Ejen İonesko

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ejen İonesko
fr. Eugène Ionesco
rum. Eugen Ionescu
Doğum adı Eugen Dimitri Ionescu[6]
Doğum tarixi 26 noyabr 1909(1909-11-26)[1][2]
Vəfat tarixi 28 mart 1994(1994-03-28)[1][2] (85 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Monparnas qəbiristanlığı[d]
Uşağı 1
Təhsili
Fəaliyyəti dramaturq, şair, ədəbiyyat tənqidçisi, gündəlik yazıçısı[d], illüstrasiyaçı[d], qrafika ustası[d], kino aktyoru
Fəaliyyət illəri 1932–1994
Əsərlərinin dili fransız dili, Rumın dili, ingilis dili
İstiqamət Absurd teatrı, dadaizm
Üzvlüyü
Mükafatları Commander of the National Order of Merit "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi "Fəxri Legion" ordeninin zabit dərəcəsi İncəsənət və elm sahəsində Pour le Mérite ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ejen İonesko (26 noyabr 1909[1][2]28 mart 1994[1][2], XIV arondisman[2]) — rumın dramaturq.

Rəsmi saytlarda doğum ili 1912, bəzi mənbələrdə 1909-cu il göstərən İoneskonun atası rumın, anası fransız olmuşdur. Uşaqlığını Fransada keçirən İonesko ata və anasının boşanmasının ardından 1925-ci ildə Rumıniyaya qayıtmışdır. 1928–1933-cü illərdə Buxarest Universitetini bitirdikdən sonra burada Emil Kioran və Mirseya Eliade ilə tanış olmuşdur. 1936-cı ildə Radika Burileanu evlənərək bir qız atası olmuşdur. 1938-ci ildə ailəsi ilə birlikdə Fransaya qayıtmışdır. İkinci dünya müharibəsində Marselə köçən ailə 1944-cü ildə Fransanın işğaldan azad olmasının ardından Parisə qayıtmışdır.

1967-ci idə İsrailə getmiş və köklərində yəhudi olduğunu açıqlamışdır. 1970-ci ildə Fransa Akademiyasının üzvü seçilən İonesko bir çox mükafata layiq görülmüşdür. O, Nyu York, Leuven, Uarvik, Tel-Əviv Universitetləri tərəfindən fəxri ada layiq görülmüşdür.

84 yaşında vəfat edən İonesko Parisin Montparnasse məzarlığında dəfn olunmuşdur

Daha çox fransız dilində yazmışdır, lakin rumınların ən çox qürur duyduqları şəxsdir.

  • Turz Film Festivalı mükafatı — 1959
  • İtaliya mükafatı — 1963
  • Teatr Cəmiyyəti mükafatı — 1966
  • Milli Teatr mükafatı — 1969
  • Monako mükafatı — 1969
  • Avropa üçün Avstriya Ədəbiyyat mükafatı — 1970
  • Qüds mükafatı — 1973
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 5 6 Fichier des personnes décédées mirror.
  3. RKDartists (nid.).
  4. 1 2 Eugène Ionesco // Académie française (fr.).
  5. 1 2 Eugène Ionesco // Berlin İncəsənət Akademiyası. 1696.
  6. Fichier des personnes décédées.