19]

Dünya müharibəsi

[redaktə | vikimətni redaktə et]
Eliu Rutun portreti

1912-ci ildə, arbitraj və əməkdaşlıq yolu ilə xalqları bir araya gətirməsinin nəticəsində,Rut Nobel Sülh mükafatını aldı.

Birinci Dünya müharibəsinin başlanğıcında Rut Prezident Vudro Vilsonun bitərəf siyasətinə qarşı çıxdı.Rut, ABŞ-ni müharibədə həqiqi iştiraka hazır vəziyyətə gətirmək üçün Hazırlıq Hərəkatını təbliğ etdi. Almaniya militarizminin dünya və ABŞ üçün pis nəticə verəcəyindən qorxduğu üçün Amerikanın ingilislər və fransızlar tərəfində müharibəyə girməsinin müdafiəçisi idi.

O,ABŞ müharibəyə girdikdən sonra Vilsonu dəstəklədi. 1916-cı ilin iyun ayında, Respublikaçılar partiyasından namizədliyini irəli sürə biləcəyini və prezidentliyin yükünü çəkə bilməyəcəyini söylədi.[20] Respublikaçı Milli Konqresdə,Rut ilk səsvermədə 103 səs çoxluğunu qazandı. Respublikaçılardan namizədlik, seçkiləri demokrat Vudro Vilsona itirən Çarls Evans Hyuza verildi.

1917-ci ilin iyununda,72 yaşlı Rut Çar hökumətini yenicə devirmiş Rusiyaya getdi. Amerikanın yeni inqilabi hökumət ilə əməkdaşlığını təşkil etmək üçün,prezident Vilson tərəfindən göndərilən komissiyaya Rut rəhbərlik etdi. Rut bir aya yaxın Petroqradda qaldı və gördüklərindən bir o qədər də təsirlənmədi. Amerikanın yeni rejimə maliyyə yardımı yalnız rusların Müttəfiq tərəfdə döyüşəcəyi təqdirdə mümkün idi. Ruslar, "səmimi, xeyirxah, yaxşı insanlardır, amma qarışıq və gözüaçıqdırlar" dedi. Müvəqqəti hökümətin fəaliyyətinin xülasəssini belə verdi: "Döyüş yoxdur, borc yoxdur." [21] Bu, Müvəqqəti hökumətin 1917-ci ilin iyulunda Avstriya qüvvələrinə qarşı Rusiya qüvvələrinin məğlubiyyətə uğraması və geri çəkilməsi ilə nəticələnən hücumlara başlamasına səbəb oldu. Nəticədə Müvəqqəti hökumətin populyarlığının kəskin azalması bolşevik partiyası üçün qapı açdı.[22]

Rut,1918-ci ildə Nyu-Yorkda yaradılan Xarici Əlaqələr Şurasının qurucu sədri idi.

Sonrakı karyerası

[redaktə | vikimətni redaktə et]

1919-cu ildə Amerikanın Millətlər İttifaqına üzvlüyü uğrunda Senatda apardığı mübarizədə, Rut,ABŞ hökumətinin müharibəyə gedib-getməyəcəyinə qərar verməsinə imkan verən müəyyən şərtlərlə Locun üzvlük təklifini dəstəklədi. ABŞ Millətlər İttifaqına heç vaxt qoşulmadı,ancaq Rut Millətlər İttifaqını dəstəklədi və Daimi Beynəlxalq Ədalət Məhkəməsini yaradan hüquqşünaslar komissiyasında xidmət göstərdi. 1922-ci ildə Rut 77 yaşında olarkən prezident Uorren Hardinq onu dövlət katibi Çarls Evans Hyuqsın başçılıq etdiyi Amerika komandasının nümayəndəsi təyin etdi. Vaşinqton konfransına (Silahların məhdudlaşdırılmasına dair Beynəlxalq konfrans) qatıldı.[23]

Rutun Vaçinqtondakı evi

Rut,Endrü Karnegi ilə beynəlxalq barışıq və elmin inkişafı üçün proqramlarda da çalışaraq,Karnegi Beynəlxalq Sülh vəqfinin ilk prezidenti oldu. Rut 1923-cü ildə Amerika Hüquq İnstitutunun qurucuları arasında yer aldı və Hollandiyada Haaqa Beynəlxalq Hüquq Akademiyasının yaradılmasına köməklik göstərdi. Rut, ABŞ-nin beynəlxalq münasibətlər üzrə ən qədim jurnalı olan World Affairs-i nəşr edən Amerika Sülh Cəmiyyətinin vitse-prezidenti vəzifəsində çalışıb.

Nobel sülh mükafatı ilə yanaşı,Rut Böyük Tac ordeninə (Belçika) və I Georg Kral ordeninə (Yunanıstan) layiq görülmüşdür. Rut Mak-Kinli kabinetinin sağ qalan sonuncu üzvü idi.

Şəxsi həyatı

[redaktə | vikimətni redaktə et]

1878-ci ildə 33 yaşındakı Rut,Klara Franses Uels (1928-ci ildə vəfat etdi) ilə evləndi. O, Scientific American-ın idarəedici redaktoru Selm Uelsın qızı idi. Onların üç uşağı oldu: İdes ( III Simpson Qrant ilə evləndi), Elhu (vəkil oldu) və Eduard Uels Rut (Hamilton Kollecində İncəsənət professoru oldu).

Rut,Nyu-Yorkun Union League Club-un üzvü idi və 1898–99 və 1915–16-ci illər arasında iki dəfə klubun prezident vəzifəsini icra etdi. 1904-1905-ci illərdə Nyu-York Barolar Birliyinin prezidenti vəzifəsini də icra etmişdir.

Ölümü və irsi

[redaktə | vikimətni redaktə et]
Eliu Rut Qızıl medalı

Rut 1937-ci ildə Nyu-Yorkda,ailəsinin yanında vəfat etdi. Oğlu Eliu Rut Hamilton Kollecini bitirdi və Hamilton Kollecinin prezidenti olan M.Vulsi Straykerin qızı Alida Straykerin vəkili və həyat yoldaşı oldu.[24] Qızı İdet III Simpson Qrant ilə ailə qurdu. Rut,həyat yoldaşı Klara ilə birlikdə (1928-ci ildə vəfat etmişdir) Hamilton Kolleci qəbiristanlığında dəfn olunmuşdur.

İkinci Dünya müharibəsi zamanı transport tipli Liberti gəmisi SS Eliu Rut,Florida ştatının Panama şəhərində inşa edildi və onun şərəfinə adlandırıldı.[25]

Rutun 1893-cü ildə satın aldığı Klintondakı evi,Eliu Rut Evi olaraq bilinir və 1972-ci ildə Milli Tarixi bina elan edildi. ABŞ-nin Nyu-York Millsdəki Ehtiyat Bazası,onun adını daşıyır.

Elihu Rut Qızıl medalı, Milli Trofi Tüfəng Komandası yarışında ən çox bal toplayan altı mülki rəqibə verilir. Ən çox qol vuran mülki komandanın kapitanı və məşqçisi komandanın məşqçisi və kapitanı olaraq seçilir. Səkkiz üzvün hamısı Eliu Rut qızıl medalını alır.

  1. 1 2 3 4 Elihu Root // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Elihu Root // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 3 Çex Milli Hakimiyyət Məlumat bazası.
  4. Robert Muccigrosso, ed., Research Guide to American Historical Biography (1988) 3:1329–33
  5. Cross, Graham. The Diplomatic Education of Franklin D. Roosevelt, 1882-1933. New York, NY: Palgrave Macmillan. 2012. səh. 71. ISBN 978-1-137-01453-5. 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-16.
  6. Muccigrosso, ed., Research Guide to American Historical Biography (1988) 3:1330
  7. "Tells How Allies Failed in Russia: Col. Robins Says Boastful American Propaganda Led Russian Army to Quit; Root Mission Knifed Here" (PDF). New York Times. March 7, 1919. səh. 18. February 26, 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: December 16, 2020.
  8. The National Cyclopaedia of American Biography: Being the History of the United States as Illustrated in the Lives of the Founders, Builders, and Defenders of the Republic, and of the Men and Women who are Doing the Work and Moulding the Thought of the Present Time, Volume 11 page 15
  9. History of the Society Arxiv surəti 9 iyul 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2009-07-09 at the Wayback Machine, Rutgers.edu, accessed Oct 9, 2009,
  10. O'Neill, Johnathan. "Constitutional Conservatives in the Progressive Era: Elihu Root, William Howard Taft, and Henry Cabot Lodge, Sr". The Heritage Foundation. February 15, 2013. October 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 20, 2020.
  11. "History of Montgomery Classis, R.C.A." threerivershms.com. 2021-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-20.
  12. "Chester A. Arthur, Theta '48, Second to take Oath in New York as President". The Diamond of Psi Upsilon. Chicago, IL: Psi Upsilon Fraternity. January 1, 1930. səh. 106. June 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 20, 2020.
  13. Hartford, William J. "Hon Elihu Root, Secretary of War". The Successful American. New York, NY: Press Biographical Company. January 1, 1900. səh. 26. June 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 20, 2020.
  14. Allen, Oliver E. The Tiger: The Rise and Fall of Tammany Hall. Addison-Wesley Publishing Company. 1993. 138–139. ISBN 0-201-62463-X.
  15. "A Place for Colonel Trenholm; Head of North American Trust Company -- W.S. Johnston Succeeds Him in American Surety". The New York Times. New York City, United States. January 20, 1898. December 1, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 16, 2017.
  16. James R. Arnold. The Moro War: How America Battled a Muslim Insurgency in the Philippine Jungle, 1902–1913. Bloomsbury Publishing. 2011. 171–72. ISBN 9781608193653. 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-18.
  17. (36835). 1 August 1902.
  18. Times, Special to The New York. "ROOT FOR ADOPTION OF TAX AMENDMENT; No Danger to State Bonds in Income Provision, He Argues, Answering Hughes. LETTER READ IN ALBANY State and Municipal Issues, He Says, Are Protected by the General Principles of the Federal Constitution". March 1, 1910. June 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 22, 2020 – NYTimes.com vasitəsilə.
  19. McCoy, Alfred. "Barack Obama Is a Foreign Policy Grandmaster". The Nation. 15 September 2015. 18 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 November 2015.
  20. Stefan Lorant, The Glorious Burden (New York: Harper & Row, 1968), page 540.
  21. David Mayers. The Ambassadors and America's Soviet Policy. Oxford University Press. 1997. səh. 77. ISBN 9780195115765. 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
  22. Buultjens, Ralph. "Opinion | U.S. 'AID' TO THE BOLSHEVIKS". November 7, 1984. June 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 17, 2020 – NYTimes.com vasitəsilə.
  23. u-s-history.com Washington Naval Conference Arxivləşdirilib 2017-11-10 at the Wayback Machine – Retrieved 2011-12-18
  24. Exhibition by Elihu Root, Jr. at Hamilton College (https://www.hamilton.edu/gallery/exhibitions/history-of-exhibitions/elihu-root-jr-class-of-1903-lawyer-painter Arxiv surəti 22 iyun 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2011-06-22 at the Wayback Machine)
  25. Williams, Greg H. The Liberty Ships of World War II: A Record of the 2,710 Vessels and Their Builders, Operators and Namesakes, with a History of the Jeremiah O'Brien. McFarland. 25 July 2014. ISBN 978-1476617541. 14 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 December 2017.
Məqalələri
Kitabları
Dərc olunmuş müraciətləri
  • Ferraioli, GianPaolo. L'Italia e l'ascesa degli Stati Uniti al rango di potenza mondiale (1896-1909). Diplomazia, dibattito pubblico, emigrazione durante le amministrazioni di William McKinley e Theodore Roosevelt. Napoli, Italy: Edizioni Scientifiche Italiane. (2013)
  • Hewes, James E., Jr. From Root to McNamara: Army Organization and Administration, 1900–1963. (1975)
  • Jessup, Phillip C. Elihu Root. (1938) — The standard biography.
  • Leopold, Richard W. Elihu Root and the conservative tradition. --Elihu Root and the Conservative Tradition]. (1954)
  • Needham, Henry Beach. “Mr. Root and the State Department”. The World's Work: A History of Our Time, vol. 6 (November 1905), pp. 6835–6840.
  • Ten Eyck, Andrew. “Elihu Root: A Study Of The Man And His Ways”. The Outlook (New York), vol. 129 (October 19, 1921), pp. 429–430.
  • Zimmermann, Warren. First Great Triumph: How Five Americans Made Their Country a World Power (2004) excerpt and text search Arxivləşdirilib 2019-08-28 at the Wayback Machine
  • The National Cyclopædia of American Biography. (1939) Vol. XXVI. New York: James T. White & Co. pp. 1–5.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]