Eggenberg Sarayı
Eggenberg Sarayı | |
---|---|
Schloss Eggenberg | |
Əsası qoyulub | 1635 |
Ölkə | |
Yerləşir | Qrats, Ştiriya |
47°04′26″ şm. e. 15°23′28″ ş. u.HGYO | |
museum-joanneum.at/en/pa… | |
Vikianbarda əlaqəli mediafayllar |
Eggenberg Qalası və ya Eggenberg Sarayı (Schloss Eggenberg) — Avstriyanın Ştiriya federal torpaqlarının ən böyük aristokratik iqamətgahı. Qorunan əşyaları, geniş mənzərəli bağları, həmçinin sarayda və ətraf parkda yerləşən Joanneum Universal Muzeyinin[1] bəzi xüsusi kolleksiyalarına görə Eggenberg Avstriyanın ən qiymətli mədəni sərvətləri sırasında yer alır. Eggenberg Qalası şəhərin qərb kənarında 381 m. yüksəklikdə yerləşir.[2]
2010-cu ildə saray YUNESKO-nun Ümumdünya İrsinin siyahısına daxil edilmişdir.[3] Nəhəng divarlarla əhatə olunmuş saray Ştiriyanın inzibati mərkəzi olan Qrasda yerləşir.
Sarayın ərazisində yeni Arxeologiya Muzeyi var.
Tarixi
[redaktə | mənbəni redaktə et]İmperator II Ferdinandın sevimli və ən yaxın müşaviri olan şahzadə Eggenberg tərəfindən 1625-ci ildə malikanənin tikilməsi əmri verilmişdir. Binanın memarı şahzadənin astrologiyaya olan həvəsini nəzərə alaraq binanı İntibah harmoniyası ruhunda dizayn etmişdir. Saray və park kompleksinə şahzadənin əcdadları tərəfindən tikilmiş qotika kilsəsi də daxildir.
Binada hər şey zamanın keçməsini və ulduzların hərəkətini xatırlatmaq üçün nəzərdə tutulub: 4 yan qüllə — fəsilləri, 52 otaq — ildə həftələrin sayını, 24 xidməti otaq — saatı simvollaşdırır. Binanın hər mərtəbəsində təqvim ayı ərzində maksimum gün sayına bərabər olan 31 otaq var. Bəzi hesablamalara görə, iqamətgahda ilin günlərinin sayına uyğun olaraq düz 365 pəncərə və bağda astronomik ikonoqrafiya var.
İkinci Dünya müharibəsindən qısa müddət əvvəl Eggenberg qalası və onun parkı Ştiriya əyaləti tərəfindən alınmışdır. Sarayın və parkın idarə edilməsini Avstriyanın ən qədim muzeyi olan Joanneum muzeyi öz üzərinə götürdü. İkinci Dünya Müharibəsi və sonrakı Müttəfiqlərin işğalı zamanı dəymiş ziyanı bərpa etmək üçün sarayda geniş bərpa işləri aparıldı və 1953-cü ildə Eggenberg qalası və parkı nəhayət ictimaiyyətə açıldı.
Kolleksiyası
[redaktə | mənbəni redaktə et]Sarayın ərazisində Planet bağı və Lapidarium var.
Sarayın birinci mərtəbəsində son orta əsrlərinə aid Baltasar Eggenbergin şəxsi otaqlarında yerləşən numizmatik kolleksiyası(Sikkələr Kabineti) yerləşir.[4] Yuxarı mərtəbə Köhnə Qalereya, beş əsrlik Avropa incəsənət tarixini əhatə edən orta əsrlərdən erkən müasir dövrə qədər çoxlu sayda rəsm, heykəltəraşlıq və digər sənət əsərlərini ehtiva edir. Kolleksiyanın ən dəyərli eksponatı Ştretveg arabasıdir.[5]
Əlavə şəkillər
[redaktə | mənbəni redaktə et]-
Əsas girişi
-
Planetlər otağı
-
Qalereya otağı
-
Qalereya otağı
-
Oyun otağı.
-
Osakanı təsvir edən Yapon kabineti.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2023-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-02.
- ↑ "Eggenberg Palace Elevation and Location". 2016-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-30.
- ↑ "Arxivlənmiş surət". 2024-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-31.
- ↑ "Arxivlənmiş surət". 2024-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-31.
- ↑ "Arxivlənmiş surət". 2024-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-01.
Mənbələri
[redaktə | mənbəni redaktə et]- Das Joanneum – Österreichs Universalmuseum [documentary film DVD] By Günther Schilhan (director) & Helmut Gesslbauer (producer), Austria: ORF Steiermark, 2006. (available through the Joanneum)
- Schloss Eggenberg. By Barbara Kaiser. Graz: Christian Brandstätter Verlag, 2006. ISBN 978-3-902510-80-8 (English Edition) or ISBN 978-3-902510-96-9 (German Edition) (available through the Joanneum)
- Planet Eggenberg. By Hermann Götz. Graz: Landesmuseum Joanneum / Leykam Medien AG, 2005.
- Ôsaka zu byôbu: Ein Stellschirm mit Ansichten der Burgstadt Ôsaka in Schloss Eggenberg. in Joannea Neu Folge, Band 1. By Franziska Ehmcke et al. Graz: Universalmuseum Joanneum, 2010. ISBN 978-3-902095-32-9 (available through the Joanneum)
- The Thirty Years War. By Cicely Veronica Wedgwood. Garden City, NY: Anchor Books, 1961. (Re-issued by NYRB Classics, 2005. ISBN 978-1-59017-146-2)
- Hans Ulrich Fürst von Eggenberg: Freund und erster Minister Kaiser Ferdinand II. By Hans von Zwiedineck-Südenhorst. Charleston, SC: BiblioBazaar, 2009. (new edition of digitally preserved original German text printed in Vienna in 1880, printed in Leipzig by Amazon Distribution GmbH) ISBN 978-1-113-02782-5
- Ein Staat in Alt-Österreich: Besitzungen der Eggenberger. By Franz Kammerhofer. Graz: Franz Kammerhofer, 1998. ISBN 978-3-9500808-1-0
- Die Fürsten und Freiherren zu Eggenberg und ihre Vorfahren. By Walther Ernest Heydendorff. Graz: Verlag Styria, 1965.
- Alte Galerie – Masterpieces. By Ulrich Becker et al. Graz: Landesmuseum Joanneum, 2005. (English edition) ISBN 978-3-7011-7533-8
- Der Eggenberger Altar. By Paul W. Roth et al. Vienna, Austria: Österreichische Galerie Belvedere, 2001.
- Schloss Eggenberg: Lernbehelf für Guides. By Barbara Kaiser. Graz: Landesmuseum Joanneum, 2001.
- Hans Adam Weissenkircher: Fürstlich Eggenbergischer Hofmaler. By Barbara Ruck. Graz: Landesmuseum Joanneum, 1985.
- Giovanni Pietro de Pomis. By Kurt Woisetschläger et al. Graz: Verlag Styria, 1974. ISBN 978-3-222-10847-1