Elektromaqnit induksiyası
Solenoidin maqnit sahəsi |
Elektromaqnetizm |
---|
Elektromaqnit induksiyası — maqnit sahəsində hərəkət edərək öz konturundan keçən maqnit induksiya xətlərinin sayını dəyişdirən keçirici konturda elektrik cərəyanıdır. Elektormaqnit induksiyası 1831-ci ildə Maykl Faradey tərəfindən kəşf olunmuşdur. İnduksiya cərəyanının şiddəti konturla hüdudlanmış səthdən keçən maqnit selinin dəyişmə sürəti ilə mütənasibdir. Bu ifadənin tənliyi aşağıdakı kimidir: h'
Elektromaqnit induksiyası hadisəsi qapalı keçirici konturun əhatə etdiyi səthdən keçən maqnit selinin dəyişməsi zamanı konturda cərəyan yaranmasıdır.
Maqnit induksiya vektorunun modulu, konturun sahəsi və konturun normalı ilə induksiya vektoru arasında qalan bucağın kosinusu hasilinə maqnit induksiya seli deyilir. Maqnit seli skalyar kəmiyyət olub, mənfi və ya müsbət qiymət ala bilər.
Elm haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |